Qlobal müharibə 2025-ci ildə başlaya bilərmi?
Dekabrın ortalarından başlayaraq, Rusiyanın bir neçə yüksək vəzifəli məmuru, gələcəkdə Rusiya və NATO arasında qarşıdurmanın qaçılmaz olacağı barədə bəyənatlar səsləndirirlər.
Baxmayaraq ki, dünyada daha çox Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsi ilə bağlı müzakirələr aparılır, lakin görünən odur ki, bu pərdəarxası hazırlanan faciənin pərdələnməsindən başqa bir şey deyil.
Rusiyanln xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirir ki, NATO Rusiya ilə müharibəyə hazırlaşır, müdafiə naziti Andrey Belausov da bəyan edir ki, ordusu belə bir ssenariyə cavab verməyə hazırdır.
Rusiyalı siyasətçilər əvvəllərdə alyansın Ukrayna münaqişəsinə aktiv müdaxiləsinin Rusiya-NATO arasında mümkün qlobal müharibəyə apara biləcəyi barədə bəyənatlar səsləndirirdilər. Bəziləri hətta daha irəli gedərək, alyansın "hücum planları" barədə geniş məqalələr də dərc edirlər.
Əslində Rusiya ilə NATO arasında açıq qarşıdurma ssenarisi baş verə bilərmi?
Rusiya müdafiə nazirinin müavininin sözlərinə görə, Şimali Atlantika Blokunun hazırda tutduğu kurs, Rusiya üçün, ümumi qlobal arxitektura və regional təhlükə yaradır. NATO-ya üzv dövlətlərin əməl və hərəkətləri Rusiyanı risk altında qoyur.
Bununla yanaşı rusiyalı diplomat qeyd edir ki, hakimiyyət ətrafda baş verənləri diqqətlə izləyir və vəziyyətin hər an daha da gərginləşə biləcəyinə hazırlıq görür. Bununla bağlı alyansa üzv ölkələrin bir çoxuna qarşıdurmaların ağır nəticələri barədə xəbərdarlıq siqnalları da göndərilir.
Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Aleksey Çipa bildirir ki, NATO həmişə Rusiya ilə qarşıdurmaya hazırlaşıb. Lakin Ukrayna münaqişəsinin davam etməsi, qarşıdurmanın qarşısıalınmaz olacağından xəbər verir.
Həqiqətən də, göründüyü kimi, təkcə kütləvi informasiya vasitələri, jurnalistlər, politoloqlar, sitasi şərhçilər deyil, siyasi elita da, artıq Rusita və NATO arasında geniş müqyaslı qarşıdurmanın qaçılmaz nöqtəyə gəlməsi ilə bağlı həyəcan təbili çalmağa başlayıblar.
Alyans ölkələri Rusiyanın NATO-ya hücum edəcəyini bəyan edirlər, Moskva isə əksinə, Şimali Atlantika blokunun münaqişəyə hazırlaşdığını bəyan edirlər.
Bu günlərdə Kremldə ilin yekunları ilə bağlı ənənəvi yığıncaqda jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandıran Rusiya Federasiyasının prezidendi bildirib ki, "Baxın nə deyirlər, "Rusiya NATO-ya hücum etmək istəyir". Siz tamamilə ağlınızı itirmisinizmi?".
Rusiya lideri daha sonra əlavə edib ki, "təbii ki, Rusita üçün qırmızı xətt var, əgər bu xətt keçilərsə Moskva NATO-nu münaqişənin tərəfi kimi qiymətləndirəcək". Yəni Putinin sözlərindən aydın olur ki, "qirmızı xətt" keçilərsə, alyansla qarşıdurma qaçılmaz olacaq.
Rusiya Ukraynanın (oxu NATO-nun) qoyfuğu "qırmızı xətti", Altsns isə hazırda Ukraynaya amerikan silahlarından Rusiya ərazilərinə raket zərbələri endirməsinə icazə verməklə faktiki olaraq "qırmızı xətti" çoxdan keçiblər və demək olar ki, NATO-Rusiya qarşıdurması artıq başlaylb. Sadəcə olaraq, bu qarşldurma açıq şəkildə aktiv fazaya keçməyib.
Münaqişənin açıq qarşıdurma fazasına keçə biləcəyi çox da inandırıcı görünməsə də, qarşıdurmanın daha da gərginləşməsinə səbəb olacağı heç bir şübhə doğurmur. Bu isə, danışıqların sülh yoluna dönməsini çox çətinləşdirəcək.
Dünya hazırda bəlkə də, ən maksimal təhlükəli günlərini yaşayır. Dünyanın ən çox nüvə potensialına malik iki nəhəng gücünün qarşıdurmasının hansı faciələrə gətirib çıxara biləcəyini təsəvvür etmək belə adamı dəhşətə gətirir.
Lakin görünən hələ ki, münaqişənin siyasi yolla həlli mexanizmi tapılmır. Yeganə ümid ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın müharibəni dayandıracağı ilə bağlı verdiyi sözə qalıb, onunda hələki ortalıqda bunu necə edəcəyi ilə bağlı ağlabatan planı yoxdur.