Finikal Times Ukrayna və Rusiya tərəfinin fikirləri ilə tanış olduqdan sonra belə qənaətə gəlib ki, ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarının bərpa edilməsi perspektivlərinin heç bir mənası yoxdur.
"Rusiya və Ukraynada hesab edirlər ki, Yaxın Şərqdə müharibə dayandırılsa belə, ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqların bərpa edilməsi perspektivləri heç bir nəticə verməyəcək"- deyə məqalədə deyilir.
ABŞ prezidenti Donald Trampın bütün çıxışlarında "Kiyev və Moskva razılaşmaya yaxındılar" bəyənatlarına baxmayaraq, münaqişə tərəfləri danışıqların davam etdiriləcəyinə inanmırlar.
Qəzetin mənbələrə istinadən yazdığına görə, Rusiya prezidenti Vladimir Putin "Kiyevə tələblərini genişləndirmək məqsədiylə diqqətini gələcəkdə Donbas vilayətinə tam nəzarəti ələ keçirməyə" yönəldib.
Dinald Trampda, Vladimir Putində münaqişənin tezliklə sona çatacağını bəyan edirlər. Sadəcə olaraq, ABŞ prezidenti münaqişənin bitməsi üçün Ukraynanın işğal olunmuş ərazilərin itirilməsi ilə razılaşmasında, Rusiya prezidenti isə, yeni ərazilər işğal etməklə Ukraynanı yenidən öz təsir dairəsinə qaytarmaqa görürlər.
Ukrayna prezidenti və xalql isə, heç vaxt bu şərtlərlə razılaşmayacaqlarını və ərazi bütövlüyünün bərpası üçün sonadək mübarizə aparacaqlarını bəyan edirlər.
Belə bir vəziyyətdə həqiqətəndə kimin vasitəçilik etməsindən asılı olmayaraq, hər hansı sülh danışıqlarının perspektivlərindən danışmaq yersiz görünür.


Bakı -°C
