Əbülfət Mədətoğlu Vaqif  Bəhmənlinin  SÖZ PORTRETİNDƏN yazdı

ƏBÜLFƏT MƏDƏTOĞLU
1932 | 2023-08-11 13:39

"Qarabağın qələmi AQİL ABBAS" işıq üzü gördü

Azərbaycan oxucusunun, xüsusi  ilə   poeziya  həvəskarlarının özünü  və sözünü çox  yaxşı  tandığı  şair -publisist  Vaqif  Bəhmənli nin   bu  günlərdə  yeni  kitabları işıq  üzü  görüb. Həmin yeni  kitablar dedikdə , mən müəllifin  dörd  ciliddən ibarət  olan " Seçilmiş əsərləri  ilə  yanaşı    boyük oxucu  marağına  səbəb olmuş    "Ədəbi portret"  seriyasından olan   " Qarabağın qələmi AQİL ABBAS" kitabını da  nəzərdə  tuturam.

Redaktoru şair-publisist, AYB-nin katibi,  " 525-c0 Qəzet"-in baş redaktoru Rəşad  Məciddi. "Zərdabi Nəşr" MMC  tərəfindən çap olunmuş 111  səhfəlik  bu  kitab  yazıçı  publisist , Əməkdar jurnalist, millət  vəkili, "Ədalət" qəzetinin   təsisçi  və baş məsləhətçisi  Aqil Abbas  barəsindədir. Bir  az da  dəqiq  ifadə  etsəm bu  kitabın müəllifi  öz qələminin böyük imkanlarından  bütünlüklə  yararlanaraq  Aqil Abbasın portretini sözlə, qələmlə  çəkib.

Kitabı  oxuduqca adamın gözü  önündə Aqil Abbas  bir  neçə prizmadan obrazı , lap dəqiqi  kimliyi   canlanır.Oxucu öncə Aqil Abbası gənc bir Qarabağlı - Ağdamlı  yurnalist  kimi  görür. Onun Ağdamdakı ata  evinə qonaq  gedir...Atasını, ailəsini tanıyır....onların xarakterik  cizgiləri  ilə  tanış  olur... Daha  sonra oxucu  gənc  yazıçı Aqil Abbası  ilk  uğurlarından xəbər  tutur...Onun  səmimi və   təbii , yəni  Qarabağ  koloritli  yaradıcılığı  ilə yazıçı emalatxanasına  baş  çəkir.... Bax  elə  bu  məqamın ardınca  erməni  işğalı, 30  illik Qarabağ  həsrəti       boy  göstərir. Aqil Abbas  bu  mərhələdə   təkcə  yazıçı kimi  deyil , həm də  VƏTƏNDAŞ  kimi oxucuya  təqdim olunur! Vaqif  Bəhmənli  bu  bölümdə böyük  ustalıqla Aqil Abbasın  QARABAĞ  sevgisini  filimləşdirir. Əsəri oxuduqca qəhrəmanın Qarabağa - Şuşaya mütləq    QAYDIŞIN   təsir  dairəsindən şıxa   bilmirsən! Bu QAYDIŞIN  mütləqliyinə ƏMİN olursan! Aqil Abbasın inandırmaq  gücü  Vaqif Bəhmənli  qələmində  yenidən təsdiqlənir! Onun , yəni Aqil Abbasın  "Dolu"-sunun sonluğunun qaçılmazlığı  oxucuya həzm etdirilir.!

Kitabda Aqul Abbasın  millət  vəkili, içtima-siyasi  xadim  obrazı da  bütün parametirləri ilə  təqdim olunub.    Elə  buradaca  qeyd etmək yerinə  düşər ki, müəllif, yəni  Vaqif  Bəhmənli öz qəhrəmanını  çox  yaxından  və çox  yaxşı  tanıdığından  əsərində heç nəyi  gözdən qaçırmayıb. Ona  görə  də  əsər  dolğun  və  mükəmməl  bir  şəkildə oxucu  dünyasına qədəm qoyub, təqdim edilib.

Mənə  görə  bu  kitab Aqil Abbasın  70  yaşının  SÖZ  PORTİRETİDİ !  Bu  portireti  isə   onun gənclik dostu, zamanında bərabər çalışdığı, həyat  və  yaradıcılığını, xarakteriq  cizgilərini, ailəsini  gözəl bilən, tanıyan  və sevən  şair-publisist  Vaqif Bəhmənli həqiqətən SÖZLƏ  ÇƏKİB! 

Bəli, Çəkiliş də, yazılış da alınıb!  Zənnimcə  bunun bir  səbəbi də mövzunun Qarabağla  bağlılığı, Qarabağın QƏLƏMİ  olmasıdı!

TƏQVİM / ARXİV