İstambul razılaşmasını ABŞ pozub - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
882 | 2024-09-09 13:04

 ABŞ dövlət katibinin eks müavini Viktoriya Nuland, Rusiyada xarici agent elan edilmiş jurnalist Mixail Zıqarya verdiyi müsahibəsində bəyan edib ki, Ukrayna 2022-ci ildə ABŞ-la məsləhətləşmələrdən sonra, Rusiya ilə əldə etdiyi İstambul razılaşmasından çıxmışdı.

 "Türklər meydan təklif etmişdilər, biz o otaqda da yox idik. Biz hətta razılaşmanın detallarından belə məlumatsız idik. Sona yaxın ukraynalılar məsləhətləşmək istədiklərini bildirdilər və bizdən bu razılaşmanın onlara nə kimi xeyr ola bilər sualına cavab istədilər... Və elə həmin vaxt pazılaşma pozuldu"- deyə Nuland bildirib.

 Nuland əlavə edib ki, ABŞ-ın fikirincə,  guya razılaşmanın detalları ukraynalıların xeyrinə deyilmiş və ukraynalı siyasətçilər bu faktı başa düşərək əldə olunmuş razılaşmadan imtina ediblər...

  Xanım Nuland, bu müsahibəsiylə bir daha səmimi olmadığını sübut edir. Əslində bütün dünya bilir ki, İstambul razılaşdırılması ABŞ-ın təkidiylə pozulub, çünki həmin vaxt razılaşma əldə olunması "Sem dayının" planlarına daxil deyildi. Həmin ərəfədə müharubənin dayandırılması, sülh yollarının axtarılması üçün danışıqlar masasına oturulması, Vaşinqtonun planlarının yarımçıq qalması demək idi. 

 ABŞ-ın bu münaqişə ocağını yaratmaqda yalnız  bir məqsədi var idi, o da Rusiyanı çökdürüb parçalamaq. Hələ ki, buna da nail ola bilmir. Əvəzində isə, İstambul razılaşdırılması pozulan müddətdən bəri,  Ukrayna ərazilərini itirə-itirə gedir. İşğal olunan Krım yarımadası, Donetsk və Luqansk vilayətlətinə, daha sonra Xerson və Zaparyoje vilayətləti də əlavə olundu...

 

  • Sentyabr:
  • 20

TƏQVİM / ARXİV