"Biz idarə edəcəyik" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1092 | 2023-12-18 16:18

Ultrasağçılar daha çox hakimiyyətə gəlirlər

Niyə dünyada daha çox onlara səs verirlər?

 Ötən onilliyin ortalarından başlayaraq, bütün qərb ölkələrində konservativ çevriliş müşahidə olunmaqdadır. ABŞ-da Donald Tramp hakimiyyətə gəldi, Avropa İttifaqında isə, bir çox ölkələrdə öz mövqelərini möhkəmlədərək hökumətlərini quran sağçı populistlərin bumu başladı. 

  Bir neçə ildən  sonra bu trend sanki, iflasa uğramağa başladı, sanki qərbin siyasi sistemi, elitaya qarşı mübarizədə xalqln "əsl səsi" olduqlarına inanan bu milliyətçi "özündən razıların" təyziqinə  davam gətirdiklərinə inanmağa başladı. 

 Lakin görünən odur ki, sağçı populistlər yenidən populyarlıq qazanmaqdadırlar. Argentinada Xavyer Mileyin prezident  seçilməsi, Niderlanda isə miqrantlara və Avropa İttifaqına qarşı olan "Azadlıq partiyası" nın parlament seçkilərində qalib gəlməsi, ultrasağçıların qərb  dünyaslnda yenidən dirçəlməsinə işarə edir.

 Niderlandın "Azadlıq partiyası"nın populist lideri Herd Vilder siyasətə yeni gəlməyib, 20 ildir parlamentdə təmsil olunur. Onun rəhbərlik etdiyi partiya 22 noyabr seçkilərində, parlamdntdə olan 150 yerdən 37-sini qazanıb. Bu ötən  seçkilərdə qazanılan yerlərdən (17 yer) iki dəfədən də çoxdur. 

  ""Azadlıq partiyası"nı inkar etmək olmaz. Biz idarə edəcəyik"- deyə bəyan edən Herd Vildersin baş nazir kürsüsünü əldə etmək şanslarını yüksək qiymətləndirmək doğru olmaz. Koalisiya hökuməti qurması üçün ona 76 səs qazanması gərəkdir. Hələ ki, digər partiyaların onunla birləşmək fikirləri müşahidə olunmur.

  Vildersin antimiqrant pitorikasından ruhlanan digər ölkələrdə də siyasi liderlərin mövqelərini dəyişə biləcəyi istisna olunmur. Eyni zamanda ultrssağçıların islamlaşma əleydarları olmalarımı nümayiş etdirmədi də,  digər ölkələrdə siyasi mövqe dəyişikliyinə gətirib çıxarması mümkündür. 

 Uzun illərdi ABŞ və Qərbin dünyada apardığı yalnış siyasətin qurbanına çevrilmiş insanların, xüsusilə Afrika və Asiyada yaşayanların, "dövlət maraqları" adı altında sünü şəkildə yaradılan sonu görünməyən müharibərdən, aclıqdan, cəfalətdən qaçan  milyonlarla insan axınının Avropaya, Amerikaya mühacirət etmələri çiddi pronlemlər yaşadır.  Bu da ultrasağçı siyasilərin kəskin riyorikasına səbəb olur. 

  Bundan başqa Avropa İttifaqının getdikcə gərəksiz bir quruma çevrilməsi də bir çox Avropa dövlətlərində narazılıqlar yaratmaqdadır.  Avropa İttifaqını "ən pis gecə dəhşətləri" adlandıran Herd Vilders, Niderlanıdın bu ittifaqdan çıxması ilə bağlı referendum keçirilməsini tələb edir.

  Vildersin fransalı həmkarı Marin Le Pen onu qələbə münasibətiylə təbrik edərək bildirib ki, "insanlar var ki, məhz milli məşəlin sönməməsi üçün çalışırlar, Avropada dəyişikliklərə ümid qalmaqdadır". Herd Vildersi qələbə münasibətiylə təbrik edən, konservativ baxışları ilə seçilən Macarıstanın baş naziri, Viktor Orban bəyan edib ki, "Dəyişikliklər küləyi artıq burdadır". 

 Ümumiyyətlə keçirilən sorğular da göstərir ki, insanlar getdikcə hakimiyyətə daha az inanırlar. Ona görə də, sağçıların miqrantların ölkədən çıxarılması, və yaxud dövlət banklarının ləğv olunması kimi baxışlarının, nələrisə dəyişə biləcəyinə inanırlar. Yaşanan böran vəziyyətində vətəndaşlar radikal mövqe tutan partiyalara daha çox dəstək verməyə başlayırlar.  Sağçı populistlər də bundan yararlanmağa çalışırlar. 

  Bir sözlə Qərb, sağçı populistlərin "elektoral zəfəri" ilə üz-üzə qalmaqdadır. Onlar inanırlar ki, məhz radikal sağçıların bu "zəfərdən" sonra real dəyişikliklər gözləmək olar. 

  Hələlik isə, "gələn sel özünə yeni calalar açmaqda davam edir". Dünyada "qalanan ocaqların" alovları daha da yüksəlməkdədir. Müharibə və menaqişələr davam edir, şəhərlər, kəndlər dağıdılaraq viran qoyulur, bütün infrastruklar dağıdılır, insanlar kütləvi şəkildə qətlə yetirilir, sağ qalanları doğma yurd-yuvalarını tərk edərək, miqrant həyatı yaşamaq məcburiyyəti ilə Qərbə qaçır, Qərb isə onları qəbul etməkdən imtina edir.

  "Sem dayı" isə, bunu ABŞ-ın "dövlət təhlükəsizliyinin qorunması" adı ilə "dövlət marağı" kimi dünyaya sırlmaq istəyir. 

  Məqalədə "Lenta.ru" saytının materiallarından istifadə olunub.

TƏQVİM / ARXİV