Kim Çen I ABŞ və Yaponiyanı niyə təhdid edir? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1217 | 2023-08-29 12:43

Şimali Koreyanın lideri Kim Çen I, avqust ayında ölkənin arteleriya, qanadlı raket və pilotsuz uçuş aparatları istehsal edən əsas zavodlarında olub. O, silahların istehsalının artırılması ilə bağll göstəriş verib. Bildirilir ki, istehsal olunan silahlar dərhal istifadəyə verilməlidir. Xatırladırıq ki, Şimali Koreyada raketlərin maksimsl sınaq atışlarının sayı, 2017-ci il səviyyəsinə yaxınlaşır.

Sınaqdan keçirilən raketlərin çoxu 30 dəqiqədən də az müddətə Vaşinqtona çatmaq gücündədir. Bundan başqa, çox güman ki, KXDR-sı nüvə proqramı üzrə də müəyyən nailiyyətlər əldə edə bilib. Mart ayında keçirilən raket sınaqlarının fotoları göstərir ki, yerli alimlər kiçik nüvə başlıqları əldə etməyə naul olublar. Bu başlıqlar Cənubi Koreyanı vura biləcək taktiki raketlərə yerləşdirilə bilər.

Avqustun 10-da Şimali Koreya lideri, ölkənin hərbi komandandanlığında dəyişikliklər edib, əmr edib ki, hərbi hərəklər planı daha da mükəmləşdirilsin və bundan başqa cəbhə xətdində ordunun gücləndirilməsi ilə bağlı tapşırıqlar planını imzalayıb: "Ordu hərbi strateji və taktiki cəhətdən düşməni üstələmək qabliyyətinə hazır olmalıdı".

Pxenyan, ABŞ, Cənubi Koreya və Yaponiyanın üçtərəfli ittifaqından narahatı. ABŞ-ın Kem-Devid hərbi bazasında bu ölkələrin üçtərəfli sammitinin keçirilməsi, regionda müharibə, xüsusilə də nüvə müharibəsinin başlanması təhlükəsuni artırır.

Şimali Koreyanın 24 avqustda hərbi kəşfiyyat peykini buraxmaq cəhdləri Yaponiyanı qorxuya saldı. Başları üzərindən uçan raket hakimiyyəti qorxuya saldı və Okinava sakinlərini sığınacağa yığmaq məcburiyyətində qoydu. Bsxmayaraü ki, bu slnaq uğurlu alınmadl, Yaponiya bu slnaqdsn güclü təlaş keçirdi.

Rusiyanln müdafiə naziri Sergey Şoyqunun bu ərəfədə KXDR-ə səfəri, əslində çox şeylərdən xəbər verir. Rusiya medafiə nazirinin şərəfinə verilən ziyafətdə, Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam, Rusiyanın "ölkənin süverenliyinin qorunması üçün ədalətli mübarizədə onların ordusuna göstərdiyi dəstəyi yeksək qiymətləndirdi və Şoyqunu əmin etdi ki, Şimali Koreya ordusu bundan sonra da, anti imerialist mübarizədə Rusiya ilə əməkdalığı daha da möhkəmləndirəcək".

Rusiya ilə hərbi-texniki əməkdaşlığı gücləndirməklə Şimali Koreya hakimiyyəti, ABŞ, Cınubi Koreya və Yaponiyanın üçtərəfli ittıfaqına qarşı alyans yaratmağı planlaşdırır. Kim Çen I-nln son zamanlar Pekinlə potensial hərbi hərəkətləri razılaşdırması da, üçlər ittifaqını narahat etməyə başlayıb. Belə ki, Çinin Rusiya-KXDR hərbi əməkdaşlığına qoşulması region üçün ciddi təhlükə deməkdir. Tayvan məsələsinin gərginləşməsi, yeni müharibə təhlükəsi yarada bilər. Münaqişə başlayacağı halda Pxenyan Pekinin Tayvan təxribatında mühüm rol oynaya bilər ki, bu da ABŞ-ın Tayvanı müdafiə etmək planlarında resurslarını azalda bilər.

Demək olar ki, bütün maliyyə resurslarını hərbi sənayeyə sərf edən Şimali Koreyada əhali aclıq və səfalət içindədir. BMT-nin KXDR-da insan hüquqlqının qorunması üzrə xüsusi nümayəndəsi Elizabet Salmon bəyan edib ki, ölkənin bir çox regionlarında aclıq hökm sürür. Bütöv ailələr aclıqdan ölürlər.

Əslində, Şimali Koreya qapalı ölkə olduğu üçün bu faktı yoxlamaq mümkün deyil. Ona görə də "nüfuzlu beynəlxalq təşkilatın" xüsusi nümayəndəsinin bəyanatı o qədər də inandırıcı görünmür.

Digər tərəfdən isə, Rusiya ilə "əməkdaşlıq" edən ölkələrin acınacaqlı hala düşməsini tarix dəfələrlə sübut edib. Onların ayağı dəyən torpaqlarda heç vaxt xeyir-bərəkət ola bilməz, eyni zamanda ABŞ-ın da barmağı olan yerdə ot bitməz...

Hazırda Kim Çen l-nın müharibəyə başlaya bilməsi real görünmür. ABŞ-ın hazırki prezidenti Co Baydenlə də hansısa bir razılaşma əldə edə biləcəkləri də həmçinin. Ona görə də, Şimali Koreya lideri ABŞ-da keçiriləcək növbəti prezident seçkilərini gözləmək məcburiyyətindədir. Bayden yenidən prezident seçilərsə, onda başqa variantlar barədə düşünmək lazım gələcək...

 

 

TƏQVİM / ARXİV