Hazırda dünyada milyonlarla insanı bir sual mararaqlandırır-Rusiya-Ukrayna müharibəsi nə vaxt bitəcək?
Bu sualı artıq dörd ilə yaxındır raket, dron hücumları, aviazərbələr altlnda yaşayan ukraynalılar verir, bu sual təhlükəsizliyi müharibənin sonsuzluğa qədər uzana biləcəyi qorxusu altında qalan avropanıda verir.
Rusiyanın hazırda diplomatik meydanda məğlubiyyəti, döyüş meydanında Kremlin istədiyi nəticəyə nail ola bilməməsi, ölkəni acınacaqlı məğlubiyyətə gətirib çıxara bilər.
Müharibə çoxlarının praqnozlaşdırdığı Ukraynanın ərazilərini itirəcəyi ssenarisi üzrə deyil, hamını şoka sala biləcək ssenariylə davam edərsə, Rusiya məğlub olarsa, nələr baş verə bilər?
Bu sual eyni zamanda hərbi ekspertləri düşündürür. Hələ 2014- cü ildə bir çox siyasilərdən fərqli olaraq, Rusiya-Ukrayna münaqişəsinin lokal deyil, Rusiya silahlı qüvvələrinin hücuma keçməsi nəticəsində uzunmüddətli qanlı müharibəyə çevriləcəyini bildirən, professor Timati Şnayder hesab edir ki, bu müharibədə Ukraynanın qalib gəlməsi, Rusiya üçün böyük hədiyyə ola bilər, Kremlin məğlub olması rus xalqını azadlığa çıxararar. "Məğlubiyyət, Putinizmdən xilas olmaq üçün katalizator rolunu oynaya bilər".
Tarix göstərir ki, məğlubiyyətə uğramış rejimlərin xalqları sonradan yüksəlişə nail olurlar. Vaxtı ilə, Almaniyada da, Yaponiyada da belə olmuşdu. Diktatura rejimindən xilas olan bu ölkələrin sonradan necə inkişafa nail olmasl göz qabağındadır.
Şnayder bildirir ki, Rusiyadakı hazırki rejim ölkənin gücünü deyil, imperiya xəstəliyinin göstəricisidir. Ukrayna müharibəsində məğlubiyyət, Rusiyanı imperiya sindromundan azad edə və normal, inkişaf etmiş demokratik bir dövlətə çevirə bilər.
Müharibənin sonunda Rusiyanı nələr gözləyir, tədricən ağrılı modernləşmə, yoxsa 90- cı illərin xaosu? Bu sualın cavabı təkcə 140 miyonluq Rusiya vətəndaşlarını deyi, zamanda avro-asiya qitələrinin də taleyinə aydınlıq gətirəcək.
Rusiya tarixi üzrə tanınmış tarixçi alim Stiven Kotkin hesab edir ki, müharıbıdə məğlubiyyət tezliklə, nə Rusiyanı avtomatik demokratikləşməsinə, nə də dağllmasına gətirib çıxarmayacaq. Hər şey Rusiya elitasının kritik zamanda özünü necə aparacağından asılı olacaq. Kotkin xəbərdar edir ki, elita ölkədə rejimi dəyişməklə inkişafada gətirə bilər, qarşısı alınmaz xaosada sürükləyə bilər.
Kotkinin fikirincə, hər iki vəziyyət ağrılı və uzun müddətlı zaman tələb edir. Hər iki variantın qərarırını nə rusiya xalqı, nə də Avropa deyil, Kremldə əyləşən kiçik bir qrup həll edıcək...
Təbii ki, müharibənin istənilən ssenari ilə davam etməsi heç bir halda tərəflər arasında sülhə nail olmağa xidmət etmir. Qərbin Rusiyanı çökdürmək üçün Ukraynanı silah-sursatla təmin etməsi, hələ ukraynalıların qələbə qazanacağına təminat verə bilməz. Qələbə üçün NATO qüvvələri açıq şəkildə müharibəyə qoşulmalıdır. Lakin, Qərb belə bir riski gözü qarşısına almağa hazırdlrmı?..


Bakı -°C
