ETO MEDİSİNSKİY FAKT - Aqil ABBAS yazır

AQİL ABBAS
576 | 2025-01-07 18:08

Ermənistanın sabiq prezidenti Ter-Petrosyanın 1993-cü ildə söylədiyi fikirlər hamını təəccübləndirib. O deyib ki, 600 illik mübarizədən sonra axır ki, biz qalib gəldik və bütün azərbaycanlıları Ermənistan  torpaqlarından qovduq. 

Amma burda təəccüblənəsi bir şey yoxdur. Helm sübut edir ki, ermənilər  dünyanın  ən qədim millətidir. İsa peyğəmbərin  anası Həzrət Məryəm də  ermənidir. Hətta «İncil»in  ilkin variantında İsa peyğəmbərin  erməni kökənli olduğu  yazılıbmış. Sonra Matvey «İncil»i yazarkən  paxıllıqdan bu faktı gizlədib. Ondan sonra  Matveyə istinadən «İncil»in  üzünü  köçürənlər də bunu bilməyiblər. İngiltərənin  arxivlərində Həzrət Məryəmin erməni olduğu haqqında  məlumat var, amma onu üzə çıxarmırlar. 
Ter-Petrosyanın dediyi kimi, 600 il əvvəl, 1453-cü ildə Konstantinopolu fəth edənlər də ermənilər olublar. Sonradan Fateh Sultan Mehmed bunu öz adına  çıxıb. 

Amerikanı kəşf edən  Kolumbun ulu nənəsi Şarl Aznavurun ulu nənəsi kimi  erməni olub. Ona görə də yerli əhali olan hinduları azərbaycanlılar kimi qətlə yetiriblər ki, bu torpaqlar bizimdir. 

Bir başqa məlumata görə,  Qüdsü fəth edən Səlahəddin Əyyubinin də həm öz anası, həm də atasının anası erməni qızıymış. 

Məşhur rus çarı Pyotrun da anası tərtəmiz erməni qızıdı. Yəni Rusiya imperiyasını yaradan da ermənilər olub.  Ona görə Vətən müharibəsində Ermənistana  kömək etmədikləri üçün indi Rusiyaya  şıllaq atırlar. 

Makron «çistı krovnı» ermənidi. Ermənilər vaxtilə bu erməni dığasının adını dəyişib Emanuel qoyaraq casus kimi yetişdiriblər və sonra da Fransanın prezidenti seçiblər.

Ona görə də Makron erməniləri belə sevir. Fikir versəniz Makronun arvadı da elə erməni  harsınına oxşayır. 

Atillanın arvadı da  erməni olub. Eto medisinskiy fakt.

Alimlər  sübut edir ki,  hətta Makedoniyalı İsgəndərin anası  erməni olub. Ona görə də  ərinin  ölümündə iştirak edib ki, oğlu  çarlıq  taxtında otursun. Sonra da gəlib İran şahı Daranın erməni kökənli  qızını alıb.  

Bir sözlə,  erməni qızları paylaya-paylaya bütün məşhur  şəxsiyyətləri özləri doğub. Eləcə də bəzi türk sultanlarına da paylayıblar. Həmçinin ağdamlı cayıllara da paylayıblar, sonra onlardan doğduqları uşaqlar Ağdamda daşı daş üstə qoymayıblar. 

Bütün bu faktlar göstərir ki, Ter-Petrosyanın dedikləri həqiqətdir. Təkrar edirik, Ostap Bender demiş, eto  medisinskiy fakt. 

Erməni alimləri bir az da  bərk dayansalar Boqun da  erməni olduğunu sübut edə bilərlər. Bizlə düşmənçilikləri isə ondan başlayır ki, Əslini Kərəmə vermədilər  və Kərəm də od tutub yandı, ona görə də bizdə onlara qarşı bir nifrət hissi oyandı. Məhz buna görə də Andronikin  qulağını kəsdik, onlar da qaldı yana-yana. 

Və lap axırda. Yalançının, eləcə də Ter-Petrosyanın anasının goruna  itin .....

TƏQVİM / ARXİV