adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Televiziyamızda inqilab - Eminquey yazır

EMİNQUEY AKİF
454 | 2024-04-02 13:19

Televiziyamız çox möhtəşəm bir addım atıb!

İnanmazsınız, bəlkə də bu, Azərbaycan Televiziyasının dönüş nöqtəsi olacaq. 

Bilirsiniz nə olub?

Zaur Baxşəliyevin "Bizimləsən" verilişinin vaxtından 1 saat kəsdilər. 

Bu verilişə altdan-altdan baxanlar da sevinmişdi axı bu xəbərə. 

İndi sizə möhtəşəm xəbəri çatdırıram. 

Zaurun verilişindən kəsilən o 1 saatı veriblər həyat yoldaşı Günaya. 

Su zad için. 

Tərinizi silin. 

Özünüzə gəlin. 

Gözlərinin yaşına aman verməyin təlx olsun. 

Qəşəngcə yatın, bir də gördünüz yaxın sabahların birində Xoşqədəm Hidayətqızının verilişindən kəsilən 1 saat vaxtı da həyat yoldaşı Doğuşa verdilər. Allahdan bəxtimiz gətirib ki, Doğuşun işi-gücü başından daşır. 

TƏQVİM / ARXİV