KTMT-nin qərargah rəusləri təşkilatının rəisi Andrey Serdyukov bəyan edib ki, Qərb ölkələrinin hərəkətləri, Ukrayna müharibəsinin uzanmasına yönəlib.
"Regionda vəziyyətin qeyri-stabil qalması, Qərb dövlətlərinin Ukrayna müharibəsinin uzanmasına yönəlmiş siyasətini nəticəsidir"- deyə Serdyukov keçirdiyi brifinqdə bəyan edib.
Rusiyanın təbliğat maşını həmişə olduğu kimi, yenə də, günahı özlərində deyil, kənarda axtarmağa yönəlib. Yəni, bütün dünya, hətta imperiya ambisiyalarından qurtula bilməyən Rusiya Federasiyasının prezidenti Vladimir Putində bilir ki, bu savaşın bitməsi də, ən azından tərəflər arasında danışıqlara başlanması üçün atəşkəs elan olunmasıda birbaşa Kremlin-Vladimir Putinin qərarlarından asılıdır.
Kreml və Putin hesab edirlər ki, Avropa, koalisiya hərbi qüvvələrini Rusiya sərhədlərinin yaxınlığına toplamaqla, açıq şəkildə Rusiya ilə müharibə etməyə hazlrlaşır. Avropa ölkələri isə əksinə, düşünürlər ki, ruslar Ukraynanı işğal etdikdən sonra, növbəti hədəf onlar ola bilərlər.
Rusiya tərəfinin fikirincə, Avropa ölkələri, Fransa və Böyük Britaniya başda olmaqla antirysiya kursu aparırlar. Kreml düşünür ki, Avropa rəsmi etiraf etməsədə, Ukraynaya hərbi dəstək gpstərməklə faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir.
Daily Mail qəzeti diqqəti, Böyük Briraniyanın hərbi qüvvələrinin Koupxill-Daun poliqonunda keçirilən təlkmlərə yönəldir və bunu Rusiya ilə müharibəyə hazırlıq kimi qiymətləndirir.
Məlum məsələdir ki, Qərb və Rusiya arasında kimin kimə hücum etmək niyyətinin olması bəhanələrundə Ukrayna qurban seçilib.
Vladimir Putin hskimiyyətə gəldiyi gündən imperiyanı bərpa etməklə l Pyotr kimi Rusiya tarixinə düşmək niyyətlərini gizlətmir. İlk vaxtlar bunu müəyyən mənada dinc yolla- Avroasiya iqtisadi birliyi, kollektiv müdafiə təşkilatları və s. kimi, mənasız qurumlar yaratmaqla etməyə çalışsa da, sonradan bunun nəticəsiz qaldığını görüb, Ukraynanın timsalında güc tədbiq etmək yolunu tutdu. Bu isə, ABŞ başda olmaqla Qərb Rusiyanın imperiyanı bərpa etmək və bununlada hərbi gücünü artırmaq niyyətləri kimi qəbul etdi və bundsn ehtiyat edərək, təhlükəsizliklərini qorumaq bəhanəsi ilə fiziki olmasada, faktiki olaraq Rusiya ilə Ukraynada müharibəyə qoşuldu.
Hazlrda qarşıduran tərəflərin özlərini müharibənin dayandırılması təraftarı olmalarını bəyan etmələri inandırıcı görünmür. Çünki, istəsələr elə bu gün atəşgah elan edər, Rusiya işğal etdikləri ərazilərdən geri çəkilər, Qərb NATO qüvvələrinin Rusiya sərhədlərinə doğru irəliləməsini dayandırar və məsələ həllini tapar. Lakin təəssüf ki, bu o qədər də belə asanlıqla həll oluna biləcək məsələ deyil.
Maraqlı tərəflər hələ ki, bir-birilərinin gözündə tir axtarmaqla məşğuldular. Ortada isə kimsəni maraqlandırmayan suveren bir dövlətin məhv olmaq təhlükəsi var. Görünən odur ki, "maraqlar" Ukraynanın varlığından daha üstündür...


Bakı -°C
