adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7

Aqil ABBAS:GƏL AY PƏNAH XAN, GORUN ÇATLASIN!

AQİL ABBAS
116579 | 2020-06-10 17:54

1978-ciildə ermənilər İrandan Qarabağa köçürülmələrinin 150 illiyini təntənə ilə qeyd elədilər və Xankəndinin girəcəyinə də bunun şərəfinə bir böyük abidə qoydular və onu elədilər Dağlıq Qarabağınemblemi. Və dünya dağılanadək hər il də həmin günü qeyd edirdilər, yemək-içmək, çal oynasın, vur-otlasın.

Dünya dağılandansonra day bu bayramı keçirmədilər. Əvvəla, artıq bu bayram onlarasərf eləmirdi, həm də bayramlarının sayı çoxaldı: Şuşanın işğal günü, Laçının işğal günü, Kəlbəcərin, Qubadlının, Zəngilanın,Cəbrayılın, Ağdamın, Xocalının və sair vəilaxır… əl barmaqları çatmır, gərək keçək ayaq barmaqları ilə də sayaq.


Əsas bayramları da Şuşayla bağlıdı. Hər il mayın 8-9-u Şuşada vur çatlasındı. Avropadan da parlamentarilər,məşhur siyasətçilər… it ilxısı, köpək sürüsütökülüşüb gəlirlər, hələ bir eşşəkyarışı da keçirirlər. Sonra da bizim Xariciİşlər Nazirliyi ora gələnləri salır qara siyahıya. Hələ biri vardı Lapşin adında,tutub içəriyə də qoyduq, sonra da buraxdıq getdi.

Qarasiyahıya düşənlər də daha sonra bizim XİN-ə bir üzrxahlıq məktubu göndərir, bizimXİN-in də ürəyi yumşaqdı və genişdi, əfveləyir onları və onlar da xoşbəxt olurlar.

Bəli,Qarabağa köçürülmələrini bayram edənermənilər 26 ildi Şuşanı almalarınıbayram edirlər.

Gəlay Pənah xan, gorun çatlasın!

1748-ciildə Çingiz xanın nəvəsi, Hülakü xanın oğlu Arqun şahın nəslindən olan Pənahəli xan Cavanşir doğulduğu Bayat kəndinə (Ağcabədiyə) gəldi və Qarabağxalnlığını qurdu. Təxminən 30 yaşlarındaydı. Və bu xanlıq ŞimaliAzərbaycanın ən qüdrətlixanlığına çevrildi. Ondan əvvəl Qarabağ xanlığı yoxuydu, Qarabağ Bəylərbəyliyivardı Gəncədə yerləşirdi. Qarabağbəylərbəyi də Pənah xanın babası İbrahim Xəlil ağaydı ki, sonra da Pənah xan oğlanlarının birinin adını İbrahim Xəlil qoydu ki, adı tarixəİbrahim xan kimi düşdü.


MənQarabağın tarixini yazmaq fikrində deyiləm. Bu haqda çox yazılıb,mən özüm də Qarabağ xanlığının tarixi ilə bağlı «Batmanqılınc» adlı roman yazmışam. İkidəfə də nəşr olunub, eləcə də Türkiyədə. Bəlkə saytdatəkrar dərc elədim, oxumayanlar oxusun.

Gələkmətləbə.

1748-ci ildə Qarabağ xanlığı quruldu, ondan sonra Pənahxan Şahbulaq qalasını tikdirdi, Əsgəran qalasını tikdirdi, 1754-cü ildə də Şuşa qalasınıtikdirdi.

1748-ciil, bu il də 2018-ci il. Bu il Qarabağ xanlığının qurulmasının270 illiyidi. Elə bil heç belə birhadisə olmayıb, belə bir xanlıq qurulmayıb.Nə televiziya kanallarında, nə mətbuatdabir tık da yoxdu.

ErmənilərŞuşanı almalarını hər il bayram edirlər.Ötən il də 25 illik yubileyini qeyd etdilər.

BizQarabağ xanlığının 270 illiyini unutmuşuq.

FalçıBayram bu gün Pənah xandan hörmətlidi.

Gəlay Pənah xan, gorun çatlasın. Necə ki çatlayır…

Sadıq Murtuzayev Ağdamda – İmarətdə Pənah xanın da,İbrahim xanın da, Mehdiqulu xanın da, Xanqızının da məzarları üstündə möhtəşəm sərdabələr tikdirmişdi.

AzərbaycandakıBayraq muzeylərində Qarabağ xanlığınınbayrağı varmı?

Mövzunu davam etdirəcəyik.

(22 sentyabr 2018-ci il)

TƏQVİM / ARXİV