Onu gülüşündən tanıyardın - Kəmalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
1067 | 2024-10-21 12:37

20 YAŞLI Səxavət Abbasov


2000-ci il aprelin 25-də Xırdalan şəhərində dünyaya göz açıb. Müharibə  başlayanda 20 yaşı  vardı...

20 yaş... Sən  hələ  həyat  anlamağa  başlayırsan. Arzuların  xəyallara qarışdığından  xəbərin yoxdu. Hələ  nənən səni  əzizləyir, ata-ana “uşağım” deyir. 20 yaş... Sən  hələ  ömrün ən gözəl çağında  olduğunu  bilmirsən. 20 yaş... Və sən  torpaqlarının düşmən əlində  olduğunu  bilirsən. Bu  səni  rahat  yatmağa  qoymur. Sənin  üçün  xoşbəxtlik  ərazi  bütövlüyün, torpaqlarının  azadlığıdır. Səxavət  Rizvan oğlu Abbasov belə  düşünürdü. “Hərbi  xidmətini  çəkib  gəlmisən, tək övladımsan, getmə, səni  aparmayacaqlar” deyən  anasına “Gizlənim belə gündə? Sonra  necə yaşayım? Gedəcəyəm” demişdi  inadla.

Səxavət  fərqliydi.

2007-2018-ci illərdə təhsilaldığı, məzunu olduğu Xırdalan şəhər 1 saylı tam orta məktəbin müəllimləri də, sinif yoldaşları da belə deyir: Şagird olandan fərqliydi, elə bil yaşı çoxdu. Yetkin  insan  kimiydi. Şən, zarafatcı  lolsada, hərəkətlərini, sözünü  ölçüb–biçərdi, yersiz  bir  söz  deməz, bir  hərəkət  etməzdi.

Tarix müəllimi Nübar Məhərrəmova: Universiteti təzə bitirmişdim məktəbə işləməyə gələndə. Səxavətin  indiki  yaşındaydım. Onda Səxavət 5-ci sinifdə  oxuyurdu. Sonralar  onun  sinifrəhbəri   oldum. Tarixi   çox   oxumasa  da  ona  aşağı  qiymət  verə  bilmirdim. O qədər  mədəni, təmkinli, intizamlı  idi. Hamıya  qarşı  beləydi. Birdəfədəkobudluqluğununşahidiolmadım. Bütüntədbirlərdəiştirakedərdi. Əslində  məzunun  haqda  keçmiş  zamand  danışmaq  çətindi. Ağlıma  gəlməzdiki, bir  gün  onun  yazdığı  tarixi  keçəcəm. Kədərlidi, amma  zəfər  tarixi   yazdılar.

 Yaşadığı küçə indi Səxavət Abbasovun adınadı. Anası   Maisə  xanım  Xırdalandakı 2 saylı  uşaq  baxçasında  tərbiyəçi-müəllimdir: Fərqli  dünyası  vardı  Səxavətin. O yaşda  uşaqlar  xarici  müsiqilərə  qulaq  asır. Səxavət  Rəşid Behbudova, Şövkət   Məmmədovaya, Rübabə  Muradovaya qulaq  asırdı. Kursa  getmişdi, özü  də  həvəsli  idi, gitarada  çalırdı. Mənim  bütün  dünyam  idi  Səxavət.

 Müddətli hərbi xidmətini Tovuzda keçib. İkinci Qarabağ savaşı başlayanda artıq xidmətini başa vurmuşdu Səxavət. Kimsəni dinləmədən  könüllü  qatılıb  savaşa. Apşeron  rayon HK-nın  həyətindən  evə  gəlməyib.

 – Yeganə övladımdı. Getməyə bilərdi. Anayam “Təkuşaqsan, sənsiz  neyləyərəm?” sözümədə “ana, niyə  narahat   olursan? Müharibədi, haqq  savaşıdı, bütün  uşaqlar  gedir. Oğlunda  döyüşəcək. Bundan  qürur  duymalısan”. 27-də onu   aparmadılar. İlk  şəhid  gələndə özünə  yer  tapmadı. Hərbi  komissarlığın  həyətindən  çıxmırdı, təkcə  hərbi  biletini  götürmək  üçün  gəldi  evə, otağa  belə  keçmədi.” – dedi  ana. Səxavətin  məktəb  yoldaşlarının  çoxu  könüllü yazılmışdı  cəbhəyə.

Sentyabrın 29-da savaşa gedənlərin  arasında  idi. Yola düşəndə  üzündəki  sevinclə qalıb dost-tanışın yaddaşında. Döyüşlərdə  də  fərqlənib Səxavət. Düşmənin onlarla  canlı  qüvvəsini, texnikasını  məhv  edib. Təkcə  mərdliklə  döyüşməyib, neçə-neçə  yaralını  xilas  edib. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd  uğrunda   döyüşüb  Səxavət  Abbasov. Sonuncu  döyüşü  Füzuli  rayonu  ərazisindəki  Ərgünəş  dağı  ətrafında  olub. Bu  döyüşlərdə  dostu  Rəşad  Mehdiyev  yaralanır. Səxavət  ona  kömək  etməyə  çalışarkən  minamyot  qəlpəsindən  ikisi də şəhid  olur. Oktyabrın 20-də.

Yeganə övladını itirən ananı düşünürəm. Təsəlli vermək, necə yaşadığını soruşmaq  istəyirəm. Amma  necə  soruşum? Fikrimdən  keçənləri  hiss edir: – Çox çətindi. Necə yaşayacığımı da bilmirdim  heç. Qardaşım  təcili  yardımda  işləyir. Bir  gün bir  qazidən, onun ağrılarından danışdı. “Elə  yaxınları da yoxdu, cavan ailədi, bəlkə onlara baş çəkəsən?-dedi.

Onlara getdim.Tanış oldum. Sonra başqa qazilərlə də əlaqə yaratdım. Arada görüşürük. Novruz bayramında qara bayram eləmədim oğluma. Oğlum bütün xalqa bayram yaşadıb. Niyə qara olsun ki, bayramı? 8 xonça düzəltdim. Gücüm çatan nə varsa aldım. Şirniyyat bişirdim. Bayram günlərində qazilərimizin yanına getdim. Artıq doğmalaşmışıq. Qazilərlə görüşməkdən təskinlik tapır Maisə xanım: Heç biri Səxavət olmasa da, hər biri Səxavətdi elə bil.

İkinci savaşın 20 yaşlı könüllüsü  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

TƏQVİM / ARXİV