İstanbulda Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun açılışında Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxış edəcəyi gözlənilir.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Türkiyə mediasının məlumatına görə, H.Fidanı Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Müdafiə Nazirliyinin nümayəndələri müşayiət edə bilər.
Danışıqlarda Rusiya nümayəndə heyətinə ölkə prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik edir.