adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: RƏSUL QULİYEVİ BU QƏDƏR «MÜDRİK» BİLMİRDİM

AQİL ABBAS
66552 | 2020-07-31 11:50

Bizim qəzetin bir ənənəsivar, işdən getmiş adamların əleyhinəyazı çap eləmirik. Onlar vəzifədə olanda yazarıq, amma elə ki getdilər,day getdilər də. Gedənin ardıncadanışmağı sevmərik.

Kim inanmırsa «Ədalət»in 30 illikqəzetlərini araşdırsın.

Rəsul Quliyev hakimiyyətdəolanda «Ədalət» qəzeti dəfələrlə onun əleyhinəyazılar çap edib. Qaldıraqqəzeti baxaq. Qəzetimizdə görəbilərsiz, özü də sənədlərlə, fotofaktlarla. Qarabağ savaşı vaxtı Azərbaycan Ermənistana neftsatıb. Bu tərəfdə imza «Azərneftyağ»ın direktoru Rəsul Quliyevdi, qəbuledən isə Yerevandakı Razdan stansiyasının rəhbəridi. Və ora nə qədər neft göndərilib və onlar nə qədərqəbul edib və sair və ilaxır.

O vaxt təbii ki,qəzetimizə qarşı böyük bir hücumoldu, hətta «Azərneftyağ»ın işçiləriredaksiyaya hücum elədilər. Ammamən də gənc idim, Qarabağ dərdim vardı vəqorxum yox idi. Çox layiqli cavablarınıaldılar. Bunu ayrı bir yazıdayazaram.

Yəni o vaxtlar ki biz Qarabağda döyüşürdük, RəsulQuliyevin zavodu Ermənistana yanacaq göndərirdi.

İstəsəniz həmin sənədləri və faktları, hətta şəkilləriyenidən dərc edə bilərəm.

Rəsul Quliyev hakimiyyətdən gedəndən sonra mən onun əleyhinəheç bir yazı çap etmədim vəyazmadım. Və onu da qeyd edim ki, mən hakimiyyətdən gedənlərinəleyhinə yazı yazmağı xoşlamıram.

Qaldırın qəzeti, bu günə qədər də hakimiyyətdən getmiş Mütəllibovun, Vəzirovun, Rəsul Quliyevin, eləcə də Elçibəyin əleyhinə bizimqəzetdə bir yazı oxuya bilməzsiniz. Bir-iki sancma ola bilər, amma böyükyazılar olmaz.

İndi gələk məsələyə. Deməli, dünyanınbütün xalqlarında xalqın irəlidəolan adamları müdrikləşirlər. Çox qəribədirki, mən bu günə qədər nə Vəzirovun, nə Mütəllibovun,nə Rəsul Quliyevin (Artur Rasizadə istisnaolunur) müsahibələrində bumüdrikliyi görməmişəm. Yəqin heç görməyəcəm də.

Məsələ nədir? Deməli, Rəsul Quliyevin biraçıqlamasını oxudum. Deyir ki,Dağlıq Qarabağın ərazisi 4,4 minkv.kilometr idi və onun da 2,9 minkv.kilometrliyində ermənilər yaşayırdı,1,5 min kv.kilometrliyində azərbaycanlılar.

Əvvəla, Rəsul Quliyev Qarabağıtanımır, Dağlıq Qarabağı isə heç tanımır. Yenidənqayıdırıq mətləbə.

Və deyir ki, erməniləryaşayan əraziləri verəkErmənistana, vəssalam, söhbətbitib qurtarsın.

Deməli, Rəsul Quliyevin sözünə görə, ermənilər yaşadığına görə həmin torpaqlarıermənilərə bağışlamalıyıq ki,sülh olsun.

Rəsul müəllim, bəs Ermənistanın təxminən 32 min kv.kilometr ərazisinin nə qədərindəazərbaycanlılar və həm də nəsliniz yaşayırdı? Onda onlar da həmintorpaqları versinlər də bizə –Qafan, Zəngəzur, Göyçə və sair və ilaxır.

Rəsul Quliyev, imkanınız varsaensiklopediyaları qaldırın baxın.Son ensiklopediyada (orda da ermənilərin əli var) göstərilir ki, Dağlıq Qarabağın 140 min əhalisi olub.

İndi mən açım sizə.Şuşanın əhalisinin 22,4 mini azərbaycanlıydı. Stepanakert - 55 min əhalisi,15 mini azərbaycanlıydı. Xocalı - 10 minəhalisi azərbaycanlıydı. Martuni (bugünkiXocavənd) -əhalisinin 8500-ü azərbaycanlıydı. Mardakert (bugünki Ağdərə) - əhalinin yarısıazərbaycanlıydı. Əlimdəki həm rəsmi bəlgələrdəndanışıram, həm də ensiklopediyadakıbəlgələrə görə danışıram. Mən hələ Malıbəylini, Quşçuları, Tuğu və sair və ilaxırı qatmıram. Əslində DağlıqQarabağda əhali əlli-əlliyə olardı.

Siz Ali Sovetin sədriolmusunuz, sizdə daha dəqiqbəlgələr var. Həmin vaxt ermənilərəhalinin erməni say artımını etməküçün Bakıda və Yerevanda olan erməniləridə Dağlıq Qarabağdaqeydiyyata alırdılar.

Rəsul Quliyev! Tarixə nəzərsalsanız Qarabağda 5 erməni kəndiolub, onlar da bəylərinə «Məlik» deyirdilər, yəni beşerməni məlikliyi. Hamısının da ağsaqqalı MəlikŞahnəzər idi. Onun da nəslinin nümayəndəsiŞahnazaryan televiziyada etiraf elədi ki, biz əslində türkük, erməniliyi qəbul etmişik.

Və bu gün Azərbaycankəndlərinin statistikasınabaxsanız, uzaqbaşı bir neçə qəsəbəni siyahıdançıxarsaq, hər kənddə 1500-2000 adam yaşayır.Deməli, həmin dövrəqayıtsaq, hər bir məliklikdə uzaqbaşı 100-150 ailə olardı ki, bu da eləsin 1000 adam.

Rəsul Quliyev, imkanın varsa bir azkitabları, tarixi oxu. Hətta sizin dediyiniz 2,9 min kv.kilometr əraziədə erməniyaşamayıb.

Faciəmiz bilirsiniz nədi? Başqaxalqların qəbul etdikləri siyasiliderləri və ya ağsaqqalları getdikcə müdrikləşir, bizimkilər isə…


TƏQVİM / ARXİV