Ermənilər həyəcanla Kaliforniyanın kül olmasını izləyirlər.
Adfalet.az xəbər verir ki, Ermənistanın Kilikiya katolikosu I Aram Los-Ancelesdə yayılan yanğının nəticələri və yerli ermənilərin vəziyyəti ilə bağlı məlumat almaq üçün Şimali Amerikanın Qərbi Erməni Yeparxiyasının rəhbəri arxiyepiskop Der Qeqam Xaçeryanla əlaqə saxlayıb.
Qərbi Erməni Yeparxiyasının rəhbəri Fr. Gegham Ark. Xaçeryan eyni zamanda Los-Ancelesdəki böyük ya
nğının nəticələri ilə bağlı narahatlığını ifadə edib:”Güclü tufan və külək yanğınsöndürənlərin ardıcıl və təsirli müdaxilələrinə baxmayaraq alovun daha da böyüməsinə səbəb olub. Dəhşətli yanğın əsasən ermənilərin məskunlaşdığı Pasadena, Qlendeyl və La Cressenta ərazilərində yayılıb. Məlumata görə, artıq bir neçə erməni ailəsi daha təhlükəsiz bölgələrə sığınıb”.
Qeyd edək ki, bütün dünyaya bəllidir ki, Rusiya ermənilərindən sonra Ermənistan kənarında yaşayan ikinci ən böyük erməni icması ABŞ-da- Kaliforniya ştatındadır. Ermənilərin Şimali Amerikaya gəlişi XVIII və XIX əsrlərdə baş verib. Həmidiyə qətliamı və Erməni soyqırımı kimi hadisələr etnik ermənilərinin Amerika Birləşmiş Ştatlarına köçünü sürətləndirdi. Bu dövrlərdə Amerikaya gəlmiş ermənilər əsasən Osmanlı imperiyası və İran ərazilərdən köç edirdilər. 1950-ci ildən etibarən Türkiyə, İran, Livan və Suriyada yaşayan etnik ermənilərin mühüm bir qrupu Amerikaya müharicət edibdir.
SSRİ-nin 1991-ci ildə dağılması mühacirət dalğasını genişləndirir, bir çox sovet ölkələrində yaşayan ermənilər ABŞ-yə köçür. 2011-ci ildə ABŞ-də əhalinin etnik tərkibi üzrə aparılan araşdırmalar zamanı məlum olur ki, Amerikada yaşayan əhalinin 483.366 nəfəri etnik baxımdan ermənidir. Müxtəlif mənbələrdə bu rəqəm 800.000 ilə 1.500.000 arasında göstərilir. Amerika ermənilərinin 160 mindən çoxu Kaliforniya ştatının ərazisində yaşayır. Rəsmi rəqəmlərdə ABŞ ərazisində yarım milyona yaxın ermənin yaşadığı göstərilsə də, rəyi soruşulan insanlardan 385,488 nəfəri etnik tərkibi kimi erməni olduğunu göstərdi. Kaliforniya ştatında yerləşən Qlendeyl şəhəri Amerika ermənilərinin qeyri-rəsmi mərkəzi hesab olunur. Şəhərin meri də elə ermənidir.
Erməni əsilli amerikalı yazar Anni P. Bakalian kitabında qeyd edib ki, Los-Anceles ermənilər və özünü erməni hiss edənlər üçün Məkkəyə çevrilib.
Bu şəhərdə mütəmadi olaraq Türkiyəyə qarşı etiraz aksiyaları, nümayişlər keçirilir. Səbəb də odur ki, 100 illik erməni yalanı olan "erməni soyqrımı"na görə ABŞ höküməti Türkiyəni beynəlxalq məhkəməyə verib ondan yüklü bir təzminat alıb ermənilərə versin!Düzdür ermənilər hələlik bu tələbin həyata keçməsinə nail ola bilməsələr də, amma ABŞ-ın 50 ştatında da "erməni soyqırımı"nı rəsmən tanıda biliblər. ABŞ-ın elə bir ştatı və yaxud şəhəri yoxdur ki, orda yalançı "genosid" abidəsi. 2020-ci ilin sentyabrından los-ancelesli ermənilərin hədəfi genişlənib. O gündən Azərbaycanı qaralama kampaniyasına start veriblər.
Erməni lobbisinin əlində oyuncağa çevrilən ABŞ höküməti, şəxsən uydurma erməni soyqırımını rəsmən tanıyan prezident Co Bayden burada yaşayan ermənilərin qol-qanad açmasına geniş şərait yaradıb. Beləki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunun qarşısındakı meydanın adı dəyişdirilərək, “artsax respublikası” qoyulub.
1991-ci ildə Vatertaun ştatının erməni icması yerli hökumət rəsmilərini Qarabağın müstəqilliyi uğrunda gedən mübarizənin şərəfinə Müqəddəs Stefan Erməni Kilsəsinin yerləşdiyi küçənin adını "Artsax" küçəsi olaraq dəyişdirməyə çağırdı. Təbii ki, bu tələb yerinə yetirildi.
2018-ci ilin oktyabrında isə Qlendeyl Şəhər Şurası Harvard və Uilson arasındakı Merilend prospektinin adını dəyişib "Artsax" qoydular.
Əntiqə Rəşid