adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

AĞ ADAMIN HƏDİYYƏSİ - Aqil ABBAS yazır

AQİL ABBAS
92596 | 2019-11-12 10:00

Kəlbəcərdən Laçına gedəndə Gəlin qayasını keçəndən sonra Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda bir-birindən bəzənon metr, bəzən əlli metr, bəzənbir az da aralı göz yaşı kimibulaqlar qaynayır. Axırıncı dəfəsaymaq istədim, görüm doğrudanmı burda yüz bulaq var, sayıb qurtara bilmədim. Yoruldum. Dedim gələn dəfəsayaram, gələn dəfə də… İnşallah, bir gün qismət olar, sevinc gözyaşlarımı o bulaqların suyu ilə yuyaram. Çox qəribədir ki, orda olmayanları inandırabilmərəm ki, hər bulağın öz dadı var. Dəniz səviyyəsindən 1500, 1700 metr hündürlükdə olan yaylaqda bu bulaqların qaynamasıTanrının möcüzəsidi. Yerin təkindən daşları, qayaları,torpağı oya-oya və saflaşa-saflaşa qaynayan dupduru, gün işığı tək təmiz bulaqlar.

Əgər o bulaqların gözünədaş qoysan, ağzını bağlasanmümkün deyil, özünə bir cığır tapıb gedibhardasa qaynayacaq.

İstedad da belədi. Nə qədər basdırmaq istəsən, nə qədər mane olmaq istəsən, ağzına daşbassan da mütləq qaynayıb çıxacaq. Özü də elə istedadlılar da Yüzbulaqdakı pinarlar kimidi. Hər istedadın yaratdığı əsərlərinöz dadı, öz tamı, öz gözəlliyi, öz saflığı, hətta öz duzu var.

Mən bir istedadı vaxtındaqiymətləndirə bilməmişəm, hətta maneolmuşam, Tanrı günahımdan keçsin. Problemlər, uşaqlar, kirayə evlər…

Ağır cehiz mebelini dostlarımla bu kirayə evdən o birisinə – yeddinci mərtəbəyə,ordan endirib başqa bir kirayə evindördüncü mərtəbəsinə, ordan daha başqa bir kirayə evə o qədər daşımışdıq ki, VaqifBayatlı bir dəfə dedi:

- Bir-iki dəfə də sənin bu mebellərini daşısaq, hamımızştanqist olajıyıx.

Sonra da Qarabağ müharibəsi.Bütün günü çöllərdə, səngərlərdə. Ailənin bütün yükü onun üzərində.İki nəfər də ipə-sapa yatmayan ərköyün oğlan. Bir də elə mən boydaproblem. Bax, beləcə böyük biristedadın önünü kəsmişdim.

Amma saf daş suyu kimi olan bu istedad qaynayırdı və bir gün gün üzünəçıxmalıydı...

… Naxçıvandakı imkanlıqohumlarından qapılarını döyən çoxidi. Amma o, məni seçdi.

Belə bir şeirim var, qızlara tövsiyyəm budur ki, şairlərə ərə getməsinlər.

Getməyin şairə ərə,

Geyməyiniz şeir,

Yeməyiniz şeir,

İçməyiniz şeir,

Hətta ölməyiniz şeir.

Getməyin şairə ərə.

O, şairi seçdi. Özü dəgözünün önündə dünyanın ən böyükşairlərindən birinin necə yaşadığını, hansı məhrumiyyətlər içindəolduğunu, millətinin dərdindən sağalmaz xəstəliyə tutulduğunu görə-görə şairiseçdi.

Həmin şeirdə bir yer də var:

Ümidini bağlayıb birümidsizə

Taleyini,

şam eləyibəritməyə dəyməzmiş.

Lap Allahın özüylə də

bu kirəkeş otaqlarda

gül ömrünüçürütməyə dəyməzmiş.

O da ümidini bir ümidsizəbağlamaqdan çəkinmədi. Düzdür, mən MəmmədArazın təbirincə desəm, «gələcəyə inam sarıdandünyanın ən varlı adamıydım».O, bahalı villalarda yox, mənimlə kirəkeş otaqlarda gülömrünü çürütməyi seçdi.Mən də onun bu alicənablığının əvəzinəistedadına mane oldum. Amma, yuxarıda dediyim kimi, istedadhəmin o Yüz bulaqdakı bulaqlar kimidi, xeyri yoxdu, bir günqaynayacaq.

Ailə, uşaq… bir müddət işsiz qaldı.Uşaqlar bir az gimrikləşəndən sonraAz.TV-də işə davam elədi. Məşhur «Dalğa» proqramının həm aparıcılarından, həm dəredaktorlarından biri oldu. Amma uzunçəkmədi. Televiziyanın rəhbərləri hər dəfə dəyişəndə ixtisara birinci onusalırdılar. Məmməd Arazagücü çatmayanlar, Məmməd Arazın kölgəsində qalanlar heyiflərini onun övladındançıxırdılar.

Hətta bir dəfə məsələyəUlu Öndər Heydər Əliyev də qarışdı. Vay dədəm, vay, Az.TV-nin onu işdənçıxaran rəhbəri indi ilan diliçıxarıb yalvarırdı ki, geri qayıtsın. Qayıtmadı. Mən həyatımda belətərs adam görməmişəm.

Sonra Etibar Babayev «Space»ə gəldi. Və yenə televiziya.Bir-birinin ardınca «Bir içim insan» rubrikası altında altı sənədli filmçəkdi. Təəssüf ki, müqəddəs yeddi rəqəmini yaxalaya bilmədi.

Özü də sənədli film ənənələrindəntamamilə kənara çıxdı.Çünki onun dünyaya da, ədəbiyyata da, sənətə də, tarixişəxsiyyətlərə də öz baxışı vardı.

Əsrin əvvəlində Azərbaycan DemokratikRespublikasının xaricəoxumağa göndərdiyi gəncləri və onlarınsonrakı talelərini, məhv edilmiştalelərini ilk dəfə O, araşdırıb arxivlərdənçıxartdı. Lentə aldı, filmləndirdi, milyonlara təqdim etdi. «Yüzcavan oğlan» filmi belə yarandı.

Məmməd bəy CavanşirBatmanqılıncın nəticəsi, alim və ictimai xadim Əhməd bəy Cavanşirin qızı, MirzəCəlilin xanımı, Qarabağ camaatının (təkcə Qarabağ camaatınınmı?) güman yeri Həmidəxanım Cavanşirin xalqın bilmədiyi xarakterini açan bir film çəkdi. Həmidə xanımın simasında keşməkeşli həyatı,fədakarlığı, ötən əsrin əvvəllərindəbütün çərçivələri məhv etmiş möhtəşəm bir qadın obrazı yaratdı.

Pənah xanın kötücəsi, zəmanəsinin görkəmli ziyalısı, Bayat bəylər bəyi Kərim bəy Mehmandarovun heç kəsə məlumolmayan tarixmizdəki rolunu araşdırıb çıxarıb filmdə əbədiləşdirdi.

«21 azəri» filmi ilə CənubiAzərbaycanda yaşadığımız faciələrinüstünə işıq saldı. XX əsrin görkəmlişəxsiyyəti, alimi, dövlət xadimi Əziz Əliyevin həmin proseslərdə fəaliyyətini ortaya qoydu.

Mənə Cəfər Cabbarlının ayağınıqoyduğu kandarı öpdürdü. Böyük sənətkarın arxivlərdə hardasa gizlədilmişməktublarını belə tapıb üzəçıxartdı.

Təbii ki, atasını da unutmadı. Amma həmin film təkcə atasıhaqqında deyildi, həm də qədim Naxçıvan torpağı, Araz çayı haqqındaydı. Belə demək mümkünsə, Naxçıvantorpağı+ sərt iqlimi+Araz çayı= Məmməd Araz.

O filmlər «Youtube»də var, izləyə bilərsiniz. Təkcə«Yüz cavan oğlan»dan başqa. İtib. Çox təəssüf ki, hələ özümüzdə olan lent dəiyirmi birinci dəqiqədənsonra xarab oldu.

Televiziya rəhbərlərinin deməkolar ki, çoxunda belə birqısqanclıq var. Özlərindən əvvəlki rəhbərliyin dövrlərində çəkilən sənədlifilmləri və ya verilişləri yenidən tamaşaçılaraçatdırmağı sevmirlər. Bəzən də məcbur olub göstərirlər, tarixini silirlər. Etibar Babayevdən sonra birdaha o filmlər göstərilmədi. Bilmirəm, arxivlərində qalır, yoxsa yox. Bufilmləri, eləcə də başqa yaradıcı insanlarınçəkdiyi sənədli filmləri,hazırladığı verilişləri Etibar Babayev dədəsişair Adil Babayevin xətrinə çəkdirməmişdi. Bu millətin, budövlətin, bu xalqın xətrinə çəkdirmişdi.

Etibar Babayevdən sonra Oda istefa verdi. Və bir müddət işsiz qaldı. Sonra dedim ki, mənim həmişim çoxdu, həm də qəzet məni yorur, bəlkə qəzeti götürəsən? Razılaşdı.Qəzetə də, kabinetimə də bir əl gəzdirdi. Bir qadın səliqəsi, qadın təmizliyi gətirdi. Ədəbiyyata, incəsənətə daha çox yer verməyə başladı. Hətta mənimyazılarıma da senzura tətbiq etməyəbaşladı. Mən də əsəbləşib onunnömrədən çıxartdığı yazımınyerini ağ saxlayırdım.

Hələ televiziyada çalışarkən, eləcə də işsiz qalanda ölkədəki müxtəlifproblemlərə həsr olunmuş məqalələrləmətbuatda mütəmadi çıxış edirdi.

Ölkə üçün vacib olan sosial problemlərlə bağlı məqalələrində, ayrı-ayrı görkəmli şəxslərə həsretdiyi oçerkvari (ona görə oçerkvariyazıram ki, ənənəvi oçerk janrından çoxuzaqdı, ad tapa bilmədim) yazılarınüslubu, dili, hadisələrə və şəxsiyyətlərə münasibəti, baxışı tam fərqlidi.

Şairlik hamının görmədiyinigörmək, duymadığını duymaq, demək istəyib deyə bilmədiklərini demək,insanlara inam və sevgi aşılamaqdır. Onun məqalələri də elə əslindəşeir kimidi.

Mən tənqidçideyiləm, onun yaradıcılığını təhlil etmək fikrim də yoxdu.

Bir əmim olub Hacı adında.Müharibədən əvvəl 24-25 yaşında Çində, daha dəqiq desək, Mancuriyada mühəndisişləyirdi. Şərqi Çin dəmiryolunuçəkirmişlər. Sonra gəlib Qusardavə Tərtərdə Su Elektrik Stansiyalarını tikib.Bir neçə dil bilirmiş. 27 yaşındaTərtər SES-i tikəndən sonra könüllümüharibəyə gedib və itkin düşüb. Əmimindiplomu, sənədləri, Çindən atamayazdığı məktubların bir hissəsi məndədi. Çox arzulayırdım ki, ondan bir yazı yazım, heç cür yaza bilmirdim. Bir dəgördüm ki, qəzetdə əmim haqqında bir məqalə çıxıb: «Uzaq yollardan siziöpürəm». İlahi, sanki əmimi məndənyaxşı tanıyırmış, məndənçox sevirmiş. Kövrəltdi məni. Kaş atam Onun əmim haqqında yazdığı məqalənioxuyaydı. Atamın yanına gedəndə həmin qəzetiözümlə aparacam. İlahi, nə qədər xoşbəxt olacaq.

Ad günüm ərəfəsində bir dəgördüm qəzetdə «A.A. – Ağ adam, Ağrılar adamı»adlı bir məqalə yazıb. Məndən yazıb. Mənimbilmədiyim Məndən. Elə nüansları, elə ağrılarıtutub ki…

- Nə qədər yolumuz qalıb?..

- Ağdamdan Yevlağa qədər, yəni yetmiş beş kilometr.

- Nə qədər yolumuz qalıb?

- Ağdamdan Laçına qədər, yəni yetmiş üç kilometr.

- Həyatda nə qədər yolumuzqaıb?

- Ağdamdan Ağdama qədər.

Nə olsa mən həmişə Ağdamlamüqayisə edərəm. Ağdam mənim qibləmdi, Məkkəmdi, Kərbəlamdı. O dabunları elə gözəl tutmuşdu ki, ağlatdı məni.

Hər dəfə «Yol romanı»nı oxuyanda kövrəlirəm. Vurğun Əyyubunölümündən sonra oxuyanda isə ağladım.

O, bu romanda Qarsa OrxanPamukun gözü ilə yox, öz gözü ilə baxmışdı. Qarsa Orxan Pamukdan fərqliyanaşmışdı.

Məqalələrində o qədər alt qatlarvar ki, hər dəfə təkrar oxuyandayeni nə isə tapırsan.

Etiraf edim ki, onun qədər mütaliəli deyiləm. Savadına, dünyagörüşünə,yaddaşına heyrət edirəm. Dostlarla oturub nəyisə müzakirə edəndəhansısa bir suala cavab tapa bilməyəndə, «dosta zəng»: sənin30 saniyə vaxtın var. Praqadakı oməşhur kilsənin ilkmemarı kim olub, cavab dərhalhazırdı.

Səfərlərdə ekskursiyalarda gidlə gəzməkdənzəhləm gedir, hamı sürü kimi düşürgidin arxasınca. O,dinləmək istəyir, mən isə yalvarıram ki, gəl özümüz gəzək, gidin danışdıqlarımənim üçün mənasızdı. Sən də buşəhər haqqında, burdakı tarixi abildələr, heykəllər, körpülər haqqındaondan iki dəfə çox bilirsən.

- Bu kilsədən sağadönək, burda Kafkanın heykəliolmalıdı…

- İki küçədən sonra bir kafe var, gedək orda kofe içək.Vaxtilə Nazim Hikmət orda kofe içib…

- Bax, hər daşı bir zərgərişi olan bu kilsəni beş yüz ilə tikiblər…

O, mənim elə həyatda dagidimdi, yol göstərənimdi.

Zövqümüzdə fərqliliklər var. Mən Qədir Rüstəmovu sevirəm, Rəmişi sevirəm, Akif İslamzadənisevirəm, O isə Qədiri, Akifi sevir, Rəmişi sevmir. Mən deyirəm Füzuli, O deyirNəsimi. Mən futbol xəstəsiyəm, O yox.Amma məcbur edirəm ki, axıradək oturub mənimləfutbola baxsın. Amma Bəşir Səfəroğludemiş, deyəsən son zamanlar azarlayıb.Birdən mənlə bir yerdə çığırır: «Ə, ver də topu, axşam evinizə aparacaqsan?!» Hələ futbollabağlı statuslar da yazır.

Naxçıvandayıq. Qohumunun, oqohumunun ki vaxtilə ona çox elçi düşüb, çayın qırağında gözəl bir restoranı var. Eşidibki, buralardayıq, restorana dəvət edib. Deyib-gülürük.

- Bax, bu qohumunaərə getsəydin, kənddə yaşayırdın,restoranı da sənin adınakeçirmişdi ki, Məmməd Arazın xətrinə,polis, vergi onu incitməsin.

O isə deyir:

- Ona ərə getsəydim indi Bakıda yaşayırdı, özü də deputatıydı.

Bir rus filmində rəfiqəsi generalınarvadına deyir ki, sənin nə dərdinərin generaldı. Qadın da cavab veir ki, mən ona ərə gedəndə leytenantıydı.

Ona da deyəndə ərin deputatdı.Deyir, mən onu seçəndə «Elm və həyat» jurnalında 110 manat maaşa qulluq edənmüxbir idi.

Mənim atamınanası Pənah xanın nəslindən Paşabəy Cavanşirin qızıdı. Analarıseyid olanlara cümə günü seyidlikdüşən kimi mənə də həftədəbir dəfə bəylik düşür. Qəribə bir xasiyyətim var, bir daraq gəzdirmərəm,bir də səhər cibimə qoyulan dəsmalıgünortadan sonra ayaqqabımı silib ataram.

Hərdən forslanıbdeyəndə ki, mən xan nəvəsiyəm, gülür:

- Burnunu silməyindənbilinir.

Yəqin ki, anladınızsöhbət kimdən gedir: heç vaxtatasının adının arxasında gizlənməyən, atasının kölgəsinə sığınmayan, müstəqilliyini heç kimə və heç nəyəqurban verməyən, atası kimi bu millətin sevdalısı İRADƏ TUNCAYdan!

İstədiyim kimiyaza bilmədim, yəqin heç xoşuna da gəlməyəcək .

9 noyabr onunad günüdü. Bu yazı da, bu yazınınçap olunduğu kitab da Onunad gününə hədiyyəm, sürprizimdir. Nə yazdığım məqalədən xəbəri vardı, nə dəçıxacağı yeni kitabından.

Bundan əvvəl üç kitabı işıq üzü görüb: «Sarı odalar», «Yolromanı», «Müşfiq insanlar ölkəsi». «Yol romanı» professor Seyfəddin Altaylı tərəfindəntürkcəyə uyğunlaşıb Avrasiya YazarlarBirliyinin başkanı Yaqub Öməroğlu tərəfindən də Ankarada böyük tirajla çapolunub.

Naşir Şahbaz Xuduoğluna da bu kitabıoxuculara çatdırdığına görə təşəkküredirəm.

Xanımına ad günü hədiyyəsi elədi:

A.A. – AĞ ADAM, AĞRILAR ADAMI


TƏQVİM / ARXİV