Zubir "Qarabağ"dan ayrıldı
"Qarabağ”ın kapitanı və əsas aparıcı futbolçularından olan Abdullah Zubir Ağdam klubunu tərk edib.
Adalet.az xəbər verir ki, 34 yaşlı fransalı yarımmüdafiəçi 2018-ci ildən formasını geyindiyi “Qarabağ”la vidalaşaraq karyerasını Qətərdə davam etdirəcək.
Məlumata görə, Zubir bu gün Azərbaycanı tərk edib. Onun Qətərin “Əl-Şahaniya” klubuna keçəcəyi gözlənilir.


Bakı -°C

