Heç kimə bənzəməyən adam... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
81 | 2025-06-20 15:49

... Bu dünyada çox adam tanımışam, çoxlu dostlarım, tanışlarım olub. Və onlar hardasa, bir- birinə oxşayırlar, bir- birinə bənzəyirlər... Amma  bir dostum var, heç kimə  bənzəmir və elə özünə oxşayır. Axtarmışam ki, görəsən onun kimi bir adam  varmı! Görmüşəm ki, onun səmimiyyətdən, onun ürəkdə, onun  şirinliyində adam yoxdu... Bilirsiniz , niyə?! O, ailəyə, evə , yaxına və ürəyə buraxılmalı insandı..

Bu dünyada adam çoxdu, ancaq insan adam azdı. Bax mənim 35 ildir ki, tanıdığım Əjdər kişinin oğlu Daşdəmir qardaşımız belə bir dostdur. Ona dost demək olar , çünki o, dostluqda çox sədaqətlidir.Mən onun kimi insanlara təmannasız yaxşılıq eləyən ikinci bir adam tanımıram.Daşdəmir o qədər tanıdığı və tanımadığı adamlar yaxşılıq edib ki! Birini işə düzəldib, birinə arxa durub, birinin də qəzetini hazırlayıb çap etdirib və bundan ləzzət alıb. Amma ən böyük pislikləri də yaxşılıq elədiyi adamlardan alıb. Və buna baxmayaraq, yenə həmin adama yaxşılığından qalmayıb. Bunu ancaq o edə bilər. Şəxsən mən bacarmaram. Onu görə də mətbuat aləmində  Əjdər kişinin oğlu Daşdəmiri ( Daşdəmir Əjdəroğlunu) hamı çox istəyir.

Biz Daşdəmirlə uzun müddət bir yerdə isləmişik. Jurnalist, publisist, məsul katib kimi çox istedadlıdır. Lakin bunlardan da yüksək səviyyədə onun insanlığı dayanır. Yazımın əvvəlində dedim ki, o, heç kimə oxsamır, ancaq özünə bənzəyir. Çünki onun rəhmətlik atası, anası həddındən artıq təmiz və halal insanlar olublar. Elə  qardaşımız Daşdəmirə də bu cizgilər kökdən gəlir. Öz kasıb canıyla  hamımızın xeyir - şərinə yarayıb. Və çox yaxşı da iştirak edib.

Bir dəfə də rəhmətlik dostumuz Məhəmmədəli Mustafa ilə Basqalda Daşdəmirgildə olmuşuq. Rəhmətə gedənlərin vardı.Bax onda  Əjdər əmimin nə qədər böyük ürəyi olduğunu gördük. Az qala gözünün yağını bizə yedizdirmək istəyirdi.Hələ mən belə mehriban ailə çox az gormüşdüm. Daşdəmir bütün dostları barədə gözəl yazılar qələmə alıb . Və heç kimə heç nə deməyib, yazı çıxsnda onu biliblər. Və mənim haqqımda da belə gözəl portret oçerk qələmə alıb.

Onun yazılarında, publisistikasında   hər müəllifdə olmayan bir şirinlik var.   O, həmişə mənə əmioğlu deyib və mən də ona əmioğlu demişəm. Nəyə görə demişik! Ona görə ki, biz bir+ birimizə qohumdan da yaxınıq. Və mənim ən ağır günümdə o, hamıdan tez özün çatdirb.Dərdimi- kədərimi özünkü bilib. Onun qədər hamıya yanan, dərdinə , kədərinə şərik olan ikinci bir adam tanımıram. Əgər siz elə bir adam tanıyırsınızsa , deyin?  Daşdəmir Əjdəroğlu məndən doqquz yaş balacadı.Bizə işə gələndə 24 yaşı vardı. İndi isə 60 çatır. Amma mənim nəzərimdə o, cavan oğlanadı.Çünki ürəyi təmizdi, qəlbi təmizdi, içi təmizdi... Və dünyanın ən təmiz və səmimi adamıdı. Dünyanın ən təmiz və səmimi adamı, Daşdəmir Əjdəroğlu  , 60 yaşın mübarək, öpürəm səni!!!

TƏQVİM / ARXİV