adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

30 qəpik gediş haqqı ilə kübarlıq - Eminquey yazır

EMİNQUEY AKİF
1246 | 2023-01-17 12:06

O qədər neqativ, o qədər küntöv, o qədər mədəniyyətsiz adamlarla rastlaşırıq ki, mədəni, kübar insanlar görəndə gözlərimiz bərəlir.

Səhər yarıyuxulu avtobusa minhamində bir dolu, yox, dopdolu qadın əlindəki torbanı mənə uzatdı:

- Oğlum, bunu mən qaldıra bilməyəcəm, mənə kömək edə bilərsən?

"O nə sözdür, bibi, gözlərim üstə", - deyib torbanı əlimə aldım.

Dolu, yox, dopdulu bibiyə avtobusa qalxmaqda kömək edəndən sonra özüm də qalxdım. Bibi kartını uzatdı, öz gediş haqqını vurdu, mən kartı uzatmaq istəyəndə əlimi yana itələdi, israrla mənim də əvəzimə gediş haqqımı vurdu. Sonra bir yer tapıb əyləşdi. Torbasını aldı və dəfələrlə təşəkkür etdi.

Elə bil, nəşələndim, ağzım qulağımın dibinə çatdı, bədənim yuxudan oyandı.

Nə mənim etdiyim kömək böyük bir zaddır, nə də 30 qəpik gediş haqqı bir şeydir. Amma əl dəyən, toxunulan nəsnələrin insana əl dəyməyən hissləri yaşatması, özü də bu neqativliyin, küntövlüyün, mədəniyyətsizliyin içində o qədər gözəldir ki .

TƏQVİM / ARXİV