Tramp Rusiyaya təyziqi artırır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
540 | 2025-10-24 12:01

Prezidentlərin intizarla gözlənilən Budapeşt görüşünün baş tutması sual altlndadır. Səbəb Rusiya prezidentinin güzəştlərlə bağlı geri atmaq niyyətində olmamasıdır.

 ABŞ prezidenti Donald Tramp uzun müddətdir məsləhtçiləri ilə, Rusiyanın mövqeyini yumşaltmaq üçün yeni-daha sərt sanksiyalarla Moskvaya təyziqlərin güclənmərmək üçün 
müzakirələr aparır. 

 Xəbər verdiyimiz kimi, ABŞ senatı üç yeni antirusiya sanksiyaları paketini müzakirə etməyə hazırlaşır. Məlumatlı mənbələrin bildirdiyinə gprə, Donald Tramp artıq operativ şəkildə yeni qadağalar paketinin birini imzalayıb. 

 "İnstinklərim deyir ki, Rusiya ilə münasibətlərimizdə taktikanı dəyişmək lazımdır"- deyə ABŞ prezidenti bəyan edib.  

 "Sərt mövqe hərəkətə keçməyə vadar edir"-deyə Ağ Evin məmurlarından biri bildirib.

 Ukraynayla aparılan üzücü müharibə Rusiya iqtisadiyyatına, xüsusiylə də neft-qaz sənayesinə böyük zərbə vurur.  Qazpromun rəhbəri Millerin bu günlərdə xəlqa müraciəti və ölkənin ən böyük qaz şirkətinin altı trilyon rubll borca düşməsini bəyan etməsi əhalini təşvişə salıb. 

 Bundan baçqa, Ukrayna silahlı qüvvələrinin, demək olar ki, hər gün Rusiyanın dərinliklərində iri sənaye və hərbi obyektlərinə zərbələr endirməsidə, ağır nəticələrə səbəb olur.

 Bütün bunlara baxmayaraq, Rusiya prezidenti, ən azından atəşin dayandırılması üçün, inadla ən xırda güzəştlərə belə getmək istəmir. 

 Kremlin təbliğat maşını, kütləvi informasiya vasitələri hər gün hər şeyin guya yaxşı olduğunu, Ukraynanın artıq gücü qalmadığı  barədə yalan, şişirdilmiş bəyənatları da özünü doğrultmur. Ona görə də, Təhlükəsizlik şurasının sədr müavini, əslində isə sosial şəbəkə qəhrəmanı kimi tanınan Dmitri Medvedevin diliylə, hamını nüvə silshları ilə hədələməyə başlayıblar.

 Donald Tramp isə, hələ də müharibənin dinc yolla nizamlaya biləcəyinə ümid edir. Ona görə də, ona təqdim olunan üç antirusiya paketindən ən yumşağını seçib imzalayıb. Rusita sənayesinə və ölkənin ən yükdək vəzifəli şəxslərinə qarşı daha sərt sanksiyaların tədbiq olunmasını altı ay nüddətinə təxirə salıb.

 

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV