Putin və Lavrov oyundankənar vəziyyətdə qaldılar
Ukrayna müharibəsi Rusiyanın Yaxın Şərqdə də imicinə böyük zərbələr vurur. Kremlin bu bölgədə nüfuzu getdikcə daha çox azalmağa başlayıb.
Rusiya prezidenti Vladimir Putin, oktyabrın 13-də Qəzza bölgəsində vəziyyətin nizamlanması ilə bağlı Misirdə keçirilən sammitə çağrılmadı. Bu isə, Moskvanın bu regionda diplomatik rolunun zəifləməsi deməkdir.
Adətən biz Rusiyanı dünyanın hər hansı bir nöqtəsində baş verən münaqişələrin "nizamlanma" prosseslərində "baş rolda" görmüşük. Ən sonuncu dəfə - 2015-ci ildə, Kreml Suriyaya hərbi qüvvələrini göndərməklə, hakimiyyətini itirməkdə olan Əsəd rejimini xilas etməklə, daha doğrusu bir müddət uzatmaqla, Yaxın Şərqdə aparıcı rol oynadığını nümayiş etdirməsi oldu. Lakin, daha sonra Ukraynaya hücum etməsi və suveren bir dövlətin ərazilərini işğal etməsi, Yaxln Şərqdə Rusiyanın təsir gücünü getdikcə əriməyə başladı.
On il sonra, cıddi-cəhdlə dəstəklədiyi Əsəd rejimi devrildi və Rusiya yavaş-yavaş Yaxın Şərqdən təcrid olunmağa başladı. 24 dövlət başçısının və bir çox beynəlxalq təşkilat rəhbərlərinin Misirdə keçirilən sammitinə nə prezident Putin, nə də Rusiya nümayəndə heyyəti dəvət olunmadı. Daha əvvəllər bütün beynəlxalq tədbirlərdə odlu-alovlu çıxışlar edən, məmuniyyətlə jurnalustlərə özünəməxsus tərzdə geninə-boluna müsahibələr verən xarici işlər naziri Sergey Lavrov, junalistlərin "Rusiya bu sammitdə iştirak etmədi" sualına, "bizi ora dəvət etmədilər"- deyə cavab verib.
Əslində Lavrov düşünməliydi ki, dörd ilə yaxındır Ukraynanın ərazilərinə hücum edərək topaqlarını işğal edən, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının üzücü müharibənin dayandırılması və danışıqlara başlamaq üçün, ən azından atəşi dayandırmaq təkliflərini israrla rədd edən bir dövlətin nümayəndə heyyəti bu sammitə niyə dəvət edilməliydi ki? Sammitdə isə, məhz Qəzzada atəşin dayandırılması məsələsi müzakirə olunacaqdı. Yəni bu gün Rusiyanın israrla imtina etdiyi atəşkəs məsələsi...
Rusiyanın Yaxın Şərqdə rolunun zəifləməsinin göstəricilərindən biri də, bu yaxınlarda, Kremlin Moskvada ərəb liderləri ilə keçirilməsi nəzərdə tutulan sammitinin ləğv edilməsi oldu. Sammitin ləğv olunmasının səbəbi, Suriya və İraqdan başqa, digər ərəb liderlərinin bu sammitdə iştirak etməkdən imtina etmələri oldu.
Rusiyanın Yaxın Şərqdə diplomatik məğlubiyyətlərlə üzləşməsunin bir səbəbidə, İranla yaxın əlaqələr saxlaması ilə bağlıdır. Hazırda İranın ərəb və Qərb dövlətləri ilə münasibətləri çox gərgin vəziyyətdədir Bundan başqa, İran Ukrayna ilə müharibənin ilk günlərindən Rusiyanı silah-sursat və dronlarla təmin edərək, faktiki olaraq işğalı dəstəkləyir. Bu isə, illərdi Rusiyaya qarşı çoxsaylı sanksiyalar tədbuq edən Qərbin heç də xoşuna gələn hal deyil.
Görünən odur ki, Moskvanın başı sonu görünməyən Ukrayna ilə müharibəyə qarışıb və dünyanın digər regionlarında baş verən hadisələrə müdaxilə etmək üçün nə strateji resursları, nə də diplomatik gücü çatmır. Lakin Rusiya, necə deyərlər- "dəvədən yıxılsada, yenə də höt-hötün yerə qoymaq istəmir".