adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7

Aqil ABBAS: CƏLİLLƏ BAĞLI MƏNİ QINAYANLARA…

AQİL ABBAS
64517 | 2018-07-10 10:07

Sosial şəbəkələrdəşair Cəlil Cavanşirin intihara cəhdi ilə bağlı müzakirələrdə baxıram məni də qınayırlar: mən hardaymışam, niyəCəlilə dayaq durmamışam, niyə Cəlili tək qoymuşam və sair və ilaxır.

Mən imkanım daxılindəgənc istedadların hamısına dayaq durmağa çalışıram. Və Allahın da bacısı oğlu deyiləmki, (bir qaçqının bacısı oğlu) hər şeyə gücüm çata. Əlimdən nə gəlir o. Və bəlkə də bu günə qədər onlarla gənc istedadadayılıq eləmişəm. Özü də ən çətin vaxtlarında. Adlarını çəkmək istəmirəm, heç lazımda deyil. Mənim bir sözüm var: «Balığı at dəryaya nəinki balıq, heç Allah da bilməz.Özün ki, bilirsən bəsindi. Yəni Allaha minnət qoyma ki, balığı dəryaya atmışam,əvəzini ver».

Elə son zamanlarişsizlikdən gileylənən və bunu sosial şəbəkədə yazan beş istedadlı gənci axtarıbtapmışam, redaksiyaya dəvət eləmişəm və demişəm ki, gəlin işləyin və bu gün də«Ədalət»də çalışırlar.

Və əvvəllər də nəqədər belə işsiz gəncləri tapıb işə götürmüşəm. Elə jurnalistikanı da burda öyrəniblər,sonra pərvazlanıb başqa qəzetlərə və dövlət işlərinə gediblər. Gələk Cəlil Cavanşirə!Cəlil Cavanşir çox sevdiyim bir şairdi. Yüksək də intellektə malikdi. Hardasa işləyirdi,işdən çıxarmışdılar, bəlkə də özü çıxmışdı. Eşitdim, axtarıb tapdım və redaksiyayadəvət elədim. Xeyli müddət də bizdə işlədi və yüksək də maaş verdim. Özü də sərbəstişləyirdi, başqaları kimi vaxtlı-vaxtında redaksiyada olmurdu, nə vaxt istəyirdigəlirdi, nə vaxt istəyirdi gedirdi. Bunu da heç vaxt ona irad tutmadım. Şairlər belə olur, ümumiyyətlə, bütün istedadlar beləolur. Sonra deyəsən Bilik Fonduna getdi. Yenə həmişə axtarmışam, tapmışam, hətta ailəmi götürüb Oğuza Cəlilgilə qonaq getmişəm,balalarını bağrıma basmışam. Yəni Cəlil həmişə mənim diqqət mərkəzimdə olub və indənbelə də olacaq.


İntihar hadisəsibaş verən gecə nə mən, nə də ailəm yatıb. Birinci xəbər mənə verilib. Dostlarünvanını bilmirdilər, amma telefonu açıq idi, bəlkə mən polisin köməyi ilə telefonu olan ünvanı nüfuzumdanistifadə edib tapa biləm. Özü də istirahət günü idi. Ehsan Zahidovu ayağa qaldırmışam. Daxili İşlər Nazirliyi öz köməyini əsirgəməyib.Həm polis, həm də təcili yardım hadisə yerinə göndərilib. Birinci özünü yetirəndə qardaşı olub, bir də Elşad Məmmədli. Məni də ayağa qaldıran Elşad Məmmədli olmuşdu.Hətta mən övladlarımı da ayağa qaldırmışdım. Hüquq-mühafizə orqanlarında işləyirlər,onlar da kömək eləsin, ünvanı tapa bilək. Allaha şükür, hər şey yaxşı sonluqla bitdi.

Elşad Məmmədliyədə telefon açdım (həmin gecə bir neçə dəfə əlaqə saxlamışıq və sonra da), dedi yanındayam,özümü çatdırmışam. Xahiş elədim ki, o axmağa mən əvəzdən bir-iki babat sillə vur.O da gülərək dedi ki, Məllim, narahat olma, eləqolunu sarıyan kimi silləni partlatdım ey qulağının dibindən.

Bəli, Cəlil təkcə onu sevənlərin yox, həm də ümumiyyətlə, hamınınəsəbləri ilə oynadı. Çox axmaq bir iş gördü.Nə mən, nə də dostlar onun bu axmaqlığını bağışlayacam, nə də onu tək qoyacam.Atası gəlib aparıb rayona. İnşallah, bir-iki şapalaq da atası vurar, ağlı başınagələr.

Və sonda belə təcili reaskiya göstərdiklərinə görə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidova, Yasamal rayon Polis İdarəsinin rəisinə və bütün əməkdaşlarına təşəkkür edirəm.

P.S. Hava bir azsərinləsə intiharla bağlı əlavə bir yazı yazardım.



TƏQVİM / ARXİV