adalet.az header logo
  • Bakı -°C

İran münaqişəsi regionda təhlükə yaradacaq..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
287 | 2026-03-03 13:05
A- A+

ABŞ və İsrailin İrana qarşı başladığı müharibə, getdikcə Yaxın Şərqə doğru irəliləməkdədir. "Hizbulla" İsrailə raket zərbəkəri endirir, TSAXAL cavab olaraq, Livanın cənubunda hərbi əməliyyatlar keçirir, İran amerikan və ingilis hərbi bazalarına, həmçinin Səudiyyə Ərəbistanın və Qətərin neft-qaz yataqlarına  raket zərbələri endirir. 

Hörmüz boğazı və Oman körfəzi  ətraflnda ən azı üç tankeri aldığı zərbədən ziyan görüb. İranın İsrail HHQ-i qərərgahına da raket zərbələri endirməsi barədə məlumatlar yayılıb.

Görünən odur ki, Yaxın  Şərq dünya müharibəsi ərəfəsindədir. Müharibənin qığılcımları onun əhatəsoni həm şərqə, həm də qərbə doğru genişləndirə bilər.

 İranın maliyələşdirdiyi "Hizbullah" və "Ənsar Allah" təşkilatları bu müharibədə İranın tərəfində dayanacaqlarını bəyan ediblər.  Daha bir terror təşkilatı kimi tanınan "Hüsi"lər  də Qırmızı dənizdə gəmilərə hücumlarını bərpa edəcəklərini bildiriblər. Livanın iranpərəst qüvvələri Əli Xomeyninin intiqamını almaq məqsədiylə İsdrail ərazilərinə dron və raketlərlə hücum edirlər.

Hərbi ekspertlər vəziyyətin daha da gərgiləşməsi, müharibənin əhatəsinin genişlənə bilməsi riskinin artacağını proqnozlaşdırırlar.

 ABŞ prezidenti daha əvvəl İranın yeni rəhbərliyinin onunla görüşmək istədiyini və onların bu istəklərini qəbul etdiyini bəyan etsə də, İran rəsmiləri Ağ Ev rəhbərinin bu bəyənatını təsdiqləmirlər. Əksinə, qətlə yetirilən Ali din rəhbərlərinin intiqamını  alanadək mübarizə aparacaqlarını bilddirirlər.

On illərdi İranın hərbi texniki və maliyyə dəstəyi ilə fəaliyyət göstərən "Hizbullah" təşkilatı İranı itirməmək üçün, təkcə İsrailə deyil, həmçinin Liviya üçün də daha ciddi  təklükələr yarada bilər. 

Beləliklə, ABŞ prezidenti Donald Trampın Yeni Yaxın Şərq yaratmaq  konsepsiyası hansı nəticələrə gətirib çıxara biləcəyi sualı hələ də açıq qalmaqdadır.

Dünya xəritəsində yeni dövlətlər meydana çıxacaqmı? Və ya, Yaxın Şərqdə hansısa dövlətin rolunun artırılmasının şahidi olacağıqmı sualının cavabları hələ ki, açıq qalır...

 
 

TƏQVİM / ARXİV