İranda İsraillə əlaqədə şübhəli 2 min nəfər həbs edilib

176 | 2025-07-23 16:00

İranda 12 günlük müharibə zamanı və sonra İsraillə əlaqədə şübhəli bilinən iki min nəfər həbs edilib.

Adalet.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni-Ejei müsahibəsində bildirib.

O vurğulayıb ki, onların çoxu casus olmadıqları və İsraillə əməkdaşlıq etmədikləri üçün azad ediliblər.

TƏQVİM / ARXİV