adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Beyrəyi xəyanətə görə öldürən xalq - Emin Piri yazır

Emin Piri
518 | 2022-06-08 16:07

Xalqın genetik yaddaşı, duyğusu təhtəlşüur özünü üzə çıxarır və kütləni, onun istəklərini, arzularını idarə edir.

Əlbəttə, xalq dastanlarındaölən də olacaq, aralarında xalqın qəhrəmanları da. Amma hərdən bu "ölüm mükafatlar”ının şifrələrini də çözmək lazımdı.

Xalqın genetikyaddaşı, istəkləri, arzuları, cəzaları, mükafatları onun dastanlarında, xalqdeyimlərində yatır. Xalq öz qəhrəmanını, xilaskarını belə cəzalandırır, öldürürvə ya mükafatlandırır. Bir dastan xalqın bədii gücüylə yaratdığıdırsa, xalqın sevdiyi qəhrəmanını da əsərdə yaşada da bilər, yəni öldürməz. Elə isə "Kitabi Dədə Qorqud”da Beyrək də yaşaya bilərdi. Xalq öz sevdiyini əsərdə niyə öldürsün ki?

(Istinad mənbəyi kimi Kamal Abdullanın "Gizli Dədə-Qorqud” kitabına nəzər yetirə bilərsiniz)

Qafqaz və türktoplumunda bir qadının hisləriylə oynamaq, öz xoşbəxtliyini başqasının aldadılmış hisləri hesabına qurmaq ən bağışlanmaz günahlardandır. Necə ki, Beyrək də əsirlikdə olarkən öz azadlığı naminə başqa bir qadının hisləriylə oynadı,sevgi sözü, onu gəlib aparacağı sözünü verdi. Amma hər şey onun azadlığı, öz Banuçiçəyinə qovuşmaq üçün idi.

Xalq da bütün qəhrəmanlığına,xalq sevgisinə bamxayaraq onun bu günahını bağışlamadı və dastanda öldürdü.Baxmayaraq ki, onun ölüm səbəbi bu deyildi. Istənilən halda hansı yolla olursa,olsun bu cəza həyata keçməliydi və keçdi.

Filmlə dastanın özünü qarışdıranlarsa yaxşı olar ki, bu barədə mülahizə yürütməsinlər.

Sözümün canı nədir?Sən istedadlı yazıçı, alim də ola bilərsən. Gözəl əsərlər də yarada bilərsən.Sağlığında sevilə, məşhur da ola bilərsən. Amma vicdansızlıq etsən, şəxsi mənafeyin,hislərin naminə qoyduğun mövqelərə, yanaşmalara görə xalq mütləq hardasa səni"öldürəcək”. Xalqın genetik yaddaşı səni və ruhunu heç zaman rahat buraxmayacaq. Ən azından belə öldürmələrlə qisasını mütləq alacaq.

TƏQVİM / ARXİV