A qıvlasızlar, yolunuzu biz kəsmişik yoxsa, Rusiya SM -ı ?-Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
948 | 2022-12-19 14:21

Bayaq erməni KİV-ni oxuyurdum. Baxdım ki, Armenpress.am saytında Ermənistan Baş naziri N.Paşinyanın açıqlamasını veriblər. Nəşr yazır: “Artıq səkkizinci gündür ki,Azərbaycan Azərbaycan Artsaxı Ermənistan və xarici dünya ilə birləşdirən yeganə yolu olan Laçin dəhlizi bağlı saxlayır. Bunu ER baş naziri Nikol Paşinayn twitter mikrobloqunda xatırlatdı.
“Dağlıq Qarabağ xalqı yollarda soyuqda, ailələr blokadanın müxtəlif tərəflərində qalıb. Səhhətində ciddi problemlər olan vətəndaşlar dərman və səhiyyə xidmətlərindən məhrumdurlar”.
 


Yadıma bir məsəl düşdü, deməsəm olmaz.

Deməli, oğlu İvana deyir ki, ata, səncə, dünyada sözü gec qavrayan, məsləhət eşitməyən, qanunlara məhəl qoymayan daha çox hansı millətin nümayəndələridir?


Atası oğluna cavab verir: Azərbaycanlılar!


Oğlu:Niyə məhz onlar?


Ata deyir: Oğul, düz 6 ildir, qonşumuzda –kirayədə bir azərbaycanlı yaşayır, bazarda çiçək satandı. Düz 6 ildir,  ona başa sala bilmirəm ki, Olqa mənim arvadımdı, sənin deyil… Başa düşmürlər də…


İndi, bu ermənilərin yolunu Rusiya sülhməramlıları kəsib, amma elə hey gileylənirlər ki, azərbaycanlılar yolumuzu kəsib.
A, qıvlasızlar, heç olmasa, xəbərə yerləşdirdiyiniz fotolara baxın də. Görün orda yolu kim kəsib, Rusiya sülhməramlıları, yoxsa azərbaycanlılar?


Başa düşmürlər də!

 





 

TƏQVİM / ARXİV