Avropa və Asiya təhlükəli dilema qarşısında... - Rüstəm Hacıyev yazır
 

RÜSTƏM HACIYEV
344 | 2025-04-08 10:17

Avropa İttifaqı "döyüşmək" niyyətində, ASEAN isə güzəştə getmək istəyir

Donald Tramp adminisyrasiyasının dünyanın bir çox ölkələrinə qarşı çıxması sarsıdıcı effekt verməkdədir. ABŞ prezidentinin aprelin  2-dən başlayaraq tariflərlə bağlı verdiyi qərarın, bu dərəcədə dağıdıcı olacağını heç kim gözləmirdi. Bütün dünyada, o cümlədən elə ABŞ- ın özündə də fond bazarları çökməkdədir. Ekspertlərin fikirincə, bu vəziyyət getdikcə daha geniş miqyas alacaqdır.

 Trampın qərarı, Birləşmiş Ştatların müttəfiqlərini də çıxılmaz vəziyyətə salıb., iki yol ayrıcında qalıblar və "hansı yolla gedəcəklərini", buna necə cavab verəcəklərini bilmirlər. İlkin reasiyalara görə onlar, güzəştə getmək, və ya kəskin  cavab vermək qərarları arasında vurnuxurlar. 

 Trampın tariflərlə bağlı qərarı qəribədə görünsə, heç də siyasi xarakter daşımır. İqtisadçıların hesablamalarına görə, ABŞ -ın ticarət nazirliyinin bildirdiyi kimi, bu, guya "xüsusi formula" uzrə hazırlanan tariflərdir, əslindğ isə çox sadə-defisitin miqdarı ayrı-ayrı ölkələr üzrə, idxalın həcminə bölünərək hesablanıb. Ona görə də ayrı-ayrı ölkələrə tədbiq edilən rüsumlar bir-birindən fərqlənir. 

  Beləki, daha əvvəl bəyan edilən kimi, ən yüksək faiz (34 faiz) Çin Xalq Respublikasına deyil, Vyetnamdan idxal  olunan məhsullara tədbiq ediləcək. Braziliya kimi ölkələrdən idxal olunan məhsullara, ən aşağı- 10 faiz tədbiq olunacaq. Yəni, "tərəfdaş-bitərəf-düşmən mövqedə olan"- ölkələr olması fərq eləmir.  Macarıstan, İtaliya və İsrail kimi Ağ Evlə daha yaxın münasibətdə olan ölkələrə, daha  yüksək rüsumlar tədbiq edilib.

Tramp tariflərinə qarşı xarici dövlətlərin reaksiyası özünü çox gözlətmədi. Bəziləri tariflərə qarşı əks tədbirlər görməyə hazırlaşırlar, bəziləri hələ çaşqınlıq içərisində nə edəcəklərini düşünürlər, bəziləri isə artıq antiamerikan rüsumlarını tədbiq etməyə başlayıblar. 

Tariflərlə bağlı Trampın məsləhətçiləri çox güman ki, əks həmlələrin ABŞ iqtisadiyyatına vura biləcəyi zərərləri hesablamayıblar.  Çin ABŞ-dan tariflər məsələsinə yenidən baxmağı xahiş edir. Əks təqdirdə  ABŞ-ın bu ölkəyə ixrac etdiyi 150 milyard dollarlıq dövrüyyəsinə analoji rüsumlar tədbiq ediləcəyi  ilə bağlı xəbərdarlıq edib. Xəbər verdiyumiz kimi, artıq ən həssas nöqtəyə, ABŞ-ın Çinə idxal etdiyi kənd təssərrüfatı məhsullarına yüksək rüsumlar tədbiq edilib. Tramp və komandası indi  amerikan sənayesinə vurulacaq zərbənin nəticələri barədə düşünməlidirlər. 

Bundan başqa, Amerikanın ən qədim müttəfiqləri, Avropa İttifaqına üzv dövlətlər çox xoşagəlməz  vəziyyətlə qarşılaşıblar. Onlar Rusiya ilə münaqişə və enerji daşıyıcılarının qiymət artımı ilə üz-üzədirlər . Trampın tarifləri artırması isə, avropa kontinenti üçün ölüm hökmünə bərabərdir.

Vəziyyət hələ ki, çox qarışıqdı. Avropa İttifaqı ölkələri yekdil bir qərara gələ bilmirlər. Hərə bir tərəfə çəkir. Almaniya kansleri Robert Xabek rüsumlarla bağlı Vaşinqtinla danışıqlara başlamağa səsləyir, Fransa prezidenti Emmanuel Makron daha qətiyyətli mövqe tutaraq, Fransa şirkətlərini ABŞ-a investisiyaları dayandırmağa çağırır, həmçinin amerikanın rəqəmsal servislərinə rüsum tədbiq edəcəyi ilə hədələyir.


Görünən odur ki, Avropa İttifaqı, ABŞ-ın hərəkətlərinə birgə müqavimət göstəmək iqtidarında deyil. Hər bir dövlət ekstrimal vəziyyətdə  öz başına çarə qılmağa çalışacaq. Macarıstan və İtaliya Ağ Evin onlara xüsusi diqqət yetirəcəyinə ümid edirlər. Lakin prosseslərin inkişafı onların bu ümidlərinin üstündən xətt çəkməkdədir.

 Avropa ittifaqıAntiamerikan rüsumlarına qarşı, təbii ki əgər antiamerkan rüsumları tədbiq edilərsə,  bu ABŞ iqtisadiyyatını silkələyəcək. Dünya ticarətinin həcmi aşağı düşəcək ki, bu da qlobal tənəzzül təhlükəsi yaradacaq.

  Başqa bir variant isə, dünya sənaye bazarının iştirakçıları  Vaşinqtona baş əyməlidirlər. 

 Bəlkə də Tramp tariflərlə bağlı planlarını bütün bunları nəzərə almaqla hazırlayıb ki, bütün dünya onun qarşısında baş əysin...  

 P.S.  Bu arada ABŞ prezidenti Donald Tramp, Pekini hədələyərək bəyan edib ki, əgər Çin qarşılıqlı qaydada amerikan məhsullarına tədbiq etdiyi  rüsumları aprelin 8-dək ləğv etməsə, aprelin 9-dan etibarən bu ölkəyə qarşı rüsumları daha 50 faiz artıracaq və Pekinlə danışıqları birdəfəlik dayandıracaq...

TƏQVİM / ARXİV