adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

DÜNYA SƏNDƏN BEZƏNDƏ...

MƏZAHİR ƏHMƏDZADƏ
56799 | 2017-02-03 22:49
... Sən də dönüb budünyadan bezmə, qardaşım. Sən bu dünyanın adamlarının, ağaclarının, havasının,suyunun - hər şeyinin kədərini və sevincini eləcə sonadək yaşamağa məhkumsan.Biz hamımız məhkumuq. Bu söhbəti düşünməyə də, dinləməyə də... Çünki söhbətböyük bir yazıçıdan, Kişi adamdan gedir!

***

Keçən ilin sentyabr ayında bir dostumla çay içib söhbət edirdik. Söhbətimizinmövzusunun bir az dağınıq və dəyişkən olmasına heç bir səbəb yox idi.Ara-sıra mobil telefon zənglərininmüdaxilələri istisnası ilə. Düşünürəm ki, biz söhbət zövqümüzü də əvvəllərdəkikimi yaşamağı unuduruq deyəsən. Tələskənlik, bəhanəli vaxt darlığı, adiləşənmobil telefon imbesilliyi...

Nə yaxşı, dostum da söhbətimizin üstün çalarlara yönəlməsinə səy göstərdi. Hal-əhval və yarımmental gedişlərinözü də "söhbətin" bu ümumidağınıqlıq hüdudlarında idi.

Biz isə əsl söhbətə başlamışdıq. Bəzi məsələlər keçmişlə bağlı olsa da,mənim üçün əbədiyyət anlamında idi. Sənətkarlıq, peşəkarlıq müqayisələrikonkret mövzunun prelyüdü kimi səslənirdi. Sanki səfərə çıxmış adamlar təki gəlibçatdıq böyük yazıçımız Sabir Əhmədlinin "Yaşıl teatr"ına. Çünki buromanı biz hələ tələbəlik illərində ilk olaraq jurnal variantında oxuyub "Yamacda nişanə" kimispesifik əsərdən sonra, ya bəlkə də eyni vaxtlarda qələmə alınan "Yaşıl teatr"da şəhərməişətinin qeyri-adi bədii palitrasını heyranlıqla müşahidə etmişdik. Biz eləSabir Əhmədlinin özünü görəndə də, iş yerinə yaxın bulvar tərəflərdə rastlaşanda da ona rəğbətimizi,heyranlığımızı gizlətmirdik. Qəribədir ki, mən özüm o vaxtlar 20-21 yaşın dünyagörüşündə ən gənc Sovet İttifaqı QəhrəmanımızCəmil Əhmədovun qardaşının məhz bu cür əzəmətli yazıçı olmasını təbii birqanunauyğunluq kimi düşünürdüm. Sonralardostum Vaqif Cəbrayılzadə məni "Ədəbiyyat və incəsənət" qəzetinəaparıb bizi tanış etdikdə (onlar yerlikimi çoxdan tanış idilər), mən çox sadə, çox səmimi və gözəl bir insanın həm dəböyük yazıçı olmasına aşkar təəccübləndim də. İlk görünüşdə bir az sadəlöhv, həttafleqmatik təsir bağışlayan bu insanın bir çox üstünlüklərini isə sonralaranlayıb başa düşdüm. Heç demə eləyazıçıya, şairə şöhrət gətirən yaradıcılıq üstünlükləri ilə yanaşı, onların şəxsiyyəti, sadəliyi,insanlığı da böyük rol oynayırmış. Gözəl və təbii örnək həmişə ikiqat sevgiqazandırır. Sabir Əhmədli də oxucularından, əsl dostlarından və xalqından busevgini çox böyük bir halallıqla qazanmışdı.

...Dostumla həmin o çay söhbəti çoxdan bitmişdi. Mən isə günlərlə böyükyazıçımızla bağlı düşüncələrimlə yaşayıb ağrı-acılarımı azalda bilmişdim, həmişəkikimi onun kitablarını əlimə götürüb sevinmişdim...

Sabir Əhmədlini təkrar-təkrar oxumaq, dönə-dönə xatırlamaq insanda ruhyüksəkliyi yaradır. Ədəbiyyatımızın "altmışıncılar" superliqasında əbədiliderlərdən biri kimi şöhrət qazanan Sabir Əhmədlinin yaradıcılığı ilə yanaşı həyatıda unudulmaz xatirələr qaynağıdır. Gənc yazarlara, eləcə bütün gəncliyə örnəkolan Sabir Əhmədli ömrü əvvəldən sonadək bütöv və əyilməz yaşanıb. Əli Kərimkimi, Məmməd Araz kimi... Baxmayaraq, bizlərə məlum olmayan gizlin ünvanlardanonun kişi şöhrətinə dözümsüzlük sindromları da tuşlanıb və müəyyən qədər də özişini görübdür...

Baxın, xalq yazıçısı Sabir Əhmədli 1956-cı ildən 1996-cı ilə kimi yalnız"Ədəbiyyat və incəsənət" qəzetində çalışıbdır. Ədəbi işçi vəzifəsindənbaş redaktor vəzifəsinə qədər. Böyükqardaşı, yuxarıda qeyd etdiyim kimi ən çox fəxr etdiyimiz Sovet İttifaqı Qəhrəmanlarındanbiridir. Yazıçının oğlu Məhəmməd də Xəlil Rza Ulutürkün oğlu Təbrizlə eynidövrdə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinəucalıbdır. Ancaq...

Mən bu yerdə yazıçı Aqil Abbasın "Sabir Əhmədli Cəbrayıla həsrətqaldı" məqaləsini xatırlamaya bilmirəm. Elə Sabir Əhmədli bu dünyadan köçərkənməlum vəzifə ilə əlaqədar tutduğu mövqeyini də.

Hələ bu harasıdır. "Yamacda nişanə", "Yaşıl teatr","Yasamal gölündə qayıqlar üzürdü", "Dünyanın arşını","Aran", "Toğana"... kimi 20-yə yaxın roman müəllifi olan və"Qanköçürmə stansiyası" kimi şedevr povest yazan, müstəqillik dövründədə yazıçılıq missiyasını uğurla davam etdirən Sabir Əhmədlinin adı Nizami adınaƏdəbiyyat İnstitutunun hazırladığı"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinə"düşməyib". Düşməyib sözünü ona görə fərqləndirdim ki, Ədəbiyyatİnstitutumuz hələ oxucu qəlbi deməkdeyil, sadəcə.

Hamını nəzərdə tutmuram.Ancaq bizdə son dövrlərdə xoşagəlməz bir hal yaranıb. Öz böyük yazıçılarımızıdüz-əməlli oxumadan bir neçə məşhur xarici ölkə ədiblərinin kitablarınıqoltuqlarında gəzdirərək özlərinə yer tapa bilməyənlər də çoxalmaqdadır. Bu, tendensiya deyil, sadəcəözünü göstərmək anlamında ötəri bir stixiyadır. Sonunda, necə deyərlər, Əliaşı, Vəli aşı... məsələsi.

Sən məsələn, Sabir Əhmədlinin"Qanköçürmə stansiyası" əsərini bəyənib oxumadan, öz ədəbiyyatını öyrənmədənheç nəyi düzgün qavraya bilməzsən, özünü dahi sansan belə ən azından müqayisələraparmağı da bacarmazsan. "Qanköçürmə stansiyası"ndan söz düşmüşkən mənbu əsəri dünya nəsrinin şedevrlərindən biri hesab edirəm. Gənc dostlar, heç nədemirəm, Hemenquenin Nobel mükafatına layiq görülmüş "Qoca və dəniz"povestini də oxuyun, Sabir Əhmədlinin də "Qanköçürmə stansiyası"nı.

Əlbəttə, kimlərsə düşünəvə deyə bilər ki, uzaq Kuba sahilləri, qoca Santyaqo, köpək balığı hara, Cəbrayılkəndi, boğazı tamam üzülmədən sahibinin əlindən çıxaraq həyətdə ora-bura qaçıbfınxıran, yıxılıb qalxan, ölümlə çarpışan cöngə hara...

Elə məsələ dəburasındadır ki, oxumaq lazımdır, ən yaxşıları çox oxumaq lazımdır. Mən nə qədərdanışsam və yazsam da o dahiyanə təsvirləri burada canlandıra bilmərəm.Obrazların düşüncə və hisslərini isə qətiyyən!

Yer üzündə bütün gözəlyazarların, gözəl əsərlərin sanki bir kosmik əlaqələri də olur - uzaqdan-uzağadünyanı gözəlləşdirmək, insanları sevindirmək və heyrətləndirmək üçün ənutilitar missiya kimi. Bu səbəbdən də dünya ədəbiyyatında gözəl əsərlərin birqan qohumluğu da olmamış deyil. İstərbirbaşa mənada, istərsə də köpək balığının və ya cöngənin qanı məcazında...

Məzahir ƏHMƏDZADƏ

TƏQVİM / ARXİV