Son zamanlar bəzi millət vəkillərinin düşünmədən söylədikləri vəyaxud konteksdən götürülmüşifadələrindən prikol düzəldərək "əsəbi xalqın” çeşid-çeşid söyüşlə hirsinisoyutmaq üçün o "seçilmişləri” gülüş hədəfinə çevirmək dəb halını alıb. Artıq seçici kimə inanacağını bilmir vəson nəticədə də, səs verdiyiinsanın vəzifə kürsüsünə ucalan kimi dəyişməsini adi hal kimi qəbul edir.
Bəlli olduğu kimi, Elza Seyidcahanın deputat olmaq istəyi cəmiyyətdəbirmənalı qarşılanmayıb. Hətta deputatlardanda onun seçilməsinə qarşı çıxaraq sərt reaksiya verənlər olub. Əslində ElzaSeyidcahan gözəl bəstəkar kimi, məlahətli səsə malik müğənni kimi dahalazımlıdı, nəinki Məclisdə səssizqalmaqla seçilən, mürgüləməyə gedən işsiz-gücsüz nümayəndələr. Heç olmasa,yatmış vəkilləri "hu ha ha ha, ha ha ha ha”yla oyandırardı!
Keçmişdeputat Əhəd Abıyev isə daha dərinə gedərək millətinin xanımını təhqirdən beləçəkinməyib. Halbuki onun həm deputat, həm də vəzifədə olduğu müddətdə narazılığınasəbəb olan kobudluğu, təhqiramiz yanaşmaları barədə çox oxumuşuq.
Əslində Elza Seyidcahanı ilk dəfə bir klipindəsevmişdim. Kənd qadını, yanında dörd uşaqla, mal-heyvan rahatlayır və şəhərdəmüğənnilik etdiyinə dair xəyallar qurur. O klip, o məlahətli səs tez-tezqulaqlarımda səslənir. Bəstələdiyi mahnılar da bəyəniləndi. Ekstravaqantlığı birmənalı şəkildə qəbul olunub. Şeir yazmasınagəldikdə isə...
Cəmiyyətdədigərlərindən fərqlənən, hətta kəskin fərqlənən insanlar həmişə olub. Bu fərqlilikbəzən gülüş hədəfinə çevrilib, bəzən nifrətlə qarşılanıb, bəzən o insanlara "dəli”damğası vurulub. Hər bir halda onların cəmiyyət tərəfindən qəbul olunması zor olub.Amma o insanlar nə etdiklərini, niyə etdiklərini hamıdan yaxşı dərk edib, onaqarşı gələn cəmiyyəti qarşısına alaraq yaşayıblar. Özünü sübut etmək üçün nəisbatlara, nə izahlara ehtiyac qalmayanda, yaxud səni anlamaq çətin olanda ən yaxşısı "dəli” olmaqdı!.. Ya da"kefli”...
Bəzən dəbelə insanlara müasir dillə komplekssis insan deyirlər. Elza xanım məhzkomplekssiz davranmaqla "əlinin biri dalında, biri qabağında” o insanları itələyərəközündən uzaqlaşdırır. Və "ağzına gələni danışan” bu insanların "ağzını tikməkdən”başqa əlac olmadığını bildiyi üçün "qırxayaq kimi onların ağzını tikməyə,barama kimi ipini çəkməyə” çalışır. Əslində tikmək həmişə yaxşı iş kimi qiymətləndirilib.Tikənlər çox olub, tikilənlər də. İnsanlıq tarixində kütləvi ağız tikmək ilk dəfəolduğu üçün Elza xanım da "tikim sizin ağzınızı” deməklə əslində "tikdim ki, izim qala” demək istəyib. Bəlkə deməkistədiyi də elə budur ki, biz anlamırıq...