“Liverpul” 18 yaşlı qapıçı ilə razılığa gəldi
İngiltərənin “Liverpul” klubu “Genk”in 18 yaşlı belçikalı qapıçısı Lukka Brugmansın transferi ilə bağlı razılığa gəlib.
Adalet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Transferin ümumi dəyəri təxminən 35 milyon avro olacaq. Brugmans isə İngiltərə klubuna yalnız 2027-ci ilin yayında qoşulacaq.
“Liverpul” artıq futbolçunun tibbi müayinədən keçməsi üçün icazə alıb. Bundan sonra tərəflərin rəsmi prosedurları tamamlaması gözlənilir.
Qeyd edək ki, belçikalı qolkiper həm Belçika, həm də Niderland futbol məktəblərinin yetirməsidir. O, 2024-cü ildən “Genk”in əsas komandasında çıxış edir.
“Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 4 milyon avro qiymətləndirir.
Digər Xəbərlər
01 Sentyabr 2026 00:24
“Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov tənqidlərə cavab verdi
31 Avqust 2026 22:22
"Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
31 Avqust 2026 20:00
"Sabah" "Araz-Naxçıvan"ı məğlub edib
31 Avqust 2026 19:37


Bakı -°C

