adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS:«HOP-HOPNAMƏ», QARABAĞ BƏYLƏRİ, DAY ÇƏRLƏTMƏYİN DƏ…

AQİL ABBAS
109286 | 2017-12-30 10:57

Beş manat itirəndə,ya maşınınızın farası qırılanda, ya ürəyiniz istəməyən toya gedib yüzmanat pul yazdıranda bir ay deyinirsiniz. Camaatın varı-dövləti gedib, topdağıtmaz evləri yandırılıb. O villalar yandırılıb ki, Bakıda və digər rayonlardaonu hələ indi-indi tikməyə başlayıblar. Bunlar hamısı cəhənnəm, boş şeydi. Var-dövlətdə qazanıla bilər, villa da tikilə bilər, topdağıtmaz evi yenidən qurmaq olar. Ammadoğulduğun torpağı, ilk dəfə iməklədiyin, hətta yediyin və qəribə bir dadı olan torpağıitirmək, əzizlərinin yatdığı qəbiristanlıqları itirmək - bu dəhşətdi.Bu dəhşəti bir Ermənistandan qaçqın düşənlər, bir də qarabağlılar yaxşı bilir. Ay bizə lağ eləyənlər, heç bilirmisiniz ki, Qarabağdankənarda basdırılan qarabağlılar əmanət basdırılır,hətta xristianlar kimi tabutda basdırılırlar,haçansa Qarabağ azad olunanda aparsınlar əzizlərinin yanında dəfn eləsinlər, öz əzizlərinəqovuşsunlar. Tanrı heç kimə qismət etməsin bunu.

Sözgəlişi, bu gün Bakıda və digər bölgələrdə tikilənvillalalardan da daha yaraşıqlı bir villanı ana babam 1957-ci ildə Ağdamda tikdirmişdi. İstəyirsiniz, ünvanı da deyim: BünyadSərdarov küçəsi 10.

20 minə yaxın şəhidvermişik, statistikanın rəqəmlərində çoxqəribədir ki, bu rəqəm təxminən 13 min göstərilir.Bəs, evlərində, həyətlərində, küçədə erməni bombardmanından ölənlər kimsayılır? Bəs, taleyi məlum olmayangirov götürülənlər (təxminən 4 min nəfər), itkin düşənlər kim sayılır ? Nəisə, bu ayrı bir mövzudu.

Şəhid. Bu bir ailənin oğludu, bir ailənin kürəkənidi, bir bacının qardaşıdı, bir atanın oğludu, bir ananın oğludu,bir nəslin övladıdı. Qarabağda şəhid olanların təxminən 70 faizi qarabağlılardı.Qarabağda elə bir nəsil tapmazsınız ki, onun şəhidi yoxdu! Şuşanın 15 min əhalisi vardı, şəhidlərinin sayıəhalisi Şuşa əhalisindən 10-20 dəfə böyük rayonların şəhidlərininsayından bir neçə dəfə artıqdı. Eləcə də olsun Kəlbəcər, Laçın, Qubadlı,Xocalı, Xocavənd. Mən heç bura Ağdamla Füzulini salmıram. Söhbət ondan gedir ki, bu qarabağlıların Xankəndi ilə müharibəsideyildi. Bu, Ermənistanla, Rusiya ilə, Ermənistanın arxasında duran dövlətlərləmüharibə idi. Və bu savaşda Qarabağa Azərbaycanın başqa bölgələrindən gəlib qeyrətlə savaşan, şəhid vəqazi olanların önündə də baş əyirəm. Amma söhbət ondan gedir ki, bir daha təkraredirəm, şəhidlərin 70, bəlkə də 80 faiziqarabağlılardı.

Azərbaycanda ilk şəhidiki ağdamlı gənc – Əli və Bəxtiyardı. İnşallah, Cıdır düzündə Azərbaycan bayrağı qaldırılan vaxt, Qarabağazad olunan vaxt da son şəhidimiz bizlərolacağıq.

Şəhidlərimizin

Çiyninə qalxaraqyüksəliyoruz

Vaxtımız yox,

Onları basdırmağa!

İnşallah, o günü görəcəyəm.

Bu yazını niyə yazdım?Xeyli vaxtdı bir məsələ məni həm çərlədir,həm üzür, həm də bərk narahat edir.

Nədir bu məsələ?

Görkəmli şəxsiyyətimiz,bütün jurnalistlərimizin ustadı Şirməmməd Hüseynov hər hansı bir tədbir olur-olmasın orda mütləqHəsən bəy Zərdabinin bir məqaləsini misalçəkir. Sonra da qəzetlər, saytlar, sosialşəbəkələr Şirməmməd müəllimin çəkdiyi bumisalı elə ürəklə paylaşır, elə şərhlər yazırlar ki,oxuyanda adama elə gəlir ki, Azərbaycan xalqının düşmənləri heç də ermənilərdeyil, qarabağlılar, daha doğrusu, Qarabağ bəyləridi.

Nədir məsələ?

Zərdabi yazıb ki, gedir Şuşaya, istəyir Qarabağ bəylərindən bir yardım alsın və «Hop-hopnamə»ni çap etsin.Erməni qadınları yığışıb pul qoyub «Hop-hopnamə»ni çap etdirirlər, hətta həmin vaxtbir erməni də gətirir 980 publ yardım yığanlarapul verir ki, bu pulu İsa bulaqdan su daşımaqla qazanmışam, istəyirəm erməni uşaqlarıtəhsil görsünlər. Amma Qarabağ bəylərinin Həsən bəy Zərdabiyə verdikləri qonaqlıqların xərci bir yox, iyirmi «Hop-hopnamə»ni çap etdirməyə çatsa da, kitabın çapına pul vermirlər.

Bilmirəm bunu Həsənbəy Zərdabi niyə yazıb, bu nə qədər doğrudu? Və təbii ki, Həsən bəy Zərdabinin yazdığı «Quran» ayələri deyil, ustad yazıb də. Gərək ustad da deyəydi ki, qardaş, o qoyunu kəsməyin, onun puluyla gedim Sabirinkitabını çap etdirməyə.

Ola bilər ki, Zərdabinin yazdığıhəqiqətdi. Bu gün XXI əsrdi, hələ də bu millətdə Sabiri qəbul etməyənlərvar, Sabirə həqarət edənlər var, söyənlər var, onu Allahsız, dinsiz, imansız adlandıranlarvar. Zaman-zaman mətbuatda belə yazıları oxuyursuz. İndi fikirləşin, bir əsrdən də bir az çox əvvəli. Ola bilər ki, Zərdabinin üz tutduğu bəylər də XXI əsrdə düşünənlər kimi düşünüb.Nə isə, bunu qoyaq bir kənara.

Qarabağlıları, yuxarıdahansı dərdləri çəkdiklərini yazdığım,hansı ağrıları yaşadıqlarını yazdığım qarabağlıları bu qədərtürklər demiş, aşağılamaq, alçaltmaq görəsən, kimlərə lazımdı? Bunlarımətbuata çıxarıb onsuz daüstlərində göz yaşlarından başqa, içlərində ağrı-acılardan başqa heç nəyi olmayan bu camaatı niyə çərlədirsiz?

Doğrudanmı Qarabağbəyləri belə nanəcibinsanlar olublar? Qarabağ bəylərinixəsislikdə ittiham edənlərə çox yox, bir neçə misal örnək gətirəcəm.

Bəy böyük tituldu.Nə bilim, ruslar buna qraf deyir, knyaz deyir, ingilislər lord, milord deyir, ümumiyyətlə, Avropadabaron, markiz deyirlər, yəni əsilazadələr.

Təbii ki, Qarabağbəyləri də əsilzadələr idi. Ən aşağısı Qarabağ xanlığının əsasını qoyan, Şuşanıtikən Pənah xanın nəslindən idi. Düzdür, Qarabağda Səfəvilərin və Qacarların nəslindənolan bəylər də vardı.

Xan qızı Natəvan,yadımdan çıxıb, deyəsən təxminən 17 kilometrdən öz şəxsivəsaiti hesabına Şuşaya saxsı borularda su çəkdirmişdi. Su çəkilərkənbəzən sərt qayalıqlar çıxırdı qarşılarına.Xan qızı həmin qayalıqlar çıxan vaxt hər metrəyə fəhlələr üçün birqızıl onluq qoyurdu ki, çapın buqayaları. İki tərəfdən Şuşaya su gətirmişdi. Bütün var-dövlətini xeyriyyə işlərinə xərcləyirdi, şairlərə, sənət adamlarına xüsusi imtiyaz tanımışdı.

Məmməd bəy Batmanqılıncınnəvəsi Əhməd bəy Cavanşir Ağdamla Ağcabədininarasındakı kəndlərə kəhriz vurdurmuşduki, kasıb camaatın məhsulu yanmasın. Məktəblər açmışdı və hətta özü kasıbbalalarına dərs deyirdi ki, millət təhsil alsın.Aclıq illərində öz taxılını pulsuz-parasız camaata dağıdırdı ki, xalq aclıq çəkməsin.(Əhməd bəyin qəribə bir rəvayətiniyaxın nömrələrdə yazaram).

Əhməd bəyin qızıHəmidə bəy (bəli, xalq ona xanım demirdi,hünərinə, cəsarətinə, mərdliyinə görəbəy deyirdi) Qarabağda yoluxucu xəstəlikyayılanda eşi Mirzə Cəlillə birlikdə kəndbəkənd düşüb bəlkə minlərlə adamı öz vəsaiti hesabına peyvənd edirdi. Həmin vaxt yalnız Zeynalabdin Tağıyev kömək üçünHəmidə bəyə müəyyən qədər pul göndərmişdi. Həmidə bəy Səttar xan hərəkatına maddiyardım eləmişdi.

«Qeyrət» mətbəəsinialıb Mirzə Cəlilə bağışlamışdı ki, «Molla Nəsrəddin» , (özü də bugün bizim üçün az qala müqəddəs bir kitaba çevrilmiş) jurnalını nəşr etdirib bu millətin ağrılarınıbütün Şərqə çatdıra bilsin.

Deyə bilərsiniz ki,bunu eşinin (ərini yazmıram, bu sözü xoşlamıram,elə eşi gözəldi, yəni özünün bir parçası)Mirzə Cəlilin xətrinə eləmişdi. Elədeyil, o, bunu Azərbaycan xalqının xətrinəeləmişdi.

Sabir xəstələnəndə ona ilk yardımı da Həmidə bəy eləmişdi. Nəinki yardım eləmişdi, hətta onu öz evinə gətirmiş və uzun müddət Mirzə Cəlillə birgə sağlamlığıilə məşğul olmuşdu. İndi Həmidəbəy eşitsəydi ki, «Hop-hopnamə»nin nəşri ilə bağlı pul lazımdı, o pulu artıqlaması ilə Zərdabiyə göndərməzdimi?! Sabir Həmidə bəy haqqında demişdi ki, mən belə bir mərd, qeyrətli,kişi xasiyyətli xanım görməmişəm.

Yoxsa indiki bəylər kimi həmin pula villa tikdirərdi, birini Bayatda, birini Kəhrizlidə,birini Şuşada, birini Parisdə, birini Karlovı Varıda və sair və ilaxır. Həmidə bəydənçox yazmıram, imkanınız varsa MehribanVəzirin çox böyük çətinliklə üzə çıxarıb nəşr etdirdiyi «Xatirələrim» kitabını oxuyun.

Kərim bəy Cavanşir(Bayat bəylərbəyi) öz vəsaiti hesabına Qarabağda xəstəxanalar tikdirirdi, məktəblər tikdirirdi.

İsmayıl bəy Qarabağatlarının nəslinin kəsilməməsi üçün AğdamdaAtçılıq zavodu tikdirib.

Qasım bəy Zakir bütün var-dövlətini kasıb-kusuba paylayırdı.

Bədəlbəylilər Şuşada,Ağdamda, Ağcabədidə məktəblər tikirdilər, teatraçırdılar. Hətta Bakıda ilk məktəbi də onlar açıb.

Qarabağ bəyləri Şuşadabu günki universitet təhsili verə biləcək Realnıy məktəblər açırdılarki, kasıb-kusubun, yetim-yesirin uşağı gəlib olxusun.

Qarabağ bəyi Firudin bəy Köçərliöz vəsaiti hesabına Qazaxda Qori seminariyasının filialınıaçmışdı.

Şərqdə ilk operanı yazan və bu gün Azərbaycanı dünyadatanıdan Üzeyir HacıbəyovQarabağ bəyi idi.

Qarabağ bəylərininsonuncu mogikanlarından olan Seyid Şuşinskininnə qədər gənci oxutmasından, nə qədər insanlaraxeyirxahlıq göstərməsindən xəbərinizyoxdusa, günah məndə deyil.

Fikrət Əmirov Qarabağ bəyinin oğlu idi.

Fərhad Bədəlbəyli Qarabağ bəyinin nəvəsidi.

Day bəsdi. Yoxsa,gərək bütün qəzeti doldurum.

Çox güman ki, Zərdabi Şuşada Əbdürrəhim bəy Haqverdiyevin yazdığı«çertvyortıy sort» bəylərə rast gəlib.

İndi 25 ildi Qarabağyoxdu, torpaq yoxdusa onun yetişdirdiyi bəylər də yoxdu. Əgər bizə mane olan Qarabağ bəyləri idisə, indi onlar da yoxdu. İndiki bəylərməsələni həll eləsin də. Vaqif Cəbrayılzadənin bir şeirində gözəl bir yer var:

Çərx başına gəlməyənləri

Çərlədin,

Çərlədin,

Öldürün!

Bəsdir də bu camaatı çərlətdiniz, gedin işinizlə məşğul olun. Gedingörün Təranə Qumralla Nazəninin davasınınaxırı nə təhər oldu?!


TƏQVİM / ARXİV