Müharibə sonsuzluğa doğru gedir... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
244 | 2024-07-04 12:36

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Astanada keçirilən Şanxay sammitində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın görüşü ilə bağll qeyd edib ki, dövlət başçıları bu görüşdə Ukrayna məsələsini də müzakirə ediblər. "Lakin Ərdoğan bu məsələnin həll olunmasında vasitəçi ola biməz"-deyə Kremlin sözçüsü bildirib.

 Türkiyə prezidentinin dəftərxanasından verilən məlumatda bildirilir ki, İki dövlət başçısının görüşündə, Ərdoğan Putinə deyib ki, "Ukraynada hər iki tərəfi qane edən ədalətli sülhə nail olmaq olar". Beləliklə, Türkiyə tərəfi də təsdiq edir ki, görüş zamanı Ərdoğan bu münaqişədə vasitəçi olmaq iddiasında olmayıb.

 Əslində bəlkə də  Peskovun fikirləri ilə razılaşmaq olar. Çünki, Türkiyə prezidenti illər əvvəl, münaqişənin başladığı ilk gündən tərəflərin vasitəçilərin iştirakı olmadan danışıqlar masasına oturmasına, məsələnin vasitəçisiz, öz aralarında çözmələrinə çalışırdı. Hətta bunun üçün vasitəçi kimi yox, sadəcə münaqişənin baş-başa həlli istiqamətində, Rusiya və Ukrayna nümayəndələri üçün İstambulda masa da təşkil etmişdi. İlk günlərdə danışıqlarda müəyyən irəliləyişlər müşayət olunsa da, sonradan ABŞ-ın müdaxiləsiylə Kiyev gözlənilmədən (əslində gözlənilən) qətiyyətlə danışıqlardan imtina etdi. 

 Yəni,Türkiyə prezidenti təşəbbüs etdiyi həmin vaxtlar münaqişə qanlı müharibəyə çevrilməmişdi və tərəflər araslnda bütün iplər qırılmamışdı. Artıq ABŞ və Qərbin "səyləri" nəticəsində indi məsələ elə bir mərhələyə  çatıb ki, bu müharbbə yalnız tərəflərdən birinin məğlubiyyəti ilə sona çata bilər. Bu son isə hələ ki, sonsuzluğa doğru irəliləməkdədir...

 

  • Iyul:
  • 5

TƏQVİM / ARXİV