adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS: Övladlarınıza "Koroğlu" və "Qaçaq Nəbi" dastanlarını oxutmayın

AQİL ABBAS
58615 | 2018-10-29 10:14

Bilirəm, bu yazıdan sonrayazıçılar,ədəbiyyatşünaslar mənəhücum edəcəklər, dünəndəneləsinlər. Düz sözdü deyirəm.

Azərbaycan Respublikasının CinayətMəcəlləsi var. İstərdim ki,onu oxusunlar, sonra mənəqarşı hücuma keçsinlər.

«Koroğlu»da belədi ki, Koroğlu xanları, paşaları soxursiçandeşiyinə, birininqızını qaçırır, birininnəbilimnəyiniqaçırır, birinin xəzinəsini ələ keçirir. Birində Ekologiya Komitəsinin qadağanelədiyi bölgələrdə durna ovuna çıxır. Gizir oğlu Mustafa bəyə meydanoxuyur,

Gizir oğlunu türüb çaya soxur. Birzlə,Koroğluvarlıadamlaraqarşımübarizə aparıb, onların var-dövlətini əlindənalıbdəlilərinə yedizdirib. Qaçaq Nəbidən rqli olaraqKoroğluqazandığı pulu,daha dəqiq desək, ələ keçirdiyivar-dövlətikənddəcamaatapaylamır.

Çünki özünün 7777 dəlisi vardı, elə birbelə dəliniyedirdib-içirmək böyük bir dərd idi.

Qaçaq Nəbi. İgid oğlan olub, kişi oğlanolub. Onun da əsasişi-gücü varlı adamların şalvarını çıxarıbkasıblara geyindirməkolub. Hampasından tutmuş kəndxudasınaqədər, kəndxudasındantutmuş jandarmrəisinə qədər, jandarm idarəsinin isindən tutmuş qubernatoraqədər hamısını soyub. Soyduqlarından aldıqlarını da (beş-on manat özüüçüntürüb, qaçaq qardaşları üçün götürüb, qalanını paylayıb sənquluya və Həsənqulununqohumqrəbalarına. Düzdü, ondasənqulu indikikimiçadırdayaşamırdı, evində-eşiyində yaşayırdı.

Yəni o vaxt Koroğlu xalq qəhrəmanıydı, Qaçaq Nəbi xalq qəhrəmanıydı.

Bunuuşaqlar daoxuyub ibrət türür. Elə bilirvarlı adamları soymaq lazımdı Koroğlukimi, dəlirinə yedizdirmək lazımdı. Və onlarda əl atırlarbu üsula. Ammaçoxqəribədiki, Koroğlu çoxtəbliğ

olunduğundan Koroğludan ibrət götürürlər, yəniqazandıqlarını, əldə etdiklərinidaha çoxXanEyvaza, Dəmirçioğluna, Dəlisənə yedirdirlər. Qaçaq Nəbikimi xalqı yedirmək fikrində deyillər.

YənitarixəbaxandaQaçaqNəbixalqadahayaxınolub. Amma ümumiyyətlə, baxanda Koroğlu da, Qaçaq Nəbi də cinayətkardırlar. Özü də bunların cinayət işinə yalnız ağır zaməhkəməsindəbaxmaqolar.

Yəni bunlar ƏnvərSeyidovun pasientləridir.

Bəli, uşaqlar bu dastanları oxuyur, istəyirlər Koroğlu olalar,istəyirlər Qaçaq Nəbi olalar. Xalq arasında ad çıxardalar. Amma onlara Koroğlu da demirlər, Qaçaq Nəbi də.Onlara quldur deyirlər,

reket deyirlər, oğru deyirlər, hətta iraq olsun, maşennik dədeyirlər.

Necə olurki, Koroğlu mal gətirən tacirlərinqabağını kəsəndə qəhrəman olur,məsələn, Məmməd mal gətirən tacirin qabağınıkəsəndə quldur. Necə olurki, Koroğlu Toqatın icra hakimiyyəti başçısının

var-dövlətiniaparanda qəhrəman olur, Məmməd hansısa birrayon icra hakimiyyəti başçısınıntutub əlli manatını əlindən alandareket. O cümlədən də Qaçaq Nəbi.

Məsələn, Dəmirçioğlunun, XanEyvazın durna teliniovlaması qəhrəmanlıq sayılır, amma Məmməd gedib iki dənə turac vurankimi ona Azərbaycan Respublikası CM-nin258-ci maddəsi ilə (qanunsuz ov etmə) cinayətişi qaldırılır. Maddənin 1-ci bəndindəminimum əmək haqqının yüz mislindən beş yüz mislinədək miqdardacərimə və ya birilədək müddətə islah işləri nəzərdətutulur. Bütün maddəni yazmaq istəmirik,amma bu maddədə iki ildən beş ilədəkmüddətə azadlıqdan məhrumetmə də nəzərdə tutulub. İndi Məmməd də istəyirqəhrəman ola, gedir durna teli ovuna. Bir beş min dolları varsa, verir hakimə aşağı maddəni

alır, yoxsa beş il gedir çala-çala. Və ya. Koroğlunu oxuyur, görür Koroğlu getdi Həsən Paşanın xəzinəsini ələ keçirtdi. Məmməddə fikirləşir Koroğluluq eləsin, gedir icra hakimiyyəti başçısının evini soyur. Dərhal ona 217-ci maddəilə iş qaldırırlar.

Maddə 217.Banditizm.

217.1. Təşkilatlaravə ayrı-ayrı şəxslərəbasqın etmək məqsədilə sabit silahlı qruplar (əslində Koroğluda qruppayox, bir korpus var-A.A.)təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə-

əmlakı müsadirəolunmaqla və yaolunmamaqla (burda hakim üçün əl yeriqoyublar ki, beş-on manat qazanabilsin-A.A.) on ildən on beş ilədəkmüddətə azadlıqdan məhrumetmə iləcəzalandırılır.

Koroğlunun hərəkətinin həminmaddə üzrə ikincicəzası.

217.2. Sabitsilahlı qruplarda (bandalarda) (bu faktdır ki, Koroğlunun 7777 dəlisi həmişə bir yerdə olub, yəni bu sabit silahlı qüvvələrdi-A.A) və ya onların törətdikləri basqınlarda iştirak etmə-

(Koroğlu nəinki basqınlardaiştirak edib, hətta basqınların təşkilatçısıdır-A.A.)

əmlakı müsadirə olunmaqla və ya olunmamaqlayeddi ildən oniki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddələrieyniylə Qaçaq Nəbinin etdiyi cinayətlərə də tövsif etmək olar. "Koroğlu" dastanınıoxuyan Məmməd Koroğlunun yolu ilə gedir. Və

nəticədə AzərbaycanRespublikası CM-nin 181-ci maddəsi iləistintaqa cəlb olunur.

Maddə 181. Quldurluq.

181.1.Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmışşəxsin həyatı vəya sağlamlığı üçün təhlükəli

zorakılıqlavə ya beləzorakılıq tətbiq ediləcəyihədəsi ilə bağlı basqın-

əmlakı müsadirəolunmaqla və yaolunmamaqla üç ildənsəkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu maddənin bəndləri və bəndlərəəlavələri çoxdur. Lap sonuncu bənd.

181.3.4. Əvvəllərtalama və ya hədə-qorxu ilə tələb etməyəgörə iki dəfə (Koroğluda bir yüzü keçib-A.A.) və dahaçox məhkum edilmiş(o vaxt prokurorluq vədaxili işlər orqanları zəif işlədiyindən

Koroğlunu tutubBayıla göndərə bilməyiblr-A.A.) şəxstərəfindən törədildikdə -

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədəkmüddətə azadlıqdan məhrumetmə iləcəzalandırılır.

Bu maddələreyni ilə Qaçaq Nəbinin etdiy cinayətlərə də tövsifolunur.

Həm Koroğluya, həmdə Qaçaq Nəbiyə oxşamaq istəyənlər elə bilirlər dünya dərəbəylikdi və istədikləriniedirlər. Nəticədə Koroğlu vəya

Qaçaq Nəbi istədiyiözbaşınalığı törədəndə xalq qəhrəmanıolur, amma Məmməd onu edən kimi Azərbaycan Respublikası CM-nin 322-cimaddəsi

belindədi.

Maddə 322. Özbaşınalıq.

322.1.Özbaşınalıq,yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraqqanuniliyi vətəndaş

və ya təşkilat tərəfindən təkzib edilənhər hansı hərəkətin özbaşına törədilməsimühüm ziyan vurduqda-

minimum əmək haqqı məbləğinin beş yüz mislinədək miqdardacərimə və ya 180 saatdan 240saatadək ictimai işlər (gözünüzün qabağınagətirin ki, 240 saat KoroğluyaBeşmərtəbənin qabağını süpürdürər-A.A.) və yabir ildən iki ilədək müddətə islah işləri və ya altıayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırırlar.

Bu maddəninikinci bəndində isə iki ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdətutulur.

Bəli, uşaqoxuyur ki, Koroğlu Həsən Paşanı da soydu, ToqatPaşasını da, ya Qaçaq Nəbi hansısa kəndxudanı və ya qubernatoru soydu və sair.

Uşaq elə bilirki, paşalar icra başçılarıdı və ya tutalımnazirlərdi.

İstəyir Koroğluvə ya QaçaqNəbi olsun. Koroğlu və ya QaçaqNəbi bunları edəndə uşaqda istəyir xalq qəhrəmanı olsun, amma maddə 180boynunun üstündədi.

Maddə 180. Soyğunçuluq.

180.1. Soyğunçuluq, yəni özgənin əmlakınıaçıq talama-

iki ilədəkmüddətə islah işləri və ya üç ilədəkmüddətə azadlıqdan məhrumetməilə cəzalandırılır.

(Maddənin bütünbəndlərini saymırıq, sonuncunu deyirik)

180.3.3. Əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə vəya daha çox məhkum edilmişşəxs tərəfindən törədildikdə

(Koroğluda, Qaçaq Nəbi dəbunu dəfələrlə edib-A.A.) -

əmlakı müsadirəolunmaqla və yaolunmamaqla yeddi ildən on üç ilədək müddətə Dəmir Bayramovun pasientiolmaqla cəzalandırılır.

Ümumiyyətlə, əlimizdəKoroğlunun və Qaçaq Nəbinin etdiyi cinayətlərləbağlı nəzərdə tutulan maddələrə baxdıqdaməlum olur ki, onlar Azərbaycan Respublikasının CM-nin282 (təxribat), 281(dövlət

əleyhinə yönələnaçıq çağırışlar), 280(silahlı qiyam), 278 (hakimiyyəti zorla ələ keçirməvə ya onu zorlasaxlama), 258 (qanunsuz ov etmə),221 (xuliqanlıq), 217 (banditizm), 215(adamları girov götürmə), 214(terrorçuluq), 206 (qaçaqmalçılıq), 188(torpaq üzərində mülkiyyət hüququnu pozma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 182 (hədə-qorxu ilə tələb etmə), 180 (soyğunçuluq), 181

(quldurluq), 120(adamöldürmə), 126 (sağlamlığaağır zərər vurma), 132 (döymə),133 (işgəncə), 144(adam oğurluğu), 145(qanunsuz azadlıqdan məhrumetmə), 321(hərbi xidmət keçməkdən boyunqaçırma), 322 (özbaşınalıq), 101(təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 106 (köləlik) və 109-cu(təqib) maddələri ilə tövsif

olunur.

Ona görə də xahiş edirik,uşaqlarınıza "Koroğlu" və "Qaçaq Nəbi"

dastanlarınıoxumağı qadağan edin. Əks halda, ömrünüzAli Məhkəmənin qabağında keçəcək.

1998-ci il

***


TƏQVİM / ARXİV