ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən açıqlanan məxfiliyi silinmiş sənəd, naməlum uçan obyektin sovet qoşunlarına hücumu ilə bağlı iddiaları ilə təəccübləndirib.
Adalet.az Fox News-ə istinadən xəbər verir ki , orada Sovet əsgərlərinin hərbi baza üzərində uçan yadplanetliləri vurmasından sonra yadplanetlilərin cavab hücumu təsvir edilib .
Bildirilib ki, yadplanetlilər buludların arasından çıxıb, vahid obyektə birləşərək, parlaq işıqda püskürərək, iki əsgərdən başqa hamısını daşa çeviriblər.
“Əgər KQB dosyesi dəqiqdirsə, bu, çox təhdidedici bir işdir”, - deyə məlumatda adı açıqlanmayan MKİ rəsmisi sitat gətirilib. "Yadplanetlilər bizim bütün fərziyyələrimizi aşan silah və texnologiyaya sahibdilər." Hücum olunarsa, özlərini müdafiə edə bilərlər”.
İddia edilən hadisə 1989-1990-cı illərdə baş verib və ilk dəfə 1993-cü ildə dərc edilib.
Sənədə əsasən, Amerika kəşfiyyatına daxil olan məlumatlarda hərbi təlimlərdə iştirak edən sovet bölməsi üzərində “alçaqdan uçan nəlbəki şəkilli kosmik gəmi” barədə xəbərlər yer alıb.
Rəsmilər yazıb ki, “naməlum səbəblərdən” əsgərlər naməlum təyyarəyə yer-hava raketi atıblar və nəticədə onun hərbi baza yaxınlığında qəzaya uğramasına səbəb olub.
Hesabatda qəzaya uğrayan kosmik gəmidən "böyük başlı və iri qara gözlü beş qısa humanoid"in necə birləşdiyi və yüksək uğultu səsi çıxararaq vahid "vahid obyekt" meydana gətirdiyi təsvir edilir.
Bildirilib ki, sferik cisim daha sonra gözləri dağıdacaq dərəcədə parlaq işıqla yanıb. Hadisə şahidlərinin sözlərinə görə, 23 əsgər qəfildən “daş sütuna çevrilib”. Bildirilib ki, iki nəfər kölgədə dayandıqları və işığa tam məruz qalmadıqları üçün sağ qalıblar.
Rəsmilər “daşlaşmış əsgərlərin” qalıqlarının və kosmik gəminin Moskvadan kənarda yerləşən gizli tədqiqat bazasına köçürüldüyünü yazıb. Sənəddə bildirilirdi ki, alimlər ölümün səbəbinin bəşəriyyətə hələ də məlum olmayan “enerji mənbəyi” olduğunu düşünürlər.
Xatırladaq ki, yadplanetlilər mövzusu ilə bağlı hər şey 1947-ci ilin 7 iyul tarixində başlayıb...ABŞ-ın Yeni Mexiko əyalətindəki bir fermada qəribə əşyalar tapılıb. Tapılan əşyalar arasında metal çubuqlar və falqa tipli müxtəlif parçalar olub.Bu parçaların formasını dəyişdikdən bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıtması hamını şoka salıb. Tapılan materialların nə olduğunu anlamayan ferma sakinləri yerli təhlükəsizlik orqanlarına müraciət ediblər. Sakinlər bu orqanların vasitəsilə ABŞ-ın Hava Qüvvələri Bazası ilə əlaqə yaradıb. Hadisə ilə bağlı əməliyyat-araşdırma qrupu yaradan Cess Marsel bu materialların Yer kürəsi xaricindən gəlmiş ola biləcəyi ehtimalını irəli sürən ilk insan olub.
Həmin ilin 24 iyun tarixində Kenned Arnold adlı bir sakin "yanlışlıqla" bir göl üzərində uçan dairəvi formalı nəsnələr gördüyünü deyib. Bununla da Arnold böyük bir əfsanənin başlanğıcını qoyub...Amerika Ordusu o dövrdə sürətlə yayılan bu xəbəri öncə təsdiq edib, sonra yalan məlumat olduğunu deyərək uçan obyektlərin UFO deyil, meteroloji şar olduğunu bildirib.Bütün bu yaşananlardan sonra bölgə sakinləri anlam verə bilmədikləri əşyaları tez-tez görməyə başladıqlarını deyib.
Bu hadisənin əsl tarixi isə tam başqa imiş. Bu günümüzə qədər populyarlığını itirməyən yadplanetlilər əfsanəsi və ona aid fotolar 1995-ci ildə yayımlanan bir televiziya proqramının planladığı oyundan ibarətmiş. Proqram o dövrdə məşhur olan əfsanələrin populyarlığından faydalanaraq belə bir yola əl atıbmış.
Bu hadisənin səbəblərinin ortaya çıxmasına baxmayaraq, hələ də yadplanetlilərin dünyamızda mövcud olduğuna inananlar az deyil.
Əntiqə Rəşid