Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında son iki aydır daşqın və torpaq sürüşməsi davam edir.
Adalet.az xəbər verir ki, sel və daşqın nəticəsində azı 240 nəfər öldüyü deyilir. Məlumatı ştatın Təbii Fəlakətlərin nəticələrinin aradan qaldırılması departamenti yayıb.
İki ölkə magistral yolu bağlı qalır və dağlıq ərazilərlə həyati əhəmiyyətli əlaqəni pozur. Bölgədə elektrik və suda fasilələr olduğu bildirilir.
Ştatdakı bir çox sürüşmə monitorinq stansiyaları hazırda fəaliyyət göstərmir və bu, musson yağışları mövsümündə vaxtında xəbərdarlıq və fəlakətlərə hazırlıqla bağlı narahatlıq yaradır.
Himaçal Pradeşdə musson mövsümü iyunun sonundan sentyabr ayına qədər davam edir, bu müddət ərzində illik yağıntıların əksəriyyəti burada qeydə alınır.
Əntiqə Rəşid