Ölümsüzlərin abidəsi - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1775 | 2023-09-19 15:38

Qaşımda  bir  kitab  var...Üç  gündür ki  , bu  kitaba  baxa-baxa  dünyanın gəlimli, gedimli  olduğunun fərqinə  varıram...Elə  bil  ki  dünyanın məhz   bu  cür  etibatsız  olmasında  bir az  mənim də  günahım  var...Təbii ki,  bu  mənim  daxili  yaşantımın  qənaətidi... Əslində  isə dünyanın öz  sanibi  var  və  nə  mən,  nə  də  mənim  kimi milyardlar  bu  dünya  ilə  bacarmayıb, onun  yolunu  , qayda  qanununu  dəyişməyib ...Çünki   o  qüdrət, o  haqq bizə  aid  deyil...Biz  sıradan  olah  bəndələrik!

Əslində üç  gündür  məni  düşünməyə  vadar  edən  kitab  barəsində  azacıq  məlumatım  var.Onu  da əzizim Emil  Faiqoğlu   öz imzalı   infarmasiyası ilə  oxuculara, o cümlədən mənə  də  çatdırıb.Və  bilmişəm  ki, 44  günlük  Böyük  və Zəfərli  VƏTƏN   savaşının  Şəhid - ölümsüzlük  zirvəsinə  yüksəlmiş  Elçin Tehran  oğlu  barəsindədi  bu  kitab...

Şəhidlərimizlə  bağlı  çox   oxumuşam...özüm də  çox  yazmışam...və  bu hamımızın  mənəvi  borcudu! Unutmamaq  və Yaşatmaq   bizlərin  onların ruhu  qarşısındakı  ən  böyük vəzifəsidir. Bunu   gözəl anlayıram. Onu da  bilirəm ki, hər  bir   şəhid  ayrılıqda  bir  planetdi - onu  kəşf  etmək, öyrənib  tanıtmaq     isə  onları  yaşatmaqdı!...

Qarşımda  olan  kitabın  məni  özündən  uzağa  buraxmayan   səbələrindən  biri, daha  doğrusu  birincisi  üz  qabığındakı  şəkildi. Həmin şəkildə  Elçin  məna  dolu, ağıllı   gözləri  ilə  çox, lap  çox  uzaqlara  baxır...Sanki  sonsuz  bir  yolun   kələfini  çözməyə  səsləyir  bizi!  O  baxışdakı   məna   o  qədər   sirli  və  düşündürücüdür  ki,   onu  yalnız  barıt  qoxusunu duyan,səngər  torpağını  qəzəbindən  xışmalayan  və    çiyindaşının  nəşini   sinəsinə  sıxıb  hönkürənlər  daha  dəqiq oxuyub  anlaya  bilər.   Bəxtimə  Birinci  Qarabağ  müharibəsini  keçmək  düşdüyündən  ifadə  etdiyim  duyğuları    Elçinin gözlərinə  baxdıqca  təkrar  yaşayıram... Və  hətta , mənim  inancıma  görə ( Bu  barədə  yazılarımda  da  hər  zaman  vurğulamışam -Ə.M.)  şəhidlərin  baxışları  heç  vaxt   bizim üzərimizdən  çəkilmir.! Əksinə, onlar  ruhun  gözləri   anlamında bizi  izləyir...bizi  yönəldirlər...

Elçinin doğmalarını da, doğulduğu kəndi də,ocağı da, ailəni  də  yaxşı  tanıyıram...Bu  səbəbdən  də əməkdar  jurnalist  Faiq  Qismətoğlunun " Dünyanın o üzü"  kitabını oxuyanda  dayanıb  nəfəs  dərmədim..Ona  görə  ki , tanış, doğma   mənzərə...  sözlər...səslər.. Sanki  bu  kitabdakı  mətni   mən    kağıza  köçürürəm...İnanın,  dərd  mənə  doğma  olduğundan  mən kitabın  vərəqlərini  çevirdikcə  o   mətinləri  səs  kimi,  söhbət  kimi    eşidib  dinləyirdim.. Ana  fəryadının  " Elçinə  və  yanındakılara  dualar  göndərirdim...dualar"  yanğısı, " Evimin çırağı oğul" -deyən ata  dəyanəti, "Məni  hər  kəs  sənə  bənzədir!" - söyləyən qız  övladının  hıçqırtısı," Atam nə  vaxt  gələcək?"  sualından   yayınmağa  çalışan ömür-gün  yoldaşının   solğun  çöhrəsi.... mənə  canlı  səs  kimi hopurdu... Məhz  bu  səbəbdən də  mən   Elçin barəsində  istər  ailə üzvlərinin, istər qohum, dost, əsgər  yoldaşları, müəllimləri,...ümumiyyətlə   onu  tanıyanların   söylədikləri   ürəyimdə  əbədiyaşarlıq  işığı  kimi  alışır...Bu  alışma da   məndə  böyük  bir  əminlik  inamı  yaradır .Yəni bu  da  Elçin Tehran oğlunun, eləcə də  bütün  şəhidlərimizin  əbədi  yaşayacaqlarına  olan  inamdı!

Faiq  Qismətoğlunun  "Dünyanın o  üzü"  adlandırdığı  bu  kitab   dünyanın  bu  üzündən   danışır... Elə  danışa danışa da məkanları CƏNNƏT  olan  şəhidlərin, qazilərin  tarixi  missiyasını  oxuculara, yəni  bizə  xatırladır. Müəllif  vurğulayır  ki," ...şəhidlər  bizim çiynimizdən  ağır  bir  yükü  götürdülər.O  yükü ki, 30  ildir çiynimizdə  idi,  çəkə  bilmirdik. O  yük  tarixə  qovuşdu  və  şəhidlər  bir  günəş  kimi dünyamıza , Azərbaycanımıza  işıq  saçdılar.O  günəşdən biri  də  Elçin  Tehran oğlu  Süleymanovdur." Bəli, bu  dəqiq  ifadə edilmiş  həqiqətdir - Sönməyən günəşdi  ŞƏHİDLƏR!

Mən  bu  kiçik  yazımla  Elçin üçün  ucaldılmış  söz  abidəsinin  dəyərli  olduğunu  və   onun  xidmətlərini  gələcək  nəsillərə  çatdıracağına inadığımı da   xüsusi  qeyd  etmək istəyirəm!. Ona  görə ki, Qəhrəmanlarla  bərabər Qəhrəmanlıq  da ölmür!

 

TƏQVİM / ARXİV