adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

BİRİ VARDI... - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
26280 | 2019-05-31 18:03

Çox vaxt deyirlər ki, əvəzedilməz insan yoxdur.Bu fikri yürüdənlər çox güman ki, məsələyə maddi varlıq baxımından yanaşırlar.Amma hər insan mənəviyyatı ayrıca bir özəlliyə malik dünyadı və bir mənəvi dünyanı digəri əvəz edə bilməz.

...Əvvəl inanmamışdım bu bəd xəbərə. İnanmamaqüçün özümü aldatmağa çalışdım – növbəti zarafatıdı, dostları sınamaq üçün bu xəbəriyayıb – düşündüm.

İtkilərin hamısı ağır olur. "Vaxtsız ölüm”deyirik, "tez getdi” deyirik, amma hər kəsin yazısı, sayılı günü var və vaxtsızdediyimiz gün əslində o günmüş, o vaxtmış. Düzdü, qəbul edə bilmirik. Onunölümünü qəbul edə bilmədiyimiz kimi...

"Ədalət” qəzetində imzaya baxmamış yazının onaməxsus olduğunu bilmək olurdu. Gülə-gülə güldürürdü, gülə-gülə utandırırdı, gülə-güləqandırırdı çoxlarını... Yumoru, satirası qərəzli, kinli deyildi. Məddahlıq etmədən, kiməsə yarınmadan,vicdanının səsiylə cəmiyyətin çatışmazlıqlarını, əksikliklərini,yaramazlıqlarını gülüş hədəfinə çevirməklə içinin əzablarını boşaldırdı. Çünkicəmiyyətin bu çatışmazlıqlarının əziyyətlərini özündə hiss edən nə birinci, nəaxırıncı adam idi. Küçələrində qalaqlanmış zibilin yaratdığı narahatçılıqlardantutmuş, təhsildə, səhiyyədə, məhkəmə sistemlərində, şou-biznesdə, kinoda, ticarətdə,hərbi və sair sahələrdəki qanunsuzluqlara qədər barışmaz münasibətini satirikdillə elə gözəl ifadə edirdi ki, həm əsəbin, hiddətin, həm də gülüşün bir yerənecə sığışdırılmasına təəccüb etməyə bilmirdin. Onun əsas personajlarından olanXeybər isə cəmiyyətin aşağı təbəqəsinin simvolu idi.

Yazılarını oxuduqca "tanımışdım” onu. Hazırcavab, baməzə lətifələri ilə çoxluğun əhvalınıdəyişməyə qadir olan bir yazar - bu qədər tanıyırdım. Amma əsl insani keyfiyyətlərinisonra gördüm - o, həyatın ağır imtahanına çəkilərkən. Ayağının amputasiyası,böyrək çatışmazlığı, insult, infarkt kimi sınaqlardan mətanətlə çıxarkən. Adətəninsan çətinə düşəndə əsl sifəti üzə çıxır. Öz canının hayında olarkən adivaxtlarda pərdələdiyi tərəfini büruzə verir və onun tamam başqa birisi olduğunugörürsən. Onu isə, çətin vaxtında – dözülməz ağrıların cəngində daha yaxındantanıdıq. İlahi, insan nələrə dözərmiş!!! O əzabların içində öz nikbinliyini,kişi qürurunu saxlamaq hər kəsə nəsib olan keyfiyyət deyil... Eyni zamandainamını, inancını qorumaq! Onun sağalandan sonrakı yazılarından: "...canımıdişimə tuturdum ki, asi düşməyim...”.

İş yoldaşları, dostları tez-tez xəstəxanadaona baş çəkirdilər. Etibar Cəbrayıloğlu, Əbülfət Mədətoğlu ilə mən də onuyoluxmağa getmişdik. Əslində, onu yataqda görmək istəmədiyimizdən yanına gedəbilmirdik. Onu əzab içində qovrulan görmək istəmirdik. Həmişə yazıları, söhbətləriilə bizdə gözəl əhval yaradan, güldürənbu insanın əzab çəkdiyinin şahidi olmaq bizə çox çətin idi...

Palatada saralmış sifətinə gözüm sataşanda çoxməyus oldum. Amma bu uzun çəkmədi. Çünki, inanmazsınız, o dözülməz ağrılarıniçində də bizimlə zarafat etməkdən qalmadı. Təəccübdən gözlərim böyümüşdü.İnsanın – kişinin mətanəti haqda eşitmişdim. Bu, rastlaşdığım, əzablarına dagülüşlə qalib gələn ilk insan idi! Onun ağrıdan üzüldüyü hər halından bəlli idi– "insan əzabının son həddi”!!!. Ammaheç kimi məyus etmək, kiminsə qarşısında sınmaq istəmirdi. Etibar müəllim çoxüzüntülü idi. Əbülfət müəllimin özünə həkim çağırası oldular. Mənimsə gücüm gözyaşlarıma çatdı və bunları ondan gizlətmək üçün bəhanələrlə bir-bir palatadanbayıra çıxıb-girirdik...

"Ədalət” qəzetinin təsisçisinin şəxsi köməyiilə yanaşı "Jurnalist evini satır... xəstəxana xərcini ödəmək üçün” yazısıylamüraciəti səslənsə də və bu çağırışa bir çoxları qoşulsa da, o, özü heç kiməağız açmadı. Xəstəliyi müddətində dolaşdığı tibb ocaqlarındakıözbaşınalıqlardan, qanunsuzluqlardan yazdı, öz timsalında millətin nə çəkdiyiniaçıb göstərdi...

Onungileyləndiyi bircə şey vardı – dostların vəfasızlığı!

"Odünyada özünü necə aparmalı” adlı baməzə görüntülü, əslində isə sırf həqiqətolan və düşünməyə vadar edən yazısı ilə neçə dəfə "səyahət edib, qayıtdığı o dünya”haqda yazdı.

Sonralar, kəsilmiş ayağına müraciətlə yazdığı baməzə yazı ilə mənigüldürə bilmədi, doyunca ağlatdı... O yazıda dostların onu tərk etməsiningünahını ayağına yazırdı...

Bir dəfəondan soruşdum ki, istedadsız adamların əksəriyyəti yazdığı cızma-qaralarınıkitab halında çap etdirdiyi halda siz niyə həmişə aktual, cəmiyyəti narahat edənməsələlərdən bəhs edən, düşündürən, eyni zamanda güldürən pozitiv auralı yazılarınızıtoplum halında çap etdirmirsiniz?Maraqlı və oxunaqlı olar. "Əşşi...” deyərək əlini yellədi. Sonragülümsünüb əlavə etdi: erməni deyir, nail olduğumun əksəriyyəti müsəlmanın "əşisinin”hesabınadı. Sonra bir az düşünüb dedi: Yazdığımızın nə xeyri var ki.. Dəyirmanbildiyini edir, çax-çax baş ağrıdır... bir az ürəyimizi soyuduruq, vəssalam!

Amma bu "bir az”lar indiki gərgin-psixolojidurumda çoxlarının, eynilə onların problemlərini yaşayanın, düşünənin olduğunubilməsiylə mənəvi dəstək olurdu.

Uzun müddət müalicə alandan sonra bir dəfə nəşriyyatındəhlizində rastlaşdım onunla. Hər iki qoltuğundakı əsadan gözümü yayındırmağaçalışaraq hal-əhval tutdum. Bunu hiss edərək həmişəki şuxluq və nəzakətlə təşəkküretdi. Üzündə elə bir işıqlı və nikbin ifadə vardı ki, sanki başına gələnlərə mənimqədər təəssüflənmirdi. Bəlkə də... İnsanyaradanın ən böyük möcüzəsidi...

"Ədalət” qəzetininduzu, məzəsi bizi əbədi tərk etdi... Onun sözlərindən,lətifələrindən hələ sağkən tez-tez misallar çəkərdik. İnanıram ki o, uzun illərxatırlanacaq, qəlblərdə, təbəssümlərdə yaşayacaq.

Biri vardı, biri yoxdu... Bir Oqtay Salamovvardı. Həyatsevər, nikbin, müsbət aurası ilə pessimizmi üstələyən, əzabına, həttaölümünə gülə bilən...insan. Həyat, yaşam uğrunda mücadilədə hər kəsə nümunə olabiləcək kişi...

Biri vardı... Xatırlayanda ancaq dodaqlara gülüş, təbəssüm qonardı. Biri vardı... var, olacaq, xatırlanacaq.

Çünki insan onu xatırlayan axırıncı adamdünyasını dəyişəndə ölür, deyirlər...

Niyə illər sonra, indi xatırladım onu?! Çünkiinsan yaşlaşdıqca daha çox kədərlənir, daha çox düşünür, həyatında gülüşün, təbəssümünyeri daralır və belə anda Oqtay Salamov kimi insanlar xatırlanır – təbəssüməehtiyacın olan zaman! Yeri boş gürünür!!!

Əvəzedilməz insan yoxdur fikri yanlış fikirdi,əvəzedilməz insanlar çoxdu bu həyatda!

P.S. "...Oqtay Salamov vardı "Ədalət”də, bilmirəm indi yazır ya yox, çoxdandır "Ədalət” almıram-onun üçün burnumun ucu göynəyir. Diqqətlə oxuduğum imzalardan biriydi. Kişi professionaldı. Boynuma alıram ki, Oqtay müəllimdən çoxlu mətnlər plagiat etmişəm. Mənim qəzetim olsaydı, məhz onun kimi jurnalistlərlə işləyərdim.Bu adamlar jurnalistikadan getsə, çox şey itirərik, qədrini bilmək lazımdır”. (yazıçı-jurnalist İbrahim Sel 15.07.2012 facebook.com)

P.P.S. Çoxşey itirdik onun gedişiylə...

f_rehimli@rambler.ru

TƏQVİM / ARXİV