adalet.az header logo
  • Bakı -°C

ABŞ-ın cəhdləri nəticə verə bilərmi? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
220 | 2026-02-06 10:10
A- A+

ABŞ prezidenti Donald Tramp israrla Ukrayna müharibəsini dayandırmaq cəhdləri davam etdirir. Baxmayaraq ki, münaqişə tərəfləri artıq dörd ilə yaxındır ki, üzücü müharibə aparırlar, Ukrayna ərazilərinin 20 faizi Rusiya tərəfindən işğal olununub, lakin heç bir halda işğalla barışmaq niyyətində olmadığını, lazım gələrsə son nəfəsinədək mübarizəni davam etdirəcəyini açıq şəkildə bəyan edir.

Bununla yanaşı, Ukrayna  müharibənin danışıqlar yolu ilə dayandırmaq, sülh danışıqlarına başlamağa hazır olduğunu da gizlətmir. 

Rusiya tərəfi də, danışıqlara hazlr olduğunu bəyan etsədə, bunun üçün qarşı tərəf üçün qəbuledilməz şərtlər irəli sürür.

ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəldiyi gündən müharibəni 24 saata, sonra bir aya, 3 aya, və s, vədlərini hətta bir ilə də, yerinə yetirə bilmədi. 

Bütün bunlara baxmayaraq, ABŞ-ın təşəbbüsü ilə tərəflər arasında dialoqlar davam etdirilir. Donald Trampın xüsusi elçisi Stiven Uitkoff, RF-sı və Ukrayna hərbi nümayəndələrini  ABÇ-ın da iştieakı ilə Abu-Dabidə növbəti dəfə keçirilən üçtərəfli danışıqlarlnın yüksək səviyyədə keçirildiyini bəyan edir.

Uitkoff qeyd edir ki, tərəflər arasında dialoq, stabilliyin qorumşnması istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Trampın xüsusi elçisinin hansı stabillikdən dəm vurduğunu başa düşmək olmur. Demək olar ki, tərəflər araslnda qanlı döyüşlər hər gün, hər saat amansızlıqla davam edir. Rusiya Ukraynanın, Ukrayna isə Rusitşyanın yaşayış məntəqlərini  intensiv şəkildə raket atəşinə tutur. Uitkoff bunu stabillik adkandlrlrsa, bəs onda qeyri-stabillik necə olur?

Əslində Birləşmiş Ştatlar tərəflər arasında aparılan danışıqların hamısının konstruktiv keçdiyini, sülh yolunda hansısa uğurlu addlmlar atıldığını bəyan edir. Lakin, hələ ki, ortada hər hansı bir konstruktiv nəticə yoxdur.

 Dialoq cəhdləri davam edir, gözlənilən uğurlu nəticə isə hələlik işartısı belə görünmür...

 

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV