adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ERMƏNİLƏR ƏKMƏDİKLƏRİNİ BECƏRMƏYİ  BACARIRLAR - Aqil ABBAS yazır

AQİL ABBAS
501 | 2022-09-13 22:15

70-ci illərin kitablarında (Rusiyanın tarix kitablarında və ensiklopediyalarında) Türkiyədə ermənilərin köçürülmə zamanı, uydurma «soyqırım» adlandırdıqları  köçürülmə zamanı, guya 300 min erməninin tələf olunması  qeyd edilirdi. Sonra  zaman keçdikcə  ermənilərin   ölənlərinin  sayı durmadan artmağa başladı: 500 min, sonra  milyon yarım,  daha sonra  3 milyon. Hərçənd ki, həmin  dövrdə nəinki Türkiyədə, heç dünyada 3 milyon erməni  yox idi.

Təmiz pripiska idi.  Özü də ermənilər təkcə  ölülərinin  rəqəmlərini  şişirtmirlər, dirilərinin də rəqəmini şişirtməklə,  pripiskası ilə  məşğul olmuşdu. Xüsusilə də Qarabağda.

İndi Qarabağdakı erməni əhalisinin siyahıya alınması  gözlənilir. Axırıncı rəqəmə görə guya ki, Qarabağda  140 min  erməni  yaşayırdı.  Əvvəla, heç Ermənistanın  özündə  140 min erməni  yaşamır, nəinki  Qarabağda.

Sovet dönəmində bizim Statistika Komitəsi bu məsələyə ciddi yanaşmayıb. Heç  olmasa  barı  indi ciddi yanaşsın. Mən bu sahənin  mütəxəssisi deyiləm, amma bildiyim  şeylər var.

Məsələn, Statistika  Komitəsi  çıxarmalıdır ki, o zamankı Dağlıq Qarabağ Vilayətində 50-ci illərdə, 60-cı illərdə, 70-80-ci illərdə  nə qədər  erməni yaşayıb? Və həmin illərdəki əhalinin  artım faizini hesablasınlar. Hər on ildə bir dəfə. Azərbaycanda əhalinin artım faizi  hər on ildə 10 faiz artır. Azərbaycanlılar əsasən   çoxuşaqlı  olurlar. Sovetlər zamanı «Qəhrəman ana»ların  sayına görə Azərbaycan  1-ci yeri tuturdu. Ən kiçik  ailələrdə belə  5-6 uşaq  olardı.  Məsələn, biz 8 uşaq idik.

Ermənilərdə isə çoxuşaqlı ailələr dəb deyil. Statistikaya baxın görün neçə erməni  qadını  «Qəhrəman ana»dır?

Bir məsələyə də diqqəti çəkim. Sovetlər dönəmində Dağlıq Qarabağda fəaliyyət göstərən əlaqədar təşkilatlar əhalinin  sayını  artırmaq üçün ciddi planla işləyirdilər. Bakıda qeydiyyatda olan erməni eyni zamanda ya Xankəndində, ya Əsgəranda, ya Ağdərədə, nə bilim daha hansı şəhər və kəndlərdə qeydiyyata salınırdılar. Eləcə də Ermənistanda yaşayan  ermənilərin ikili qeydiyyatı vardı. Həm Ermənistanda, həm də Qarabağda  adlarını  çəkdiyim  şəhər və kəndlərin  birində. Bununla da  süni surətdə  ermənilərin  sayını  artırırdılar.

Əksinə, Dağlıq Qarabağda doğulmuş, boya-başa çatmış, sonra Bakıda və ya respublikanın hansısa rayonlarında  işləmiş, ail məktəb bitirmiş azərbaycanlılar  sonradan Şuşaya, Xocalıya, Ağdərəyə, Xocavəndə, Hadruta  qeydiyyata  düşə bilmirdilər. Daha dəqiq  desək, vilayətin pasport-masa idarələri  onları  qeydiyyata almırdı.  Elə mənim bir həkim dostum təyinatla Şuşaya  göndərilmişdi, 10 ildən çox Şuşada çalışdı, amma Şuşa qeydiyyatına düşə bilmədi.  Məcbur olub gəlib Ağdam qeydiyyatına düşmüşdü.

70-ci illərin  statistikasında  yazılırdı ki, Dağlıq Qarabağın  120 min əhalisi var, onun  80 mini  ermənidi, 40 mini  azərbaycanlı. Əslində isə  azərbaycanlı  əhali  60 min idi.  Bunlar əsasən  Şuşada, Xankəndində, Xocavənddə, Xocalıda, Ağdərədə yaşayırdılar.

Şuşada  15 min, Xankəndində 15 min, Xocalı və Xocavənddə 15 mindən çox, Ağdərədə də 14 min.

Ağdərə rayonu səriştəsizlikdən ləğv olunanda  rayonun  azərbaycanlı əhalisi  Kəlbəcər, Tərtər və Ağdam  rayonları arasında pay-pürüş edildi. Təkcə Ağdamın payına   4900-dən artıq  azərbaycanlı düşmüşdü.

Heydər Əliyev hakimiyyətə  gələndən sonra ağdərəlilər çalışırdılar ki, rayonları  bərpa olunsun. Həmin vaxt mənə də müraciət ünvanlamışdılar, həmin müraciəti də Ağdamda yaşayan ağdərəlilər imzalamışdı. 4900-dən artıq imza vardı.  Mən deputat  seçiləndən sonra ağdərəlilərin müraciətini Parlamentdə səsləndirmişdim. Və xahiş etmişdim ki, Xalq Cəbhəsinin  səriştəsizliyi  ucbatından ləğv olunmuş  Ağdərə rayonu yenidən bərpa edilsin. Hələ  ermənilər Qarabağı  işğal altında saxlayanda Tərtər batalyonu, üçü böyük kənd olmaqla, ona  yaxın  kəndi  işğaldan azad etmişdi.  Və ermənilər  həmin kəndləri  heç vaxt  geri  ala bilmədilər.  Təklif etmişdim ki,  o zaman ən böyük kənd olan Mərguşavan kəndini  rayon mərkəzi eləsinlər. Xocalının bir  kəndi bizdə olmaya-olmaya onlar  üçün  Goranboyda yer ayrıldı – Ağcakənddə və rayonun   bütün strukturları orda  yerləşdirildi.

Demirəm, indi Ağdərə  rayonunu indi bərpa edək, onsuz da Qarabağda  Azərbaycan  hakimiyyəti tam bərpa olunacaq, onda Ağdərənin əhalisi də öz şəhər və kəndlərinə  qayıdıb  qeydiyyata  düşəcəklər.

Yəni indi Qarabağda əhalinin siyahıya alınması  başlasa  və təbii ki, o komissiyada biz də  iştirak etməliyik  və onda  görəcəyik ki, erməni  əhalisinin  sayı 30-40 mini keçmir.  Çünki  çətinlikdə  yaşayan  ermənilər rahat yer axtarırlar. Hər il Ermənistandan nə qədər əhali Rusiyaya  və dünyanın bütün  ölkələrinə  dağıldığı kimi, Qarabağda yaşayan ermənilər də öz böyük qardaşları kimi   rahat yaşamağa  yer axtarıblar.  Şuşaya gedib-gələnlər azad olunmuş erməni  kəndlərindən  keçib gedirlər. O kəndlərdə  normal yaşamaq   üçün bir ev tapa bilməzsiniz. Məsələn, evlər var ki, 30 il aynabəndlərinə  rəng  vurulmayıb, damları  çürüyüb, təmir  etməyiblər. Hərçənd bilirik ki,  ermənilər  yaxşı ustadılar, bir az Xankəndində normal  həyat olub.  O da  Amerikanın, Avropa dövlətlərinin qanunsuz olaraq  ermənilər üçün 30 ildə ayırdığı  milyardlarla dolların hesabına.

Ermənilərin  xislətindədi – əkmədiklərini  yaxşı becərə  bilirlər. İndi də əkmədikləri insanların dibinə su tökməklə  becərib  saylarını artırırlar.

TƏQVİM / ARXİV