adalet.az header logo
  • Bakı -°C
05 Iyun 2026 09:40
58
ƏDƏBİYYAT
A- A+

Şahnaz Şahinin kitablarının təqdimat keçirilib

İyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Hophopnamə Kitab Mərkəzində Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı şairə, esseist Şahnaz Şahinin "Şəkkizinci not" adlı yaradıcılıq gecəsi və "Səkkizinci not", "Şahlar", "Qaraciyərinlə gülümsə" kitablarının təqdimat keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, AYB-in Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlı, AYB-in baş müşaviri Rauf Aslan, Tərcümə mərkəzi və bədii əlaqələr mərkəzinin sədri Əsəd Cahangir, şair, publisist Daməd Salman, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru  Şəfəq Nasir, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərli, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı, iş adamı, AYB-in fəxri üzvü  Rəşid Süleymanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak və çıxış ediblər.

Çıxış edənlər müəllifin zəngin və çoxşaxəli ədəbi irsindən bəhs edərək, əsərlərindəki milli qürur və vətənpərvərlik ruhunun gələcək nəsillərə aşılanmasında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, şairənin lirikası insan ruhunun dərinliklərinə nüfuz edərək, onun xəyallarını, ümidlərini və daxili iztirablarını incə bədii dillə əks etdirir.

Tədbirdə şairəyə Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda oxucular Şahnaz Şahinin şeirlərindən nümunələr səsləndiriblər.

Şahnaz Şahin Sabirabad rayon İcra Hakimiyyətinə, Mil-Muğan Regional Mədəniyyət İdarəsinə, tədbirin qonaqlarına və iştirakçılarına onun yaradıcılığına verdikləri dəyərə görə minnətdarlığını bildirmişdir