İranın İsrailə raket hücumu zamanı 5 nəfər yaralanıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, ən çox ziyan Hayfa şəhərinə dəyib.
İran tərəfi bildirib ki, İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) qərargahını da hədəf alıb.
***16:52
İran İsrailə yenidən raket hücumuna başlayıb.
Adalet.az İsrail mediasına istinadən xəbər verir ki, Tehran Tel-Əvivə 20-dən çox raket atıb. Paytaxt şəhərdə partlayışlar baş verib.
Bildirilib ki, havadan müdafiə sitemləri fəaliyyətə keçib. Əhaliyə təhlükəsiz məkanlara sığınmaq göstərişi verilib.