adalet.az header logo
  • Bakı 10°C

Aydın Canıyev: Məndən 20 il böyük 50 il sevdiyim...XANIM(ın) QIZ(ı)!

AYDIN CANIYEV
121752 | 2020-05-16 09:16

Baxın, bu qadındır...imamHüseyndən sonra səcdəsinə getdiyim! Dosdoğru və düppədüzdür ki... mən nə imamHüseynə, nə də bu qadına səcdə etməmişəm... cismən! Amma hər ikisi-həzrəti-HÜSEYNlə xanım HÜSEYNova (qızlıqsoyadı) -ruhumdur!

Bu yazını Anama qardaşım oxuyub danışacaq... o da kefinə düşsə, vaxtıolsa, meqabayt götürə bilsə, amma əminəm ki, "mənim generallarım” – MəhəmmədləHəsən telefondan (koronavirus sovxaya qalsın!) sallaşıb, bitdə-bitdə eşitdirəcəklər:"Nənə,əmi yazır ki...”

Amma nə qardaşım, nə mənim və qardaşımın generalları bilməz ki, mənbu yazını oğulları Aydın kimi yaza bilməyən Anaları da nəzərdə tutdum yazdım!Ki... onlar həqiqətən də məndən həm yaxşı oğul olublar, həm də məndən yaxşıSEVİ...ndiriBLƏR Analarını... Amma və lakin... mənim kimi sevgiləriniifadə edə bilmirlər!

Bu qadındı GÜNAHKAR (dırnaqsız, müstəqim mənada) ÖZ GÖZƏLLİYİYLƏ...

Bəli, bəli, GÜNAHKARDI bu qadın!

Niyə?

Bu gözəllik qoymadı...rüşvət almağa, rüşvət almaq üçün müdir qapılarına getməyə, kimlərinsəşərəf və ləyaqətini ləkələmək üçün böhtan atmağa, ev yıxıb pul götürməyə!Qoymadı bu qadının gözəlliyi haqqına girməyə kimsənin,haqqını yeməyə kimsənin, çörəyinə bais olmağa kimsənin!– Onu söyəcəkdilər!

Bu qadının gözəlliyi məcbur, məhkum, mükəlləf etdi Onun kimi gözəlAnaların eşqinə...döyüşümAnaların haqqını yeyən, Anaları ağlar qoyan, Anaları incidən... anasından, ana olanbacılarından, ana olan arvadlarından bixəbərlərlə mübarizəyə! – döyüşməsəydim,"nə günün jurnalistisən, nəyin yazarısan, nəyi yazırsan ölkənin, xalqın bugünündə?”, - deyib söyəcəkdilər... məni oxudanı! Məni O oxutmuşdu!

Bu qadının gözəlliyi bəs etdi gözəl Analara səcdə edim, ayağa qalxım,adlarını-varlıqlarını əziz bilim!

Bu qadının gözəlliyi anlatdı mənə altı qabar bağlamış, cadar-cadarolmuş ayaqlardan aşağıda cənnəti görməyi!

Bu qadının gözəlliyi anlatdı mənə qadının sevimli olmağını!

Bu qadının gözəlliyi üstündə düşündüm, anladım Məhəmməd peyğəmbərin"qadını ağac yarpağıyla belə vurmazlar” nə deməkmiş! Analara səcdəniAnamdan öyrəndim, anaları söyməyi "qırmızıtuman” qadınların"tullantı”larından, qadın kimi əynişalvarlılardan!

Bu qadın anlatdı mənə yalan danışmamağın gözəlliyini!

Bu qadın anlatdı mənə həyatda gözütox olmağın gözəlliyini!

Mənim "gözəlliklər çələngim” oldu bu qadın öz gözəlliyiylə, gözəllikləriylə!

Bu qadın gözəl nümayiş etdirdi həqiqəti üzə çıxarmaq üçün doğru sualıverməyin gözəlliyini!

Bu qadın anlatdı...

Nələri anlatmadı ki, bu qadın!?

Siz elə bilirsiniz, mən həpəri yaşadığım bu həyatda vəzifənin gözəlliyini,dövlət qulluğunda işləməyin "lqot”larını-üstünlüklərini bilmirdim, bilməmişəm,bilmirəm?

İkinci kursda oxuyanda "Kommunist” qəzetində oxucu("çtets”), buraxıcı (hələ texniki heyət sayılır ha) işləyəndə görmüşdüm e!

"Qara bazar”da 100 manatlıq ayaqqabıları, 100 manatlıqkoftaları, cemperləri, köynəkləri, hind-Seylon çayını, Braziliya kofesini, ətirləri13-25 manata alanda görmüşdüm! Meyvələr, ərzaqlar talonla olanda yeşiklə"poçti, çto huvayı” alınanda görmüşdüm!

Siz elə bilirsiniz, mən nəinki pulun dalınca necə getməyin, evdəoturub pulu sahibiylə ayağa gətirməyin yollarını bilmirdim, bilməmişəm, bilmirəm?

Kənddən şəhərə qaloşla gəlib redaksiyada ayaqqabı geyinib müdirqapılarına "Naxçıvan”, "Qız qalası” üçün "dilənçi” düşən bir şələsimasıza da nümayiş etdirmişəm adama zəng edib ağzına gələni deyib "100dollar göndər, uşaqlara qonaqlıq verəcəm”i də.

Bölgə müxbiri olanda... qapıma gəlib gətirməyə cəsarət etməsə də, kəndicra nümayəndəsinin evində üç gün qalandan sonra geri qaytarmağı dabacarmışam!

Siz elə bilirsiniz, mən qrant layihələrinə ayrılan pulların qədərini,o pulları silməyin yollarını, qrant layihələrinin yazılmasını, o layihələri məluminstitutlardan, fondlardan, təşkilatlardan keçirə bilməyin yollarını bilmirdim,bilməmişəm, bilmirəm?

1995-ci ildə "Azadlığı dəstəkləmə Aktı” çərçivəsində ən az məbləği27 min dollar olan 6 aylıq layihəni 3 aya işləmişəm e – layihə mənim olmasa da,pul mənə çatmasa da!

Bilmişəm, bilirdim, bilirəm, amma və lakin... bu qadının gözəlliyiqoymadı!

Əvvəla, bütün edə bilib etmədiklərim Onu gözəlləşdirmək üçünolasıydısa, o qədər gözəl idi ki, Onu gözəlləşdirməyə ehtiyac yox idi! Ənliksiz-kirşansızdünya gözəli! İkincisi də, edə bilib etmədiklərimi etsəydim, o gözəllik əldəngedəcəkdi!

Bu gözəlliyi haramlıq, əclaflıq, yalan, xəyanət aparacaqdı!

Üstəlik də o "halal adam, halal adam” deyirsiniz e, gününgünortaçağı əldə çıraqla axtarırsınız a, bax, bu qadındı o halal adam!

Evinə haram gətirməyən Kişinin qadını!

52 yaşında oğulun, üstəlik də 55 il bir evdə olduğu Kişinin... "ərvə oğul çörəyi” yeməyən bu qadının gözəlliyi həm də nəydi bilirsinizmi? Bütünömrü boyu süfrədə Onun payı artıq oldu - əllərinin zəhmətiylə: keşniş, soğan,turp, cəfəri, vəzəri, şüyüd, xiyar, pomidor, badımcan, lobya, mərci, paxla, nanə,reyhan, bibər... əkib-becərib, səhər saat 5-də aparıb bazarda satdı, ev saxladıeldə!

Ləyaqətdə payı çox oldu!

Zəhmətdə, ağrıda, zülm çəkməkdə payı çox oldu!

Bax, bu gözəllikləri qoymadı... bu gözəllikləri yerə vurmağa!

Amma və lakin... göz yaşında da payı çox olan bu xanımın...pal-paltarın yaxşısında, gözəlində payı az oldu!

Tikənin yağlısında, yeməyin dadlısında payı az oldu!

Sevinməkdə, xoşbəxtlikdə payı az oldu!

Belə gözəlliyi də var üç kişini el içinə çıxarıb ev içində oturan bugözəlin: toyda oynamadı, qonşuya qeybətə getmədi, sirrini bölüşmədi, aravurmadı, paxıl olmadı... səhər tezdən özü üçün kremplin, kristalon, velyurparçanın metrəsinə 25 manat verib günorta uşaqlarına yemək bişirmək üçünqapısına yağ üçün gələnə!

Toya getməkdəntutmuş ev tikməyəcən, qız köçürməkdən tutmuş oğul instituta salmağacan borc istəyəninbirinə də "yoxumdu” demədi, baxmayaraq ki, mənim hesabıma – alıbqaytarmağa imkan tapmadığım borclara görə pişiyini divara dırmaşdırdılar... o"doğma”lar!

Üzlərinə... üzümə vurmadı – gözəlliklərinin ən gözəli həm də bu!

Yeddi yerdən ot otlayıb yeddi qapıya dilənçiliyəcən getdi bu gözəl:Aydın sağalsın, Aydın ölməsin! Aydın... "göydə uçan quşla həyətdəyumurtlamayan toyuğun mənim üçün fərqi yoxdur” deyən qaynanaya cavabıydı... üçillik "sonsuz”luqdan sonra. Bu gözəli 16 yaşında gətiriblərmiş ki, cüt-cütdoğsun! "Futbol komandası” düzəldəcəklərmiş!

Əgər haçansa (yekəxanalıq da çıxmasın, təvazökarlıqdan da uzaqolmasın) yüz nəfərmi, min nəfərmi, üç min, beş min nəfərmi... "AydınCanıyev” imzasından zövq alacaqsa, vətənə, dövlətə, sözə xidmət adına bir isticümləmlə təsəlli tapacaqsa... o təsəllinin Atası da, Anası da bu gözəlxanımdır: XANIM xanımın XANIM İLKİ!

"Atadan-anadan yar şirin olar”, - eşitmisiniz! "Kim deyib, kimədeyib?”, "Kimdir o?”- tərəddüdündəçox olmusunuz, heç rast gəlmədiyinizə də inanıram! Amma... amma... amma... xətrinəelə deyiləsi "yar” mənəmsə, onu deyən "yar”... bu qara çatmaqaş,alyanaqlı gözəl, bax, bu şəkildəki qızdır!

Bütüntoxum-tayfasından imtina etdi... bir kəlmə sözümə görə: qardaşları cüt öldü,üstlərinə getmədi (getməyəcək də qalanlarının), hətta anası öləndə belə getmədi:"Aydına söz vermişəm!”

Bəli,bu qadının gözəlliyiydi, Ana olaraq o bilir necə Oğul böyüdüb, Söz deyib böyütməyib,Sözlə böyüdüb, bilir ki, Onun böyütdüyü Oğula Söz demək olmaz, deyilməməlidir,nə etmiş olsa belə: "Mən varam, mənə de, görüm neyləyib?! Doğma, atabir-anabir,bir bətnin qardaşısansa da belə, bacısısansa da belə, olmaz! Aydıntoxunulmazdır! Aydının toxunulmazlığını hamınızın boynunda haqqım olmaqlaqazanmışam!” Evin böyük qızıdır axı – "futbol komandasını” pox-püsurdançıxardıb: sonuncusu məndən 3 ay böyükdü! Arada zarafata deyirəm ki, XANIM(ın)GƏLİN(qızı),xalxın qızları 5,5-9 ay arası dünyaya uşaq gətirir, sən ildə bir dəfə doğanfili də keçibsən, üç ildən bir də uşaq dünyaya gətirərlər?"Tu bəşdı dimi”– "Tfu sənin üzünə” deməyinə qəşş edirəm.

Bugözəl bu gözəlliklərlə qoymadı... sınım, əyilim, satılım - əclaflığa,vicdansızlığa, ehtiyaca, yoxluğa!

Zarafatbir kənara, övladını dünyaya gətirməyə ÜÇ İL səbr və üç il sərf edən bir Ana, əlbəttəki, hələ bətnində anlatmış olar "mənim balam, dünya necə dünyadı!”

Mənbu dünyaya gələndə artıq bilirdim ki... hara gəlirəm, kimlərin içinə gəlirəm:hazır üç yaşında uşaq idim!

Gəldimvə... sevdim buQADINI!

Hərşey buGÖZƏL QADINI– Anamı sevməyimdən başladı: elmi, elimi,torpağı, ölkəni, vətəni sevə bildim! Anamı qorumağı istədiyim qədər, istədiyimkimi qorudum: əlbəttə ki, mən hər şeyi yüksək səviyyədə bacaran biri deyiləm!Bacardığım qədər...

Ammaüç il"zaderjka”-yubanma ilə gəlsəm də, Anam məni"mükəmməl”gətirəbilmədi:"yarımçıq”doğuldum – qorxu hissim Anamın bətnində"tələf”oldu!Yer üzünə sevgim də "orda” qaldı... Nəfs adlı şeytanı da həmçinin –qoymadım əkizim olsun! Yaltaqlıq, xəyanət, yalan da o cümlədən – öz qürurum, həqiqətimbaşıma oyun açır, onlarla neyləyəsiydim ki?!

Bugün bəlkə də yazmazdım, olur arada "qan iyi gələn” yazılar yazıram. Tezbaşlayırlar "pul almısan, sifarişlə yazmısan, içib yazmısan”ittihamlarıyla böhtan atmağa! Məqamdır deyə, əminliklə həmən hazır cavabımıverirəm:"pul alıb yazanın da, pul verib yazdıranın da, sifarişləiş görənin-gördürənin də anasını s...evsinlər!”

Buşəkli ona görə paylaşdım: varmı dünyada elə bir kişi ki, onun mənə verəcəyi pulbu gözəlliyi qurban verməyə dəysin, hə, böhtanlarıyla anasına müştəri axtaran"bəy”lər?

53yaşım var,35ildiçıxdığım qapısına gedəndə bir dəfə də olsa əlimdə bir cüt corab... alıbaparmamışam, baxmayaraq ki, məni hər dəfə payla yola salıb, hansı kişinin və nəqədər pulunun qarşılığında bu gözəllikdən keçərəm, ay "rejimlə mübarizəsi”bir (lap olsun iki-üç) mandata və MSK-yacan olan "ferma işlədən bəylərbəyi”lər?

VarAtamdan böyük Kişi: Oğluna "heç bir dostunu evinə gətirmə, kimiyedirdib-içirtmək, kimlə yeyib-içmək istəyirsən, apar restorana, sənin xanımınsənə və dostlarına qulluqçu gəlməyib” deyən Kişinin"XANIMGƏLİN”çağırdığıqadınını hansı haqla söydürərəm, harda görübsünüz o "peysərlik cəsarəti”niməndə, ay yanınızda olanda narıncı, mavi ekrana çıxanda sifəti qırmızılaşanmüxbirlərin "başbakanları”?

Bax,bu gözəlliyə and içirəm və bu gözəlliklər çələnginin ad günündə 50 illik yubileyfilmimdə dediyimi bir də etiraf edirəm: bəli, mən pul alıb yazmıram – yoxdur eləbir kişi, ən yaxın-doğma dostların əzizləri üçün portret yazıları istisnadır,anlaşma çərçivəsində! Yazandan sonra mənə pul da verirlər, hədiyyə də...haqqında yazdığım yox e, ummadığım, tanımadığım adamlar! Ürəklərindən tikançıxır yazdıqlarıma görə, zövq alırlar, həqiqət təşnəsidilər, doğru və gözəldeyilən həqiqət aşiqidirlər – oxuyurlar fb-dən, saytlardan, qəzetlərdən,axtarırlar, tapırlar...

23ildir Azərbaycan dövlətinin heç bir təşkilatından maaş almıram, heç bir özəl təşkilatyazdığım həqiqətləri, artan oxucu sayını, yüksələn nüfuzumu həzm edə bilmir: üçyazıyacan, maksimum üç ayacan əməkdaşlıq edirlər, sonra "kənar müəlliflərəverməyə qonorarımız yoxdur” bəhanəsiylə əlaqəni kəsirlər!23 ildəistisna yalnız görkəmli partiya və dövlət, ictimai-siyasi xadim, hüquq elmləridoktoru İlyas İsmayılov və professor İlham Rəhimov olub!

2manat gediş haqqı, siqaretpuluna gəlib "Azadlıq”da, "Xural”da,"Milli yol”da (hamısını sadalamağa halım yoxdur) yazmışam – böhranlı dönəmlərində,Tahir Məmmədov kimi qəzetçiliyi, menecmenti bilən oğullar ailəmin həftəlik çörəkpulunuqarşılayıblar! Rəhmətlik Elxan Yusifov kimi oğullar müalicə xərclərimi ödəyiblər!Adlarının çəkilməsini istəməsələr də yazardım, amma əleyhlərinə və çörəklərinəbais olacaqlar deyə qırıla-qırıla qalıram, dostların hesabına... 10 yaşlarındanayrı düşdüyüm övladlarımın "Ata, pulun olanda 20 (50...100) manat verə bilərsən?”istəklərini yerinə yetirmişəm!

Yoxsasiz elə bilirsiniz, mən icra başçısıyla, polis rəisiylə, prokurorla, nazirolmasa da, nazir müaviniylə münasibət qurmağı və bu münasibətin faydasınıbilmirəm? Ya bacarmamışam, ya bilməmişəm? Ya da birilərinin atdığı böhtansayağıməni "saymayıblar”?

Ənağır anlarımda, belə deyək, qəpik üçün ölümə hazır olduğum dönəmdə 100 manatıbeh, 400 manatı yazıdan sonra verəcəyini deyən dostumdan pulu götürüb"metro Tağı”dan cəmi 5 min işarəlik yazı işləməyə girişmək istəyəndəhaqqında yazılan bəytəriflərinə baxıb iyrənmişəm, əvəzində status yazmışam ki,vallah, elə adamlar var, min manat versə də, haqqında hətta ayrı adla yazmaq əclaflıqdır!

"NaxçıvanAzərbaycanın San-Fransiskosudur” tipində yazıya bir "paçka” pul ortadaqalıb...VAXTINDA Şuşa üçün deyilən təşbehi qıymamışam... heç 5 minmanat müqabilində yazmağa. Mənim dostdan çəkinmədən adam içində 10 manat gedişhaqqı, siqaretpulu aldığımı görən "ikiayaqlı heyvan”lar bu həyatıma"kordular”, qaxınc etməyi fürsət bilirlər! Olsun! Amma axı bunlarıbilmirsinizsə də cəhənnəmə bilin, heç olmasa, indiyəcən məni gördüklərinizdənbilməli olduğunuz mütləq də bir şey olmalıdır ki... məni BELƏ böyüdən Ana var!Adam bir dəfə kişilik eləmir, adam bir dəfə ləyaqət nümunəsi göstərmir, adam yakişi doğulur Anadan, ya da... ELƏ doğulmur!

ELƏAna ki, onu qorumaq məsuliyyəti heç vaxt mənim boynumda olmayıb! Qalan bütünhalları bütün Analara aid edirəm tək bu məqamdan savayı: yeganə Anadır ki,"nə istəsən, məndən istə, heç kimə ağız açma” Sözünün-Əhdinin üstündə 35ildir durur! Bu gün də...

Nə istəyəsidir ki? Özü bilir Prezidentimdir, Vitse-Prezidentimdir,Nazirlər Kabinetimdir!Dost-qardaşolduqlarım bilir, Rəisə ilə çox sərbəst danışıram, arada dost-qardaşlarla dadanışır... Və hamı şahiddir ki, mən addım atanda... heç kimi düşünmürəm, heçkimi nəzərə almıram! Fəqət... şahid yanında olub: Rəisə zəng edib, ağzını açıb,gözünü yumub, səsi Kərgəlandan Bakıyacan nə təhər od tökübsə başıma, rəngimqaçıb, dodağım əsib, telefon əlimdən düşüb!

Məndənistədiyi də odur ki...ən gözəl qızları sevim, ən gözəl qızlar mənisevsin! "Sorbasort”, yəni növbənöv - sarısın, qaraşın, kürən, qara,qapqara, ağ, ağappaq, "meymunun sonuncu balasına oxşayan” gözəllərinhamısını ya yanına apardım, ya şəkillərini göstərdim, heç birini layiq bilmədi,o bəyənmədikcə... iddiasını-hikkəsini öldürmək üçün "elə çox da yaraşıqlıoğlun var e, sifətinin çopurunu bir ton buğda ilə doldurmaq olmur, heç kimi bəyənmirsən”deməklə təsəlli tapdım.Ümidiniüzmədi də ki... bir gün "o qız” tapılacaq!

Bilirəm,hamınız ağıllısınız, çoxunuz da məni "axmaq” sayırsınız, o mənada ki,Allah hər cür qabiliyyət verib, gününə bax! Amma, vallah, siz qədər də olmasa,bir az ağlım var, bu qadın öz gözəlliyiylə qoymadı! Ev, maşın, ailə üçün dəyməzdibu gözəlliyə qıymağa! Ona görə bu "axmaqlıqları” etdim!

Rəisəməndən razı deyil... O da Məmməd kimi narazıdır!

Əlbəttə,mən istənilən ittihama, suala cavab verə bilmişəm, bilirəm, bilərəm, amma mən Rəisəninsizin ağılla verdiyi suallara cavab vermirəm, verə bilmirəm, hərçənd cavabımvar!

Rəisəxanım da fikirləşir, lap arada deyir, Aydin bala, bəs jurnalistlərə ev verirlər,ad verirlər, jurnalistlər axı yaxşı yaşayır, sən niyə belə, bir dəfə deyəndəkeçirəm, ikinci dəfə deyəndə də keçirəm, üçüncü dəfə deyəndə də boş buraxıram,dördüncü dəfə (biləsiniz: Rəisə xanımın ən pis xasiyyətidir – ağlına batan vəözünü haqlı bildiyi bir sözü yorulmadan təkrar deyir, adamı çərlətməsə olmaz!)deyəndə də zarafata salıram, 525-ci dəfə deyəndə qayıdıram ki, Rəisə, onlarıntam əksəriyyəti ya analarını, ya özlərini söydürüb alırlar, neynim,söydürüm səni, ya səncə, "Azərbaycanın əməkdar jurnalisti Aydın Canıyevinanasını sevim” dedirdim? Hələ doğrunu yazıram "alkaş, bomj” deyib söyürlər,o biriləri kimi yalan yazsam, nə olar? Yenə bunlara deyirəm ki, sizin dalınızcadüşdüm evsiz qaldım, o birilərinə "yalan yaza bilmərəm” deyirəm, Səniindiyəcən uzaqbaşı Afaq Bəşirqızı kimi həyatımda olan "kişi kimi qadın”larsöyüb, o da boş şeydi, sən Məmmədin xanımısan, xalqın yox, mən səni xalqınağzına və ağlına sala bilməNəm... evə və ada görə!

Nətəri yadında saxlayıbsa, deyir ki, bəs Məmmədə elə demədin axı? AyAllah, bunun ürəyincə imiş Məmmədə deməyim!

Deməli,eynən sizin və Rəisənin ağlınca olan sualı Məmməd verəndə ona nə demişəm, onuda yazım: türmədən təzə çıxmışam, bu da mənə "Fatma cijisi”ndən sitat gətirir,bəs mən zəhmət çəkdim, oxutdum-filan, sən də getdin türməyə, onda da qayıtdımki, ay Məmməd, tutaq ki, filankəs kimi olsaydım, bəhmənkəs kimi olsaydım, bax,qəzaya uğrayıb tutulsaydım...

SÖZARASI:Atama"sevgilin” deyəndə Dunya Miyatoviçi nəzərdə tuturdum. Cavanlıqda onu həqiqətəndünya gözəli deyilə bilən (o qadını görmüşəm: 15-16 yaşımda atamla xalamgiləgedəndə o kəndin avtobusunda rastlaşdıq, qadın"Ma-med!!!”deyibdik yerindən atıldı, atam təmkinini pozmadan məsafə saxlayaraq, həmən"oğlumdu” deyib məni göstərdi, qadın məni necə ağlaya-ağlaya öpdüsə, hissedirdim ki, sanki atamı öpürmüş kimi belə öpür, məni bağrına basa-basa elə dəyana-yana "nə günə qoymusan özünü, Mamed” deyirdi, iki göz istəyirditamaşa eləsin) Dünyaxanım adında gözəl bir qadın sevib. Amma həqiqət o idiki... Ramiz Mehdiyevə bu günə qədər də nankorcasına azadlığıma görə təşəkküretməmişəm... baxmayaraq ki, hər əfv ərəfəsi komissiyasının üzvlərinə kənddən132 nəfərin imzasını toplayıb göndərtdirirmişlər ki, Aydın Canıyevin əfvinarazılıq yaradacaq xalqda, həbsdən buraxılmasın!

İndidə Anam... təzədən bunu eşitmək istəyirmiş... gördü hirslənirəm, tez valı dəyişdi:

- Günəşimiz neyləyir?

Sizəonu da deyim ki, Günəş təkcə mənim həyatımın Günəşi deyil... həm də ikimizin də- Anamın da mənə qoşulub mənimlə qoşa sevdiyidir! O Anamın ki, kimi görürdüsə,"gözəldimi” soruşanda yuxarıda yazdığımı deyirdi...

Atamla"yeniməkanda yeni ömrün mübarək olsun” (İlqar Rəsulun statusunda yazdığı bu fikri o qədər bəyənmişəm ki! O qədərdogru ki!) deyib sağollaşandansonra... özümə nəzarəti itirmişdim. Yox, mən atacanlı, anacanlı, qardaşcanlıdeyiləm – hərəsinə on dəfə dünyaya gəlsələr, onuna da bəs edəcək qədər zülmetmişəm, sadəcə... etdiklərimə ağlayırdım! Peşmançılıq anlamında yox! Düzələbilmədiyimə görə! Adam 80 il yaşadı, ümid elədi ki, düzələrəm, hanı e... Bax, məniağladan o fikir idi: ümid qatiliydim! Rəisə də dözmürdü! Vəziyyət daha da gərginləşirdi.Həmən günlərdə ömrümə Günəş doğdu... Qərbdən! Və çox maraqlıdı ki, Rəisə xanıminanmadı... nə mənə, nə gördüyünə! Rəisə xanım... həmişə Şərqdən çıxan Günəşinnə mənim, nə Rəisənin orbitində dodağımın təbəssümü, üzümün nuru, gözümün işığıola biləcək kimsəni görməmişdi! İndi mən Günəşimdən danışanda, şəklini göstərəndəqayıdasan ki, Günəşin səni görsə, sevər? Dedim, hə, valla. O gün-bu gün, mənolmuşam yalan, Günəş olub doğru! Bir status yazan kimi, Rəisə xanım bilir və aləmdəyir bir-birinə, əleyhinə yazdıqlarım mənə heç elə cəzalar vermək fikrinədüşmür, bu "Günəşimiz nə deyər, neyləyər?” əlaman-əlatəşinə düşüb.Bugünlərdə olan on qalmaqallı statuslarımdan küsüb: eynən Günəş küsən kimi. Əslində,Günəşimin küsməyindən incimədim – Anam da küsüb də!

"Anam kimi sevdim”dediyimə Anam kimi sevəcəyini bəyan edən... özünü elə Anam kimi aparır –Rəisə xanımın "bu o qızdır, "qızım” deyəcəyim, o məni kimi sevəcək səni,məni sevdiyin kimi sev, amma onu incitmə” israrının təsdiqi olaraq... Rəisəxanımın ad gününə sevinirəm.

İlk dəfə mən 53 yaşıma keçəndə Anamın ad gününə "hədiyyə” etdim!

İlk dəfə Anam məndən "hədiyyə” gördü – tam 52 il sonra!

Ömründəilk dəfə məndən razı qalıb... hətta küssə də! Özünə görə yox, heç vaxt heç kimiincitməyimdən inciməyən bu gözəl xanım... "incitmə” dediyinin inciməyinigöydə tutub!

Və...Anamın ad günündə elə Anama xatir sizə bir sirr açım: Analar üçün ən böyük hədiyyəaldıqlarınızın içində aldıqlarınız deyil, sevdiklərinizdir: onlar oğlanlarınıanaları sevən kimi sevən qızı tapanda, gəlin edəndə razı və xoşbəxt olurlar! –hansı yaşda olur olsun, fərq etməz! Onda onlara o qədər gözəl olur ki... onlarsevgisini nəinki bölüşür, hətta oğlanlarına qoşulub sevir!

Günəş sevilən kimi!

Anamlamənim ömrümüzdə ilk dəfə olaraq birgə Günəşimiz var: bu, Atasızlığın üstümüzə sərdiyizülməti işıqlandıracaq qədər möhtəşəm bir hədiyyədir – İlahidən!

Mən50 ildir bu qadını sevirəm: məndən 20 il böyükdür! Anamdır, bildiyiniz kimi!!!

Anamaxatir daha bəzi incə məqamları deyim gənclər - oğlanlar və qızlar üçün: sevdiklərinizicinsəl anlamdan öncə müqəddəs sevməyi – Ananız kimi yanaşmağı - dənəyin! SizəAnanız yanaşılan cavab gəlsə, artıq xoşbəxtsiniz! Dərinə və təfərrüatınavarmadan deyim ki, ehtiras və şəhvətin yaratdığı "elektrikkeçirmə” o deməkdirki, daha yüksək gərginlikli "transformator”larla qarşılaşma mümkündür!

Coxciddilik etməyim, xoş anlardan da qaçmayaq. Anamla bağlı bir məqamla tamamlayımyazımı:

Həyətimizinyuxarı başında durmuşam, üçüncü sinifdə oxuyuram. Anam ağacın dibində oturub,yoldan keçən 10-cu sinif şagirdi İ. adında oğlan qayıtdı ki, alçadan dər ver mənə.Uşağam da, qayıtdım ki, anama deyim verim, bu da eləmə tənbəllik, söy anamı. İ.deyim ki, idmançı uşaq idi, yaxşı futbol oynayırdı, Bloxinə oxşadırdılar, anambunun söyüşünü eşidən kimi necə ayağa durdusa, necə çəpərə tərəf cumdusa, səsininhirs hersiylə "sən kimi söyürsən, anası göyçək” dedisə, bir də gördüm İ.qaçır!

Bu səhnə məni əmin etdi: heç kim Anama heç nə edə bilməz, nəinki söymək!

Və mən... əsgər gedəndə Atamqayıtdı ki, Aydın, bilirəm, xunxarsan, amma səni orda ana söyüşüylə davaya çəkərlər,boş ver dədə, mən öz arvadımı özüm qoruya bilərəm, çox dirəşəndə ünvanını verərsən,mən başa salaram o adama adamın anasını necə söyürlər.

Anamın ad günündə bütün ailələrdədünyaya gələcək oğullara-qızlara həyatda bütün dönəmlərdə arxayın olduqları Anaarzulayıram!

Və beləcə saysız-hesabsızyanımcıllıq bildirən, təlaş ifadə edən arqumentlər sadalayır, gördü ki, tüküm dətərpənmir, axırda dözmədi, dedi ki:

- Sən necə adamsan, niyə nəzərəalmırsan, sənin orda qoca anan var...

Təpəm atdı da, soruşdum:

-"BöyükQardaş”,Süleyman müəllim neyləyəcək, qoca anamı s...evəcək?

... "Marşrutka” uğultudanyaranan çalxalanma nəticəsində az qala aşacaqdı!

DEMƏYİM O Kİ:Hamınızınbelə gözəl analarınız var. Hamınızın arxayın olduğunuz analarınız var. Buanaların xatirinəAYDINolun,AYDINlaşın,AYDINlığa çıxın!

Tam səmimi və ciddi deyirəm: əks təqdirdə,vətən də əldən gedər, dövlət də, xalq da, day o anaları əldən getməmək üçünharda gizlədəssiniz?

p.s.Anam, məlumməsələdir, bütün Analar kimi, məni gecələr yatmayıb böyüdüb. Mən də bu gecəyatmadım...Anamın BÖYÜKlüyünü yazdım!


TƏQVİM / ARXİV