adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: NƏ MUTLU TÜRK DEYİLSƏN!

AQİL ABBAS
48579 | 2019-11-06 18:03

70-80-ci illərdə türkçülük Azərbaycandageniş yayılmağa başlamışdı. Bütünqadağalara baxmayaraq , Türkiyə ilə Azərbaycanarasında müəyyən mədəni əlaqələr yaranmağa başlamışdı. Yaradıcı adamlarımız gedib-gəlirdilər, Türkiyənin sənət adamları Bakıya ayaq açmışdı. Demək olar ki, türkmusiqisi bütün ölkəni sarmışdı. Adamlar az qala Zəki Mürenin,Livanelinin, Aşıq Veysəlin, Ruhi Sununkasetlərini ciblərində gəzdirirdilər. Zəki Müreniçıxmaq şərtilə Aşıq Veysəlin də,Livanelinin də, Ruhi Sunun daşarkıları insanlarda millihissi coşdururdu. Bir tərəfdən də türk ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləriAzərbaycan dilinə tərcüməolunurdu, 30-50 min tirajla çapedilirdi. Hər evdə Nazim Hikmətin, Əziz Nesinin, Yaşar Kamalın, YılmazGüneyin, Rəşad Nuri Güntəkinin, OrxanKamalın, Fəxri Erdincin kitabları oxunurdu.Düzdür, bunların bəziləri kommunistidi, ona görə Sovethökuməti kitablarını çap edirdi.Amma dəxli yox idi, böyük türk yazarlarıydılar.

Bir tərəfdən də Elçibəyin, XuduMəmmədovun tələbələri, müridləri Nəsimininmüridləri kimi «ənəlhəqq» söyləyirdilər, yəni «biz türkük» söyləyirdilər, türkçülüyü təbliğ edirdilər.

Belə bir vaxtda Ağdamdaçayxanada türkçülüklə bağlı müzakirələrzamanı bir dostumuz iki ayağını birbaşmağa dirədi ki, biz türk deyilik, azərbaycanlıyıq. Yoldaşlar nə qədər faktlargətirdilər, hətta həm öz babalarının, həm də həmin dostun babasının pasportuna milliyyətinin «türk» yazıldığını sübut etsələr də xeyri olmadı.

Nə Nuh dedi, nə peyğəmbər. Az qalabağırdı:

- Mən türk deyiləm.

Uşaqlarısakitləşdirdim, üzümü həmin dostumatutub dedim:

- Nə yaxşı ki, sən türk deyilsən.Sənin türk olmağın türk millətinətəhqir olardı.

Təbii ki, insanlar milliyyətiniözləri seçmir, kimsə türk ola bilər, kimsə ingilis olar, alman olar, rus olar, farsolar və sair və ilaxır. Və hər kəs də öz milləti ilə fəxr edər.Burda qeyri-adi heç nə yoxdu.

İndi kimsə türk ola-ola, Ağdamdakı dostum kimi, bağırarsa ki, mən türk deyiləm,çox yaxşı, onun türk olması türk millətinətəhqirdi.

Atatürkün «Nə mutlutürküm deyənə» məşhur ifadəsinibir para nadanlar irqçiliyə yozurlar.Və Atatürkün bunu niyə dediyini dəanlamırlar.

Türklər böyük bir imperiya qurmuşdu – Osmanlıimperiyası. Və türklərə də bütün dünyadaOsmanlı deyirdilər. On minilliklərlətarixi olan, dünyada on yeddi imperiyaquran bir millətin adını fərdiləşdirmişdilər. Bir şəxsiyyətin adınıbir millətə qoymuşdular.Hətta o imperiyanın sultanları daözlərinə türk demirdi, Osmanlıdeyirdi. Və bu da sirr deyil ki, hətta «türk» sözünə həqarət edirdilər.

… Sultan Səlimin Şah İsmayıla yazdığı məktubu yada salın…

Ona görə də Atatürk İstiqlal savaşına başlayanda hayqırdı ki,türksənsə niyə utanırsan türkolduğunu deməyə. Denən nə mutlu ki, türküm.

Buyur, qoy rus da desin ki, nə mutlu rusam. Alman desinnə mutlu almanam və sair və ilaxır.

Atatürk «Nə mutlutürküm deyənə» ifadəsini işlədəndə başqa millətlərin mutluluğunu tutub əlindənalmamışdı.

Türklər heç kəsin mutluluğunututub əlindən almayıb. Əksinə, imperiyalar dövründə onlarıntəbəəsində olan bütün xalqlar mutlu yaşayırdılar. İndiki kimi onun-bununəlində əsir-yesir qalmayıblar,ölkələri yağmalanmayıb, şəhərləri darmadağın edilməyib və sair və ilaxır.

Yaxşı ki bunu özlərinə sığışdırmayanlar türk deyillər, yoxsa türklər mutsuz olardı.

P.S. Araz Əlizadənin türk olmamağıyla 300 milyonluq türk xalqı heç nə itirməz.


TƏQVİM / ARXİV