İCRA BAŞÇISI, YOXSA JEK NAÇALNİK?-Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
4439 | 2022-07-20 12:17


Baxıram son zamanlar hamı düşüb icra başçılarının üstünə – sağdan da vururlar, soldan da. Hətta deyirlər ki, bu struktur ləğv edilməlidir. Amma heç kim təklif tetmir ki, yerində nə yaradılmalıdır?
3-4 ildir ki, icra başçılarının bütün səlahiyyətləri əlindən alınıb. Rayondakı heç bir təşkilat icra hakimiyyətinə tabe deyil. Və belə demək mümkünsə, icra başçılarını eşitmirlər. Hər bir təşkilat region təşkilatına, region təşkilatı da müvafiq nazirlik və ya komitəyə tabedir.
İşıq keçəndə icra başçısından tələb edirlər, təhsildə problem yarananda icra başçısı, əkinlərə su çatışmayanda icra başçısı, artezianın nasosu yanıb icra başçısı, kombayn çatışmır icra başçısı, xəstəxanada həkimlərdən narazılıq icra başçısı, qazilər əlillik dərəcəsi ala bilmir, yenə icra başçısı, qazilər işsizdir icra başçısı, şəhid ailələrinin problemi var icra başçısı, kiminsə evi yanıb, ya uçub icra başçısı və sair və ilaxır.
Və bu yuxarıda saydıqlarımızın heç biri icra hakimiyyətinin səlahiyyətində deyil. Hər müdir öz sahəsinin ağasıdır.
Bir dəfə bir rayonda, adını yazmıram, icra başçısının birinci müavini təhsil şöbəsinin müdirinə zəng edib deyir ki, başçı səni çağırır.
Təhsil şöbəsinin müdiri nə desə yaxşıdır:
- Özünə gülür, o kimdir ki mən onun yanına gəlim. Mənim öz nazirim var.
Və rayonda bir hadisə olanda, bir əskiklik olanda yuxarıdan icra başçısına zəng edirlər ki, bu nə məsələdi, sənin rayonunda niyə bu hadisə olub, hara baxırsan?
İndi icra hakimiyyətinin səlahiyyətində iki təşkilat qalıb – biri kommunal təsərrüfat idarəsi, biri də yaşıllaşdırma idarəsi. Hərəsində də 200-250 ştat var. Yəqin tezliklə həmin təşkilatları da alarlar, o da Bakıya tabe olar. Yəqin yaşıllaşdırmanı Ekologiya Nazirliyinə verərlər, kommunal təsərrüfat idarəsini də bir qurum yaradıb ona verərlər.
Nə isə…

 

TƏQVİM / ARXİV