"Bunu bir sınaq dövrü kimi qəbul edirik" - Bəxtiyar Məmmədov
Bakı Metropoliteninin xətlərinin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkətinin tam məhdudlaşdırılması ilə əlaqədar sərnişinlərin daşınmasının təmin olunması üçün 6 ekspres və 20 müntəzəm avtobus marşrutu müəyyənləşdirilib.
Adalet.az xəbər verir ki. bu barədə AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, bu proses 11 ay davam edəcək və həmin müddətdə sərnişinlərin məlumatlandırılması, avtobus marşrutlarının təşkili və sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
“Əlavə avtobusların ayrılması ilə intervalların tənzimlənməsi və artacaq sərnişin tələbatının ödənilməsi istiqamətində tədbirlər həyata keçiriləcək. Bu məqamda da Bakı Metropoliteni və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi monitorinqlərini davamlı olaraq həyata keçirəcək. Yeni tədris mövsümünün başlanmasına gəlincə, bunu bir sınaq dövrü kimi qəbul edirik”, - deyə B. Məmmədov qeyd edib.
O bildirib ki, sərnişinlərin yeni hərəkət sxeminə uyğunlaşması üçün Bakı Metropoliteni tərəfindən stansiyaların girişlərində əlavə məlumatlandırma tədbirləri həyata keçirilir.
“Nizami metro stansiyanın girişində Bakı Metropoliteninin könüllüləri sərnişinlərə yaxınlaşaraq onları məlumatlandırırlar, avtobus marşrutları barədə məlumatları təqdim edirlər. Eyni zamanda, Bakı Metropoliteni işçiləri də müxtəlif stansiyalarda əlavə məlumatlandırma tədbiri kimi işə cəlb olunublar və onlar da sərnişinlərin tam məlumatlı olması, Bakı Metropoliteni stansiyasından və yaxud da ekspres avtobuslardan necə istifadə etməsi barədə məlumatları təqdim edirlər”, - deyə QSC-nin rəsmisi diqqətə çatdırıb.
Digər Xəbərlər
15 Avqust 2026 13:19
Bazar günü hava necə olacaq?
15 Avqust 2026 10:19
Küləkli havada dənizə gedənlərə yenidən - Müraciət
14 Avqust 2026 17:49
Çağırışçıların yekun tibbi müayinəsi ilə bağlı nazirlikdən AÇIQLAMA
14 Avqust 2026 17:18
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
14 Avqust 2026 16:50
Hərbi xidmətə çağırılanlarla bağlı vacib açıqlama
14 Avqust 2026 16:34
Sumqayıt sakinlərinə şad xəbər - Xırdalan qatarı yenidən işləyəcək
14 Avqust 2026 15:01
“WhatsApp” vasitəsilə şübhəli mesajlar göndərilir - DİN-dən xəbərdarlıq
14 Avqust 2026 13:05


Bakı -°C

