Ötən bazar günü Birləşmiş Ərəb Əmirliyində Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirildi. Ağ Evin mətbuat katibi Kerolayn Livitt hesab edir ki, bu görüş "tarixi hadisədir".
Xanım Kerolayn jurnalistlərlə keçirilən brifinqdə bəyan etdi ki, Birləşmiş Ştatların prezidenti Donald Trampın administrasiyası üçtərəfli görüşü tarixi hadisə kimi qiymətləndirir.
Əslində, Donald Tramp hakimiyyətə gəldiyi gündən bəri münaqişə tərəfləri- Rusiya və Ukrayna nümayəndələri müxtəlif formatlarda, müxtəlif siyasi liderlərinin nümayənfələrinində iştirak etdiyi onlarla bu cür "tarixi görüşlər" keçirib. Lakin hələ ki, ortada hər handı bir "tarixi nəticə" görünmür və yəqin ki, yaxın gələcəkdə də, gprünəcəyi inandırıcı görünmür.
Belə ki, ABŞ prezidentinin bütün cəhdlərinə baxmayaraq, nə Rusiya prezidenti Vladimir Putin tələb kimi irəli sürsüyü qəbuledilməz şərtlərindən geri çəkilmir, nə də Ukrayna prezidenti Volodimir Zelenski Putinin irəli sürdüyü şərtləti- Donbassdan hərbi qüvvələrinin çıxarılması, Ukraynanın işğal olunmuş dörd vilayətindən və Krım yarmadaılndan əl çəkərək, bu əraziləri Rusiyanın əraziləri kimi tanımağı, yəni təslim olmağı qəbul etmir.
ABŞ prezidenti Dinald Tramp isə, ciddi-cəhdlə tərəfləri hazırki mərhələdə qabuledilməz iddialarından əl çəkərək qarşılıqlı güşətlərə getməyə çağırır. Ağ Ev administrasiyasının aylarla hazırladıüları müxtəlif sülh planları, proqramları, gündəlikləri konkret nəticələr əldə edimədiyindən "arxivə" göndərilir və növbəti planlar "cızılır"...
Ukraynada şiddətli müharibə davam edir, Rusiya növbəti üçtətəfli görüşlərin keçiriləcəyi vzxtı gözləyir, ABŞ prezidenti Donald Tramp Venesuela prezidentini qaçırdıb həbs etdikdın sonra, bir tətəfdən Qrelandiyanı ərazilərinə birləçdirmək arzudundadır, digər tətəfdən isə, İran İslam Respublikasını "yer üzüzündən silməklə" hədələyir.
Bir sözlə "tarixi hadisələr" bir-birini əvəzləyir....


Bakı -°C
