Amerikada həm daxili, həm də xarici vəziyyət getdikcə qızışmağa doğru gedir. Ölkə daxilində kütləvi küçə yürüşləri zorakılığa məruz qalır, Minnesotada prezident Trampa qarşı ittihamlar artmaqdadır. Donald Teamp həm daxili, həm də xarici mübaruzələr burulğanınları qarşısında çətinliklərlə üzləşməkdədir.
Amerikan telekanalarına ibansaq, ABŞ-ln İrana zərbə endirməsi an məsələsidir. Lakin, Kremlin informasiya məkanında olduğu kimi, Ağ Evində informasiya məkanı da, feyk xəbərlər paylaşmaqla vəziyyəti gərginləşdirməklə cəmiyyətin fikirlərini qarışdırmaqla məşğul ola bilərlər.
Prezident Dinald Tramp hələ ki, həm bəyənatları, həm də hərəkətləriylə İrana qarşı təyziqlərini gücləndirir. Rəsmi Vaşinqton İranın nüvə razlaşmasından imtina edıcəkləri və etirazçıları qətlə yetirməkdən geri çəkilməyəcəyi halda, İranaın obyektlərinə zərbələr etmək imkanlarını nəzərdən keçirir.
Ekspertlərin fikirincə, Donald Tramp "bulduzer diplomatiyasl" aparır. Belə ki, həm kimlərinsə üstünə gedə bilir, həm də geri çəkilə bilir. Rusiya-Ukrayna müharibəsində onun bu "diplomatiyası"nın dəfələrlə irəli getdiyinin-sonra isə vəziyyətdən asılı olaraq, geri çəkildiyinin şahidi olmuşuq. Gah Putinin "yaxşı oğlan" olduğunu bəyan edir, gah da, Putinin "pis oğlan" olduğunu, müharibəni bitirmık istəmədiyini bəyan edir.
"İranı nüvə proqramı üzrə razılaşmaya getməyə məcbur etmək olar. Onlar buna getməlidirlər, amma bilmirəm gedəcəklərmi? Onlar biznən danışıqlar aparırlar, özüdə ciddi danışıqlar aparırlar"-deyə amerikan lider bildirir.
Digər tıtəfdən isə, ABŞ artlq İran ətrafına ciddi hərbi qüvvə toplaylb və tiplamaqda davam edir.
Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-ın İranla bağlı konkret planları barədə tam məlumata malik olmsmsları narahat edir. Onlar on illər əvvəl ABŞ-ın İraqa necə "xoşbəxtlik, firəvanlıq" gətirdiklərinin şahidi olublar. İraq ABŞ-ın gətirdiyi "xoşbəxtliyin" yolunda miyonlarla vətəndaşını itirdi, indidə cəfalət içində boğulur.
Yaxın Şərq ölkələri aydın şəkildə başa düşürlər ki, İran münaqişəsi yeni böyük müharibə ocağı yaradacaq. "Fox News" yazlr ki, "ABŞ hətta Yaxın Şərqdıki müttəfiqləri ilə də, İranla bağlı məqsədlərini və planlarlnı bölüşmür". Səudiyyə Ərıbistanı bəyan edib ki, müharibə başlayarsa, heç kimə hava məkanlarlndan istifadı etməyə imkan verməyəcək.
ABŞ prezidenti Səudiyyə Ərıbistanının bəyənatlna cavab olaraq bildirib ki, "bizim kimsənin köməyinə ehtitaclmız yoxdur. Hazırda İran istiqamətinə böyük dəniz donanması armadamız irəliləyir. Bu Venesuela istiqamətinə göndərdiyiniz hərbi dəniz qüvvələrindən dəfələrlə çoxdur. Əgər razılaşma əldə olunarsa, yaxşı olacaq, əldə olunmasa isə, onda nə olacağını görəcəyik".
ABŞ prezidenti yəqin bilir ki, İran Venesuela deyil. İran yüzilliklər ərzində coxsaylı müharibələr görmüş köklü tarixə məxsus bir dövlətdir. Yəni İranı bir neçə saata, hətta bir neçə aya, bəlkədə ilə ram etmək mümkün olmayacaq...
Allah özü günahsız insanları qandan-bəladan hifz edləsin, şeytan əməllərundən qorusun...


Bakı -°C
