Bizim yazarları ağlayan lazımdır - Eminquey yazır

EMİNQUEY AKİF
2544 | 2024-03-27 12:29

Türkiyədə məhşur yazar Eylem Tok adlı bir xanım var. Martın 1-də gecə saatlarında 16 yaşlı oğlu porşe maşını ilə sürücü vəsiqəsi olmadan bir nəfəri vuraraq öldürür, 5 nəfəri yaralayır.

Anası Eylem Tok hadisə yerinə 15 dəqiqəyə çataraq oğlunu aradan çıxardır. Gecə ilə təyyarə bileti alıb Misirə uçurlar.Daha sonra isə Amerikaya Nyu-Yorka qaçdıqları məlum olub.

Nyu-Yorkda bahalı bir residensdən 1 illik qiyməti 120.000 dollar olan kirayə dairə tutub.

Kitablarında Eylem Tok oxucularına əxlaqdan, vicdandan basıb bağlayıb qazandığı pullarla kef edir. Bizim yazarlar isə kitabı 500-1000 tirajla satılanda deyir ki, kitablarım bu ay filan mağazada ən çox satılan kitab seçilib. Əxlaqı-zadı da yerində. Uzaqbaşı bir cıqqan içməkləri var, bir də klassiklərə ilişməyi.

TƏQVİM / ARXİV