İranla danışıqların ikinci raunduna hazlrlıqla və Yaxın Şərqdə hərbi əməliyyatların bsşa çatdığı bəyənatları fonunda, ABŞ regiona yeni hərbi qüvvələr cəlb etməkdə davam edir.
Aprel ayının ikinci yarısında İran sahilləri yaxınlığına yüzlərlə "Tamahawk" " raketləri ilə təhciz olunmuş 20 hərbi gəmi və iki-üç sualtı qayıq göndərəcək. Eyni zamanda müharibə zonasına münaqişənin yeni fazasına hazırlıq məqsədilə aviasiya və hərbi sursatların gödərildiyidə bildirilir.
Ekspertlər hesab edirlər ki, bu gəmilərdən atılan yaylım raket zərbələri İranın hava hücumundan müdafiə sistemlərini və əsas hərbi obyektlərini sıradan çıxara bilər.
Bir tərəfdən Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens bəyan edir ki, Amerika İranda məqsədinə çatıb və kompaniyanın başa çatdırmaq olar. Digər tərəfdən isə, görünən odur ki, "Sem dayı" "çomağıını" nümayiş etdirməklə İrana güzəştlərə getməyə məcbur etmək istəyir.
Dinald Tramp administrasiyası dialoqun qəfil dəyişə biləcəyini fə istisna etmədiyini dilə gətirir. Belə ki, İran Vaşinqtonun əsas tələblərinfın biri- Hörmüz boğazının açılmasından kmtina edə bilər. Bundan başqa, İran nüvə proqramından imtina edəcəyi də, böyük şübhə altındadır.
ABŞ Hörmüz boğazını bütün gəmilərin keçidi üçün blokadaya alır ki, bu da Tehrana yeni zərbələr endirilə biləcəyi riskini artırır.
İran tərəfi də, əlini-qolunu sallayıb sakit durmayıb. ABŞ hücum edərsə, İran ABŞ-ın Hərbi Dəniz Dinanmasına raket zərbələri endirəcəyi ilə hədələyir. Vəziyyət hələ ki, tərəflər arasında qarşılıqlı təhdidlərlə davam edir.
ABŞ prezidenti İranla razılaşma əldə olunacağına ümud etsədə, müharibənin yenidən başlaya biləcəyi ssnarisinidə nəzərdən qaçırmır. Buna görə də, əraziyə cəmlədiyi hərbi gücü nümayiş etdirməklə, Tehranı danışıqlarda güzəştlərə getməyə məcbur edə biləcəyini düşünür...


Bakı -°C
