Masa arxasında danışıqlar, barışığa təminat vermir -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1031 | 2023-11-20 09:31

Bütün dünya altı illik fasilədən sonra, ABŞ prezidenti Co Baydenlə, Çin Xalq Respublikasının lideri Si Tzinpinin görüşünü böyük ümidlərlə gözləyirdi. Lakin iki liderin San-Fransiskoda keçirilən Asiya-Sakit okean iqtisadi əməkdaşlıq sammitindəki görüşü, diplomatik qalmaqalla başa çatdı. Çinli həmkarı ilə keçirilən dörd saatlıq görüşdən sonra keçirilən mətbuat konfrandında Co Bayden Çin liderini diktator adlandırdı.  Buna baxmayaraq, tərəflər ABŞ və Çin arasında səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiklərini vurğuladılar. 

Çinin xarici işlər nazirliyindən verilən məlumatda bildirilib ki, iki liderin görüşündə, hazırda iki ölkə arasında ən aktual olan Tayvan məsələsi də müzakirə olunub. 

Co Bayden və Si Tsinpin arasında görüşdə altı illik fasilə yaranmasını təkcə siyasi xarakterli amillərlə  qiymətləndirmək heç də düz olmazdı. Nəzərə alınmalıdlr ki, fasilə həm də, pandemiya ilə bağlı epidemioloji səbəblərlə bağlı idi. 

Görüşün nəticələri ilə bağlı yayımlanan materiallardan görünür ki, amerikanlılar ənənəvi - Çinlə rəqabət və əməkdaşlıq xəttini davam  etdirəcəklər.  ABŞ uzun illər ərzində Rusiyaya qarşı da eyni siyasəti aparırdı. Yəni lazım gəkdikdə əməkdaşlıq, lazım olmayanda rəqabət xəttini tuturdu. 

Lakin Çin Vaşinqtonun bu siyasətini qəbul etmir. Si Tzinpin deyir ki, "münasibətlər ya yaxşı olmalıdır, ya da pis. Ya regionun problrmlərinin həlli istiqamətində genişmiqyaslı əməkdaşlıq, ya da açıq qarşıdurma aparılmalıdır". 

Bir sözlə, tərəflər arasında ümumi strateji ideallıq və hər hansı  bir konsepsiya əldə olunmayıb və gələcəkdə də olunacağı inandırıcı görünmür. Dünyada təhlükəsizlik baxımından böyük problemlərin həll olunacağı perspektivləri görünmür. 

ABŞ, Tayvanda və Çənibi Çin dənizində  hərbi varlığını genişləndirməkdədir, lakin Çin hətbi təyyarələri Amerika sərhədlərində yoxdur və heç gələcəkdə də olmayacağı güman edilir.

Uzun illərin tərcübəsi höstərir ki, dünyaya ağalıq etmək niyyətini gizlətməyən  Sem dayının törəmələriylə danışıqlar masasına oturmaq, hələ cahanda sülhün, sabitliyin, əminamanlığın təminatı demək deyil...

 

TƏQVİM / ARXİV